Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2462/2024 13.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 16 fevral 2023–cü il tarixli 275micSMKR/23 saylı kredit müqaviləsi üzrə 8.267,13 manat əsas kredit borcu, 1.702,31 manat faiz borcu, 458,18 manat cərimə borcu olmaqla, cəmi 10.427,62 manat məbləğində pulun, 0,40 manat xidmət haqqının və ödənilmiş 121,29 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh2 arasında 16 fevral 2023–cü il tarixli əsas kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmış və 16 fevral 2023–cü il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 25 % ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh1 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, xx.xx.2024–cü il tarixədək cavabdehin 8.267,13 manat əsas kredit borcu, 1.702,31 manat faiz borcu yaranmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə bank tərəfindən ona 458,18 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehlərdən müştərək qaydada 16 fevral 2023–cü il tarixli 275micSMKR/23 saylı kredit müqaviləsi üzrə 8.267,13 manat əsas kredit borcu, 1.702,31 manat faiz borcu, 458,18 manat cərimə borcu olmaqla, cəmi 10.427,62 manat məbləğində pulun, 0,40 manat xidmət haqqının və ödənilmiş 121,29 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, həqiqətən iddiaçı bankla arasında 16 fevral 2023–cü il tarixli əsas kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən ona 120 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmış və 16 fevral 2023–cü il tarixli əlavə kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 25 % ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi Cavabdeh1 zamin durmuşdur. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda banka olan borcunu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir. Bu səbəbdən borcunu maddi imkanı olan kimi ödəməyə söz verir. Əlavə olaraq qeyd edir ki, cərimə borcunun məbləği ilə razı deyildir. Hesab edir ki, cərimə yüksək hesablanmışdır, bu səbəbdən azaldılmalıdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi, əsasən Cavabdeh2 ilə eyni məzmunlu izahat verdi və cərimə məbləğini azaltmaqla iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 16 fevral 2023–cü il tarixli 275micSMKR/23–EM saylı əsas kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 120 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 16 fevral 2023–cü il tarixli 275micSMKR/23 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 25 % ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 kredit məbləğinin xx.xx.2023–xx.xx.2025–ci il ərzində ödənilməsinə razı olmuşlar. İşdə olan 16 fevral 2023–cü il tarixli 275micSMKR/23 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 16 fevral 2023–cü il tarixli 275micSMKR/23 saylı kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan və cavabdehə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2023–cü il tarixədək cavabdehin 8.267,13 manat əsas kredit borcu, 1.702,31 manat faiz borcu, 458,18 manat cərimə borcu olmaqla, cəmi 10.427,62 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh2 arasında 16 fevral 2023–cü il tarixli 275micSMKR/23–EM saylı əsas kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmış və 16 fevral 2023–cü il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 25 % ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh1 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 8.267,13 manat əsas borcu və 1.702,31 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə bank tərəfindən cavabdehə 458,18 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh1 da zamin olaraq bank qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1–ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə həmçinin hesab edir ki, əsas kredit borcu və onun faizləri tam şəkildə cavabdehlərdən alınıb iddiaçı banka verilməlidir. Bununla belə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir Odur ki, məhkəmə hesab edir ki, 16 fevral 2023–cü il tarixli 275micSMKR/23 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas kredit borcu üzrə 8.267,13 manat, faiz borcu üzrə 1.702,31 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 10.069,44 manat məbləğində pul, 0,40 manat xidmət haqqı və 121,29 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 16 fevral 2023–cü il tarixli 275micSMKR/23 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas kredit borcu üzrə 8.267,13 manat, faiz borcu üzrə 1.702,31 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 10.069,44 (on min altmış doqquz manat qırx dörd qəpik) manat məbləğində pul alınıb "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 0,40 (qırx qəpik) manat xidmət haqqı və 121,29 (bir yüz iyirmi bir manat iyirmi doqquz qəpik) manat pul alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(076)-2462/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2462/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver