Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-262/2025 30.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X8 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2018–ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21043” markalı, 10–RO–914 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 08 oktyabr 2019–cu il tarixdə “VAZ 21043” markalı 10–RO–914 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xətai rayonu ərazisində yol–nəqliyyat hadisəsi törətmiş və “Volkswagen Passat” markalı, 90–VD–048 dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı, 90–GS–421 dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı, 90–ZU–752 dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 4.062 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol–nəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ DYPŞ–də inzibati xəta hadisəsi haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM– nin 327.6–cı maddəsi əsasında təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd edilmişdir. Bununla da cavabdehin zərəri aradan qaldırılması üçün mülki məsuliyyəti yaranmışdır. Bu səbəbdən də hazırda həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçı şirkətə vurulmuş ziyanı aradan qaldırmamışdır. Ona görə də iddiaçı şirkət hazırki iddianı qaldırmağa məcbur olmuşdur. Odur ki, iddianın təmin olunaraq, cavabdehdən 4.062 manat sığorta ödənişinin və 60,62 manat dövlət rüsumunun alınıb iddiaçı şirkətə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC–yə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri, qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərarı, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21043” markalı, 10–RO–914 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018–ci ildən xx.xx.2019–cu ilədək "xxxx" ASC–də sığortalanmışdır. İşdə olan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərardan görünür ki, Cavabdeh 08 oktyabr 2019–cu il tarixdə, saat 21:00–da “VAZ 21043” markalı 10–RO–914 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xətai rayonu ərazisində yol–nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Bununla da o, Azərbaycan Respublikası İXM–nin 327.6–cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törətmiş və 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş hesablama aktından görünür ki, “VAZ 21074” markalı, 90–GS–421 dövlət qeydiyyat nişanlı avtomobilə 462 manat məbləğində zərər dəymişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2019–cu il tarixli 19– 10040/10/AA8290/19 saylı aktdan görünür ki, "xxxx" ASC tərəfindən “VAZ 21074” markalı, 90–GS–421 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 462 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, “Volkswagen Passat” markalı, 90–VD–048 dövlət qeydiyyat nişanlı avtomobilə 2.775 manat məbləğində zərər dəymişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2019–cu il tarixli 19– 10039/10/AA8290/19 saylı aktdan görünür ki, "xxxx" ASC tərəfindən “Volkswagen Passat” markalı, 90–VD–048 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 2.775 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş hesablama aktından görünür ki, “Kia Sportage” markalı, 90–ZU–752 dövlət qeydiyyat nişanlı avtomobilə 825 manat məbləğində zərər dəymişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2019–cu il tarixli 19– 10057/10/AA8290/19 saylı aktdan görünür ki, "xxxx" ASC tərəfindən “Kia Sportage” markalı, 90–ZU–752 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 825 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən subroqasiya qaydasında 4.062 manat pulun ödənilməsi tələb olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh "xxxx" ASC–də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və X3 məxsus olan “VAZ 21043” markalı, 10– RO–914 nömrəli avtomobili idarə edərkən 08 oktyabr 2019–cu il tarixdə, saat 21:00–da Xətai rayonu ərazisində yol–nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “Volkswagen Passat” markalı, 90– VD–048 dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı, 90–GS–421 dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı, 90–ZU–752 dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəymişdir. Həmin zərərlə bağlı iddiaçı şirkət tərəfindən zərərçəkmiş şəxslərə cəmi 4.062 manat sığorta ödənişi ödənilmişdir. İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarla Cavabdeh təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM–nin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən 4.062 manat pul və 60,62 manat dövlət rüsumu alınıb iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4.062 (dörd min altmış iki) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 60,62 (altmış manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №e-2(076)-262/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-262/2025
30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver