Məhkəmə qərarları › İş №e-2(076)-2621/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2621/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2621/2025 14.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan habil oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən xx.xx.2022-cı il tarixli, TTKR4672632A299 saylı Çərçivə kredit müqaviləsi üzrə 5470.31 manat əsas kredit borcu, 1.3 manat faiz borcu olmaqla, cəmi 5471.61 manat məbləğində pulun və ödənilmiş 74.72 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-cı il tarixli, TTKR4672632A299 saylı Çərçivə Kredit müqaviləsinə əsasən ona 10 il müddətinə illik 2 faiz dərəcəsi ilə 922,50 manat məbləğində təhsil krediti ayrılmışdır. Kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən kreditin məbləği hər tədris semestri üçün tələbənin müraciəti əsasında tranşlarla bank tərəfindən təhsil müəssisəsinin hesabına köçürülür. Müqavilənin 2.1-ci maddəsinə əsasən isə kreditlərin verilməsi tranşlarla təşkil edilir növbəti tranşlar kredit müqaviləsinə edilmiş əlavələrlə rəsmiləşdirilir. Qeyd olunan kredit müqaviləsinə elektron qaydada edilmiş xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 922,50 manat, xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən təkrarən 922,50 manat, xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən təkrarən 922,50 manat, xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən təkrarən 922,50 manat, xx.xx.2024-cü il tarixli Əlavəyə əsasən təkrarən 922,50 manat təhsil krediti verilmişdir. Kredit müqaviləsinin 2.3 və 2.3.1-ci maddələrinə əsasən borcalan tərəfindən kreditin qaytarılması öhdəliyi güzəşt dövründən sonra yaranır. Qrafik üzrə ödəniş nəzərdə tutulmayan Güzəşt dövründə borcalanın əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə kreditin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır. Kredit məbləğinə faiz hesablanmağa başlanır, kredit ödənişi tələbi formalaşır və möhlət dövrü bitməmiş tələbə işdən çıxarılarsa möhlət dövrü bərpa edilmir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 5470,31 manat əsas, 1,30 manat faiz, cəmi 5471,61 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Çərçivə Kredit müqaviləsi, ona edilmiş 5 əlavə, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cı il tarixli, TTKR4672632A299 saylı Çərçivə kredit müqaviləsindən görünür ki, bank cavabdehə 10 il müddətinə illik 2 faiz dərəcəsi ilə 922,50 manat məbləğində təhsil kredit verilmişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh kredit məbləğinin xx.xx.2027–xx.xx.2037–ci il ərzində hər ay 8.49 manat olmaqla ödənilməsi barədə razılıq əldə olunmuş və Cavabdeh həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən kreditin məbləği hər tədris semestri üçün tələbənin müraciəti əsasında tranşlarla bank tərəfindən təhsil müəssisəsinin hesabına köçürülür. Müqavilənin 2.1-ci maddəsinə əsasən isə kreditlərin verilməsi tranşlarla təşkil edilir növbəti tranşlar kredit müqaviləsinə edilmiş əlavələrlə rəsmiləşdirilir. Qeyd olunan kredit müqaviləsinə elektron qaydada edilmiş xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 922,50 manat, xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən təkrarən 922,50 manat, xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən təkrarən 922,50 manat, xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən təkrarən 922,50 manat, xx.xx.2024-cü il tarixli Əlavəyə əsasən təkrarən 922,50 manat təhsil krediti verilmişdir. Kredit müqaviləsinin 2.3 və 2.3.1-ci maddələrinə əsasən borcalan tərəfindən kreditin qaytarılması öhdəliyi güzəşt dövründən sonra yaranır. Qrafik üzrə ödəniş nəzərdə tutulmayan Güzəşt dövründə borcalanın əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə kreditin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır. Kredit məbləğinə faiz hesablanmağa başlanır, kredit ödənişi tələbi formalaşır və möhlət dövrü bitməmiş tələbə işdən çıxarılarsa möhlət dövrü bərpa edilmir. İşdə olan EMİS-nin portal çıxarışından görünür ki, Cavabdeh adına ********** saylı VÖEN olmaqla "xxxx" MMC-də kreditor vəzifəsində işləyir və əmək haqqı 500 manat təşkil edir. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2025–ci il tarixə Cavabdeh banka 5470.31 manat əsas kredit borcu, 1.3 manat faiz borcu olmaqla, cəmi 5471.61 manat məbləğində borcu yaranmışdır. İşdə olan cavabdehə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2022-cı il tarixli, TTKR4672632A299 saylı Çərçivə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 10 il müddətinə illik 2 faiz dərəcəsi ilə 922,50 manat məbləğində təhsil kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən kreditin məbləği hər tədris semestri üçün tələbənin müraciəti əsasında tranşlarla bank tərəfindən təhsil müəssisəsinin hesabına köçürülür. Müqavilənin 2.1-ci maddəsinə əsasən isə kreditlərin verilməsi tranşlarla təşkil edilir növbəti tranşlar kredit müqaviləsinə edilmiş əlavələrlə rəsmiləşdirilir. Qeyd olunan kredit müqaviləsinə elektron qaydada edilmiş xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 922,50 manat, xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən təkrarən 922,50 manat, xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən təkrarən 922,50 manat, xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən təkrarən 922,50 manat, xx.xx.2024-cü il tarixli Əlavəyə əsasən təkrarən 922,50 manat təhsil krediti verilmişdir. Kredit müqaviləsinin 2.3 və 2.3.1-ci maddələrinə əsasən borcalan tərəfindən kreditin qaytarılması öhdəliyi güzəşt dövründən sonra yaranır. Qrafik üzrə ödəniş nəzərdə tutulmayan Güzəşt dövründə borcalanın əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə kreditin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır. Kredit məbləğinə faiz hesablanmağa başlanır, kredit ödənişi tələbi formalaşır və möhlət dövrü bitməmiş tələbə işdən çıxarılarsa möhlət dövrü bərpa edilmir. İşdə olan EMİS-nin portal çıxarışından görünür ki, Cavabdeh adına ********** saylı VÖEN olmaqla "xxxx" MMC-də kreditor vəzifəsində işləyir və əmək haqqı 500 manat təşkil edir. Nəticədə onun xx.xx.2025–ci il tarixə 5470.31 manat əsas kredit borcu, 1.3 manat faiz borcu olmaqla, cəmi 5471.61 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM–nin 385.1-ci maddəsinə qeyd edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanununda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM–nin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh hazırki vaxtadək iddiaçı banka 5470.31 manat əsas kredit borcu, 1.3 manat faiz borcu olmaqla, cəmi 5471.61 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankın tələbi əsaslıdır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cı il tarixli, TTKR4672632A299 saylı Çərçivə kredit müqaviləsi üzrə 10 il müddətinə illik 2 faiz dərəcəsi ilə 922,50 manat məbləğində pulun və ödənilmiş 74.72 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2022-cı il tarixli, TTKR4672632A299 saylı Çərçivə kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 5470.31 manat əsas kredit borcu, 1.3 manat faiz borcu olmaqla, cəmi 5471.61 (beş min dörd yüz yetmiş bir manat altmış bir qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 74.72 (yetmiş dörd manat yetmiş iki qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar