Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2672/2025 20.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 01 may 2023–cü il tarixli 034A********** saylı kredit müqaviləsi üzrə 7.162,44 manat əsas kredit borcu, 646,88 manat faiz borcu, 120,33 manat dəbbə pulu olmaqla, cəmi 7.929,65 manat məbləğində pulun və ödənilmiş 99,3 manat dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 01 may 2023–cü il tarixli ərizəsinə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə, aylıq dərəcəsi 1,875 faiz olmaqla, ödəniş planı üzrə hissə–hissə qaytarmaq şərtilə 10.100 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur, Belə ki, Cavabdeh götürdüyü kredit borcundan 2.937,56 manat ödəniş etmiş, qalan borcunu ödəməkdən yayınmışdır. Hazırda onun banka 7.162,44 manat əsas kredit borcu, 646,88 manat isə faiz borcu vardır. Cavabdeh borcunu ödəmədiyinə görə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin ödəmədiyi kredit borcunun qalığına 0,1 faiz cərimə tətbiq edilmiş, nəticədə onun banka xx.xx.2025–ci il tarixə 120 gün üçün 120,33 manat dəbbə borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, 01 may 2023–cü il tarixli 034A********** saylı kredit müqaviləsi üzrə cavabdehdən 7.162,44 manat əsas kredit borcu, 646,88 manat faiz borcu, 120,33 manat dəbbə pulu olmaqla, cəmi 7.929,65 manat məbləğində pulun və ödənilmiş 99,3 manat dövlət rüsumunun tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı bankın nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 01 may 2023–cü il tarixli 034A********** saylı ərizə və kredit müqaviləsindən görünür ki, cavabdehə 48 ay müddətinə, aylıq dərəcəsi 1,875 faiz olmaqla, 10.100 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış 01 may 2023–cü il tarixli 034A********** saylı kredit müqaviləsinə əlavə kimi tərtib edilmiş ödəniş planından görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə–hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, xx.xx.2023–xx.xx.2027–ci illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə xəbərdalıq edilərək kredit müqaviləsi üzrə borcu xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025–ci il tarixə banka 7.162,44 manat əsas kredit borcu, 646,88 manat faiz borcu, 120,33 manat dəbbə pulu olmaqla, cəmi 7.929,65 manat məbləğində borcu vardır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 01 may 2023–cü il tarixli 034A********** saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, aylıq dərəcəsi 1,875 faiz olmaqla, ödəniş planı üzrə hissə– hissə qaytarmaq şərtilə 10.100 manat məbləğində kredit vermişdir. Cavabdeh götürdüyü kredit borcundan cəmi 2.937,56 manat ödəniş etmiş, bu səbəbdən cavabdehin xx.xx.2025–ci il tarixə iddiaçı banka 7.162,44 manat əsas kredit borcu, 646,88 manat isə faiz borcu yaranmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə bank tərəfindən ona 120,33 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, 01 may 2023–cü il tarixli 034A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 7.162,44 manat əsas kredit borcu, 646,88 manat faiz borcu və 120,33 manat dəbbə pulu olmaqla, cəmi 7.929,65 manat pul alınıb İddiaçı QSC–yə verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 01 may 2023–cü il tarixli 034A********** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 7.162,44 manat əsas kredit borcu, 646,88 manat faiz borcu və 120,33 manat dəbbə pulu olmaqla, cəmi 7.929,65 (yeddi min doqquz yüz iyirmi doqquz manat altmış beş qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 99,3 (doxsan doqquz manat otuz qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2(076)-2672/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2672/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver