Məhkəmə qərarları › İş №e-2(076)-269/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-269/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-269/2025 14.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 13 fevral 2020-ci il tarixli ***-*******LK130220-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3.296,66 (üç min iki yüz doxsan altı manat 66 qəpik) manat məbləğində borcun-bundan 1.986,13 (bir min doqquz yüz səksən altı manat 13 qəpik) manat əsas borcun, 1.148,97 (bir min yüz qırx səkkiz manat 97 qəpik) manat faiz borcunun və 161,56 (bir yüz altmış bir manat 56 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 52.97 (əlli iki manat 97 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın girov qoyulmuş ümumi çəkisi 31.50 qram olan 750 əyarlı 1 dəst qarnitur və ümumi çəkisi 13 qram olan 583 əyarlı 1 ədəd üzuyə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, əldə olunan məbləğin kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun Cavabdeh tutularaq LPO İddiaçı ASC-nə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2020-ci il tarixli ***-*******LK130220-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 2.200 (iki min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh arasında 13 fevral 2020-ci il tarixli ***-*******LK120220-01/QZ2/1 nömrəli Girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əlavə imzalanmış 13 fevral 2020-ci il tarixli Qiymətləndirmə və təhvil-təslim aktında göstərilmiş cavabdehə məxsus ümumi çəkisi 31.50 qram olan 750 əyarlı 1 dəst qarnitur və ümumi çəkisi 13 qram olan 583 əyarlı 1 ədəd üzük banka girov qoyulmuşdur. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh 13 fevral 2020-ci il tarixli ***-*******LK130220-01 nömrəli kredit müqaviləsi üzrə 20 sentyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi 3.296,66 (üç yüz iki yüz doxsan altı manat 66 qəpik) manat məbləğində borcu vardır. Bundan 1.986,13 (bir min doqquz yüz səksən altı manat 13 qəpik) manat əsas borc, 1.148,97 (bir min yüz qırx səkkiz manat 97 qəpik) manat faiz borcu və 161,56 (bir yüz altmış bir manat 56 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Kredit borcunun qaytarılması tələbi ilə bank tərəfindən cavabdehlərə bir neçə dəfə şifahi müraciət edilməsinə və 28 sentyabr 2023-cü il tarixli **********115 nömrəli xəbərdarlıq məktubu ilə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2020-ci il tarixdə isə banka 360 (üç yüz altmış) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışlar. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, 13 fevral 2020-ci il tarixli ***-*******LK130220-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3.296,66 (üç min iki yüz doxsan altı manat 66 qəpik) manat məbləğində borcun-bundan 1.986,13 (bir min doqquz yüz səksən altı manat 13 qəpik) manat əsas borcun, 1.148,97 (bir min yüz qırx səkkiz manat 97 qəpik) manat faiz borcunun və 161,56 (bir yüz altmış bir manat 56 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 52.97 (əlli iki manat 97 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın girov qoyulmuş ümumi çəkisii ümumi çəkisi 31.50 qram olan 750 əyarlı 1 dəst qarnitur və ümumi çəkisi 13 qram olan 583 əyarlı 1 ədəd üzuyə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, əldə olunan məbləğin kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2020-ci il tarixli ***-*******LK130220-01 №-li saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 2.200 (iki min iki yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan 13 fevral 2020-ci il tarixli ***-*******LK120220-01/QZ2/1 saylı girov müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh məxsus olan: ümumi çəkisi 31.50 qram olan 750 əyarlı 1 dəst qarnitur və ümumi çəkisi 13 qram olan 583 əyarlı 1 ədəd üzük, cəmi 3433.50 manat məbləğində qızıl-zinət əşyaları tərəflərin razılığı ilə qiymətləndirilmiş və girov qoyulmuşdur. İşdə olan ödəmə qrafikindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh kredit məbləğinin xx.xx.2020–xx.xx.2022–ci il ərzində ödənilməsinə razı olmuşlar. Cavabdeh həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 13 fevral 2020-ci il tarixli ***-*******LK130220-01 nömrəli kredit müqaviləsi üzrə 20 sentyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi 3.296,66 (üç yüz iki yüz doxsan altı manat 66 qəpik) manat məbləğində borcu vardır. Bundan 1.986,13 (bir min doqquz yüz səksən altı manat 13 qəpik) manat əsas borc, 1.148,97 (bir min yüz qırx səkkiz manat 97 qəpik) manat faiz borcu və 161,56 (bir yüz altmış bir manat 56 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. İşdə olan cavabdehə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən və hesab çıxarışından görünür ki, 13 fevral 2020-ci il tarixli ***-*******LK130220-01 saylı kredit müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2020-ci il tarixli ***-*******LK130220-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 2.200 (iki min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh arasında 13 fevral 2020-ci il tarixli ***-*******LK120220- 01/QZ2/1 nömrəli Girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əlavə imzalanmış 13 fevral 2020-ci il tarixli Qiymətləndirmə və təhvil-təslim aktında göstərilmiş cavabdehə məxsus ümumi çəkisi 31.50 qram olan 750 əyarlı 1 dəst qarnitur və ümumi çəkisi 13 qram olan 583 əyarlı 1 ədəd üzük banka girov qoyulmuşdur. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh 13 fevral 2020-ci il tarixli ***-*******LK130220-01 nömrəli kredit müqaviləsi üzrə 20 sentyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi 3.296,66 (üç yüz iki yüz doxsan altı manat 66 qəpik) manat məbləğində borcu vardır. Bundan 1.986,13 (bir min doqquz yüz səksən altı manat 13 qəpik) manat əsas borc, 1.148,97 (bir min yüz qırx səkkiz manat 97 qəpik) manat faiz borcu və 161,56 (bir yüz altmış bir manat 56 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin Maddə 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borc məbləğinə faiz və cərimə borcu hesablamışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını cavabdehdən iddiaçının xeyrinə tutulmasını və tutmanın girov predmeti olan əşyalara yönəldilməsini əsaslı hesab edir. Məhkəmə, həmçinin, hesab edir ki, 13 fevral 2020-ci il tarixli ***- *******LK130220-01 saylı müqavilə üzrə əsas borc və faiz borcu tam şəkildə cavabdehdən alınıb iddiaçıya verilməlidir. Odur ki, məhkəmə işin hallarına uyğun olaraq, yuxarıda qeyd olunan normalara əsaslanıb hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.986,13 (bir min doqquz yüz səksən altı manat 13 qəpik) manat əsas borcun, 1.148,97 (bir min yüz qırx səkkiz manat 97 qəpik) manat faiz borcunun və 161,56 (bir yüz altmış bir manat 56 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun, cəmi 3.296,66 (üç min iki yüz doxsan altı manat 66 qəpik) manat məbləğində pul alınıb iddiaçıya ödənilməli, tələbin Cavabdeh məxsus olan: ümumi çəkisi 31.50 qram olan 750 əyarlı 1 dəst qarnitur və ümumi çəkisi 13 qram olan 583 əyarlı 1 ədəd üzük, cəmi 3433.50 manat məbləğində qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracdan satılaraq dəyəri borca ödənilməlidir. Satışdan əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 13 fevral 2020-ci il tarixli ***-*******LK130220-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas kredit borcu üzrə 1.986,13 (bir min doqquz yüz səksən altı manat 13 qəpik) manat, faiz borcu üzrə 1.148,97 (bir min yüz qırx səkkiz manat 97 qəpik) manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış faiz borcu üzrə 161,56 (bir yüz altmış bir manat 56 qəpik) manat olmaqla, cəmi 3.296,66 (üç min iki yüz doxsan altı manat 66 qəpik) manat məbləğində pul alınıb iddiaçı LPO İddiaçı ASC-nə verilsin. Tələb, girov predmeti olan Cavabdeh məxsus ümumi çəkisi 31.50 qram olan 750 əyarlı 1 dəst qarnitur və ümumi çəkisi 13 qram olan 583 əyarlı 1 ədəd üzük, cəmi 3433.50 manat məbləğində qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızılzinət əşyaları açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. Satışdan əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada Cavabdeh bankın xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 52.97 (əlli iki manat doxsan yeddi qəpik) manat pul alınıb iddiaçı LPO İddiaçı ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar