Məhkəmə qərarları › İş №e-2(076)-2697/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2697/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2697/2025 09.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X7, X8, X5 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə iddiasına dair mülki işə Şəmkir rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y ƏN E T D İ : İddiaçı "xxxx" ASC cavabdehlər X7, X8, X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11, X12 və X2 "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********79saylı Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3754.99 manat əsas, 0.01 manat faiz borcu olmaqla cəmi 3755 manat borcu, xx.xx.2020-ci il tarixli BPM**********79 saylı Tam kart çərçivə Müqaviləsinə əsasən kart kredit limiti üzrə 499.86 manat əsas borc və 68.73 manat faiz borc olmaqla cəmi 504.14 manat kart kredit borcu, xx.xx.2022-ci il tarixli, CL-EE********** saylı Kredit müqaviləsi üzrə 6882.92 manat əsas və 0.03 manat faiz borcu olmaqla, cəmi 6882.95 manat kredit borcu olmaqla, cəmi 11142.09 manat (on bir min bir yüz qırx iki manat sıfır doqquz qəpik) manat və ödənilmiş 123.43 (bir yüz iyirmi üç manat qırx üç qəpik) manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəmkir filialı ilə X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********79 saylı Tam kart çərçivə müqaviləsinə əsasən X6 48 ay müddətinə illik 22 faiz olmaqla 7500 manat məbləğində nağd krediti, həmin müqaviləyə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart limiti, həmçinin xx.xx.2022-ci il tarixli, CL-EE********** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 18.9 faiz olmaqla 7600 manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şəmkir rayon 1 saylı notariat ofisinin məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi qanun üzrə vərəsələri olan X11, X12 və X10tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri əsasında açılmışdır. Bankın Şəmkir filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 xx.xx.2020-ci il tarixli BPM**********79 saylı Tam kart çərçivə müqaviləsinə əsasən 3754.99 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 3755 manat, kart limiti üzrə 499.86 manat əsas və 4.28 manat faiz borcu olmaqla, cəmi 504.14 manat, həmçinin xx.xx.2022-ci il tarixli, CL- EE********** saylı kredit müqaviləsinə əsasən 6882.92 manat əsas və 0.03 manat faiz olmaqla, cəmi 6882.95 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçı "xxxx" ASC məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər X11, X12 və X10 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli BPM**********79 saylı Tam kart çərçivə müqaviləsindən görünür ki, X6 48 ay müddətinə illik 22 faiz olmaqla 7500 manat məbləğində nağd krediti, həmin müqaviləyə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CL-EE********** saylı kredit müqaviləsindən görünür ki, X6 60 ay müddətinə illik 18.9 faiz olmaqla 7600 manat məbləğində nağd kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X4 xx.xx.2020-ci il tarixli BPM**********79saylı Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3754.99 manat əsas, 0.01 manat faiz borcu olmaqla cəmi 3755 manat borcu, xx.xx.2020-ci il tarixli BPM**********79 saylı Tam kart çərçivə Müqaviləsinə əsasən kart kredit limiti üzrə 499.86 manat əsas borc və 68.73 manat faiz borc olmaqla cəmi 504.14 manat kart kredit borcu, xx.xx.2022-ci il tarixli, CL-EE********** saylı Kredit müqaviləsi üzrə 6882.92 manat əsas və 0.03 manat faiz borcu olmaqla, cəmi 6882.95 manat kredit borcu olmaqla, cəmi 11142.09 manat (on bir min bir yüz qırx iki manat sıfır doqquz qəpik) manat borcu var. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş 794 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 miras qalmış əmlaka dair Şəmkir rayonu 1 saylı notariat ofisində vərəsəlik işi açılmış, mərhumdan qalan miras X11, X12 və X10 tərəfindən qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********79 saylı Tam kart çərçivə müqaviləsinə X6 48 ay müddətinə illik 22 faiz olmaqla 7500 manat məbləğində nağd krediti, həmin müqaviləyə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart limiti, həmçinin xx.xx.2022-ci il tarixli, CL-EE********** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 18.9 faiz olmaqla 7600 manat məbləğində nağd kredit verilmişdir. Lakin, X9 xx.xx.2023-cü il tarixdə öldüyündəm müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra edə bilməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında xx.xx.2020-ci il tarixli BPM**********79saylı Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3754.99 manat əsas, 0.01 manat faiz borcu olmaqla cəmi 3755 manat borcu, xx.xx.2020-ci il tarixli BPM**********79 saylı Tam kart çərçivə Müqaviləsinə əsasən kart kredit limiti üzrə 499.86 manat əsas borc və 68.73 manat faiz borc olmaqla cəmi 504.14 manat kart kredit borcu, xx.xx.2022-ci il tarixli, CL-EE********** saylı Kredit müqaviləsi üzrə 6882.92 manat əsas və 0.03 manat faiz borcu olmaqla, cəmi 6882.95 manat kredit borcu olmaqla, cəmi 11142.09 manat (on bir min bir yüz qırx iki manat sıfır doqquz qəpik) manat məbləğində icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun həmin məbləğdə icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. X9 öldükdən sonra onun həyat yoldaşı – hazırki iş üzrə cavabdeh X11, uşaqları X12 və X10 miras qoyanın vərəsəsi kimi Şəmkir rayonu 1 saylı notariat ofisinin vermiş olduğu xx.xx.2024-cü il tarixli 794 saylı məktubuna əsasən mərhumdan qalan miras X11, X12 və X10 tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1151-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasın formal və qeyriformal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 123.43 (bir yüz iyirmi üç manat qırx üç qəpik) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqını da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddia təmin edilsin. Cavabdehlər X11, X12 və X2 müştərək qaydada xx.xx.2020-ci il tarixli BPM**********79saylı Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3754.99 manat əsas, 0.01 manat faiz borcu olmaqla cəmi 3755 manat borcu, xx.xx.2020-ci il tarixli BPM**********79 saylı Tam kart çərçivə Müqaviləsinə əsasən kart kredit limiti üzrə 499.86 manat əsas borc və 68.73 manat faiz borc olmaqla cəmi 504.14 manat kart kredit borcu, xx.xx.2022-ci il tarixli, CL-EE********** saylı Kredit müqaviləsi üzrə 6882.92 manat əsas və 0.03 manat faiz borcu olmaqla, cəmi 6882.95 manat kredit borcu olmaqla, cəmi 11142.09 manat (on bir min bir yüz qırx iki manat sıfır doqquz qəpik) manat borc, 123.43 (bir yüz iyirmi üç manat qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi 0.40 (qırx qəpik) manat pul vəsaiti alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar