Məhkəmə qərarları › İş №e-2(076)-276/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-276/2025

15.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-276/2025 15.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18850 (on səkkiz min səkkiz yüzəlli) manat pulun, ödənilmiş 146 (bir yüz qırx altı yeddi) manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pulun alınıb mənə verilməsinə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, 23 sentyabr 2024-cü il tarixdə saat 19:00 radələrində Şəmkir-Kür qəsəbə yolunda sürücülük hüququ olmadan idarə etdiyi «Vaz 2106» markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq ona məxsus LAND ROVER markalı, ** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş nəticədə onun avtomobilinə 23850 manat məbləğində maddi zərər dəymişdir. Bundan sonra Cavabdeh törətdiyi əmələ görə Şəmkir DYPB-də araşdırılma aparılmış və cavabdehin barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(076)- 1107/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən hadisə nəticəsində onun avtomobilinə dəymiş zərər hadisəyə səbəb olan cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, hadisə nəticəsində ona məxsus LAND ROVER markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə 23850 (iyimi üç min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Cavabdeh avtomobilin sığortası tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada 5000 (beş min) manat məbləğində ödəniş edilmişdir. Lakin onun avtomobilinə ziyan aktında göründüyü kimi 23850 (iyimi üç min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. 23850 manat ziyandan 5000 manat sığorta ödənişi ödənildikdən sonra 18850 manat ziyan önənilməmiş qalmaqdadır. Cavabdeh halhazırda yuxarda qeyd olunan ünvanda yaşayır. Ondan ona məxsus LAND ROVER markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 18850 manat (5000 manat sığorta ödənişindən sonra) ziyanı könüllü ödəməsini tələb etsə də, o pulu könüllü ödəməkdən boyun qaçırır. Ona görə də o məcbur olub məhkəməyə müraciət edir. İddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 9820 (doqquz min səkkiz yüz iyirmi) manat pulun, ödənilmiş 118 (bir yüz on səkkiz) manat dövlət rüsumunun, ekspertiza keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat pulun və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pulun Cavabdeh alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun çıxış edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh öz izahatında bildirdi ki, o, həqiqətən də Elnura məxsus avtomobili vurmuşdur. Lakin, ekspertin rəyindən razı deyil və hesab edir ki, ekspert rəydə məbləği şişirdilmiş göstərmişdir. Əlavə olaraq qeyd etdi ki, iddiaçıya məxsus avtomobilin təmir edilməsinə onun maddi imkanı yoxdur. Avtonəqliyyat hadisəsinin ehtiyatsızlıq nəticəsində baş verməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Bələ ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli AP ******* nömrəli “inzibati xəta haqqında” protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəmkir-Kür qəsəbəsi yolunda avtomobilini idarə edərkən manevr etmək qaydasını pozaraq hərəkətdə olan “Land R” **-DD-*** nömrəli avtomaşınla toqquşub və hadisə yerindən yayılıb, sürücülük hüququ yoxdur, avtomaşına maddi ziyan dəymişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, “Land Rover” markalı, **-DC-*** dövlət nişanlı avtomaşının təmiri qiyməti 23850 manat muyən edilmişdir. Məhkəmə Elektron İnformasiya Sistemi vasitəsi ilə əldə edilmiş Şəmkir Rayon Məhkəməsinin 3(076)-1107/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, inzibati xəta haqqında protokola görə Cavabdeh, 23 sentyabr 2024-cü il tarixdə saat 19:00 radələrində Şəmkir-Kür qəsəbə yolunda sürücülük hüququ olmadan idarə etdiyi «Vaz 2106» markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq LAND ROVER markalı, ** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş nəticədə sonuncu avtomobilin sahibi İddiaçı maddi zərər dəymişdir. Şəmkir Rayon Məhkəməsinin 3(076)-1107/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. BB 612352 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2017-cı il istehsal olmuş 99DC999 qeydiyyat nişanlı “LAND ROVER” minik nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan 9/1428 nömrəli, xx.xx.2025-ci il tarixli Məhkəmə Ekspertiza mərkəzinin tərəfindən verilmiş ekspertizanın rəyindən görünür ki, ekspertiza tədqiqatında təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Şəmkir-Avtoservis” ATSC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən 2017-ci il buraxılışlı “X2” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin 02 adda ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablamaya görə təxminən 1497,00 manat müəyyən edilir. Qüsur aktlarında qeyd edilən digər ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamışdır. Avtoehiyat hissələrinin təmir-bərpa xərclərinin dəyəri avtoservislərin səviyyəsindən və s. amillərdən asılı olaraq müxtəlif qiymətlərdə olur. Belə ki, avtoehiyat hissələrinin təmir-bərpa xərclərinin məbləği sifarişi yerinə yetirən tərəflər arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. İş materiallarında olan 0201 nömrəli, xx.xx.2025-ci il tarixli Meyar Ekspertiza MMC tərəfindən verilmiş ekspertizanın rəyindən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Land Rover” minik markalı **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) yuvarlaq hesabla 14820.00 (on dörd min səkkiz yüz iyirmi) manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzədən görünür ki, İddiaçı "xxxx" MMC-yə 400 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırkı mülki iş üzrə Cavabdeh ona məxsus avtomobilli idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi qaydalarını pozaraq avtoqəza törətməsi, avto qəza nəticəsində cavabdehə İddiaçı mülkiyyətində olan avtomobilə maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Bununla da iddiaçı avtomobilə dəymiş ziyanın əvəzinin-9820 manat pulun cavabdehdən tutularaq ona verilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş 0201 nömrəli, xx.xx.2025-ci il tarixli ekspertiza rəyində isə iddiaçıya dəymiş maddi zərərin məbləği 14820 manat müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Porsesual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ekspertiza rəyində iddiaçının avtomobilinə dəymiş maddi ziyan 14820 manat müəyyən edilmiş olsa da, iddiaçı Sığorta Şirkəti tərəfindən ona dəymiş ziyanın 5000 (beş min) manat hissəsinin ödənildiyini göstərmiş və cavabdehdən 9820.00 manat məbləğində ona dəymiş maddi ziyanı tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmadan, avtomobilə dəymiş ziyana münasibətdə iddia tələbində göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə vurulmuş ziyana görə 9820.00 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 118 manat dövlət rüsumunun və 400 manat məbləğində ekspertiza xərci Cavabdeh tutulmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın "500 manat vəkil xidmət haqqının cavabdehdən alınması" hissəsini əsaslı hesab edir. Belə ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 611 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 500 manat pulun alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 9820.00 manat (doqquz min səkkiz yüz iyirimi) manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 118 (bir yüz on səkkiz) manat pul, vəkil xidmət haqqının əvəzi kimi 500 (beş yüz) manat pul və ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar