Məhkəmə qərarları › İş №e-2(076)-280/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-280/2025

14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-280/2025 14.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı MMC–nin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakları ilə İddiaçı MMC–nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyan tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 990,02 (doqquz yüz doxsan manat iki qəpik) manat maddi zərər məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 1020.6 (bir min iyirmi manat altı qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində **-JF-*** dövlət qeydiyyat nişanlı “İSUZU NQR 75L YÜK” markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tərəfindən hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusu vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. YNH-i barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Bakı şəhəri DYPİ-nin YNH inspektoru polis baş leytenantı X2 yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhəri DYPİ-nin YNH inspektoru polis baş leytenatı X2 tərəfindən araşdırılmış və nəticədə Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2023-cü il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” Protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus zədələnmişdir və təmir olunması üçün 3 (üç) gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 006504 saylı Zərər Aktına əsasən **-JU-*** DQN-lı avtobusa 990,02 (doqquz yüz doxsan manat, 02 qəpik) manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən **-JF-*** dövlət qeydiyyat nişanlı “İSUZU NQR 75L YÜK” markalı nəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 990,02 (doqquz yüz doxsan manat, 02 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. Odur ki, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 990,02 (doqquz yüz doxsan manat iki qəpik) manat maddi zərər məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 1020.6 (bir min iyirmi manat altı qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC–nin nümayəndəsi X3 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı MMC-yə 990,02 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra dəfələrlə cavabdehdən dəymiş ziyanı könüllü olaraq qaytarması tələb edilmiş, lakin cavabdeh həmin ziyanı ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırılmışdır. Odur ki, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 990,02 (doqquz yüz doxsan manat iki qəpik) manat maddi zərər məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 1020.6 (bir min iyirmi manat altı qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixində **-JF-*** dövlət qeydiyyat nişanlı “İSUZU NQR 75L YÜK” markalı nəqliyyat vasitəsini idarə edən zaman manevr qaydalarını pozaraq, İddiaçı MMCyə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusu vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. YNH-i barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Bakı şəhəri DYPİ-nin YNH inspektoru polis baş leytenantı X2 yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhəri DYPİ-nin YNH inspektoru polis baş leytenatı X2 tərəfindən araşdırılmış və nəticədə onun əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2023-cü il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Hazırda iddianı qəbul edir. Odur ki, izahatında göstərilənləri nəzəra alaraq qərar qəbul edilməsini xahiş edir. Cavabdeh həmçinin sualları cavablandırarkən qeyd etdi ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edildikdən sonra cərimə tərəfindən dərhal ödənildiyinə görə həmin inzibati xəta haqqında protokol üzrə qərar qəbul edilməmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ziyan aktının surətindən görünür ki, **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobusa baxış keçirilmiş və 990,02 manat ziyan dəyməsi müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində **-JF-*** dövlət qeydiyyat nişanlı “İSUZU NQR 75L YÜK” markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tərəfindən hərəkətdə olarkən manevr qaydalarını pozduğundan İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İşdə olan icbari sığorta bürosunun portal çıxarışından görünür ki, xx.xx.2023cü il tarixində **-JF-*** dövlət qeydiyyat nişanlı “İSUZU NQR 75L YÜK” markalı nəqliyyat vasitəsinin sığortası olmamışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, xx.xx.2023-cü il tarixində **-JF-*** dövlət qeydiyyat nişanlı “İSUZU NQR 75L YÜK” markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusla toqquşmuşdur. Nəticədə avtobusa maddi ziyan dəymişdir. Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2023-cü il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” Protokol tərtib edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli hərəkətləri nəticəsində **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobusa 990,02 manat məbləğində maddi ziyan dəyməsi iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM–in 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 990,02 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 990,02 (doqquz yüz doxsan manat iki qəpik) manat məbləğində pul alınıb İddiaçı MMC–yə ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 0,40 (qırx) qəpik Cavabdeh alınıb İddiaçı MMC–yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar