Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2901/2024 07.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh qarşı “Ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, X1 oğlunun vərəsəsi Cavabdeh 2779.49 manat əsas borcun, ödənilmiş 47.80 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bankla X1 oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********66 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 21 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində nağd kredit verilmişdir. X1 oğlu əsas məbləği və onun faizlərini hər ay banka ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuş və ödəniş etməmişdir. X1 oğlu xx.xx.2023–cü il tarixdə vəfat etmiş, bundan sonra mərhumun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh isə, X1 oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınmışdır. Odur ki cavabdehdən xx.xx.2023-cü il tarixli, BPM**********66 saylı kredit müqaviləsi üzrə 2779.49 manat əsas borcun, ödənilmiş 47.80 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək borclunun 2753 manat əsas, 0 manat faiz olmaqla cəmi 2753.49 manat borcunun olmasını bildirmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, atası X1 oğlunun iddiaçı banka borcunun olması barədə əvvəllər məlumatı olmamış, bu barədə xx.xx.2024-cü il tarixdə bildiriş alarkən məlumatı olmuşdur. İddiaçı bankın bildirişini aldıqdan sonra o, banka yaxınlaşaraq üç gün ərzində borcu bağlaya bilməyəcəyini demiş və əlavə olaraq borc məbləğini az-az ödəyəcəyini bildirmişdir. Lakin, bank əməkdaşı ona iki-üç gün ərzində borcu ödəməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Hazırda Azərbaycan Beynəlxalq Bankıına olan borcu hissə-hissə ödəyir. Odur ki, izahatında göstərilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********66 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 21 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində nağd kredit verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 oğlu arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, X1 oğlu xx.xx.2023–xx.xx.2025–ci illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X1 oğlu xx.xx.2023–cü il tarixdə vəfat etmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 145 saylı cavab məktubundan görünür ki, xx.xx.2023–cü il tarixdə vəfat etmiş X1 oğlunun vərəsəsi Cavabdeh müəyyən edilmişdir. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, banka olan borcu xatırladılaraq onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024–cü il tarixədək X1 oğlunun iddiaçı banka 2753 manat əsas, 0 manat faiz olmaqla cəmi 2753.49 manat məbləğində yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X1 oğlu arasında bağlanmış xx.xx.2023cü il tarixli, BPM**********66 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 21 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində nağd kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən X1 oğlu krediti hər ay banka qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun iddiaçı banka borcu yaranmışdır. X1 oğlu xx.xx.2023–cü il tarixdə vəfat etmiş, bundan sonra ondan qalmış miras əmlak Cavabdeh tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1306.1–ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, BPM**********66 saylı kredit müqaviləsinə əsasən mərhum X1 oğlunun vərəsəsi, Cavabdeh 2753.49 manat əsas kredit borcu, 0 manat faiz borcu cəmi 2753.49 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir və Cavabdeh 47.80 manat məbləğində pul və 0.40 manat xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, BPM**********66 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 2753.49 manat (iki min yeddi yüz əlli üç manat, qırx doqquz qəpik) manat məbləğində pul alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 47.80 (qırx yeddi manat, səksən qəpik) manat məbləğində pul və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-2901/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2901/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver