Məhkəmə qərarları › İş №e-2(076)-3018/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3018/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3018/2024 30.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Talebiannia Firdovsi Ebrahim oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Talebiannia Firdovsi Ebrahim oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən xx.xx.2023-cü il tarixli, FN-00870-00/23A saylı kredit müqaviləsi üzrə 8140.87 manat əsas kredit borcu, 520.56 manat faiz borcu, 78.42 manat dəbbə borcu olmaqla, cəmi 8739.85 manat məbləğində pulun və ödənilmiş 108 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, iddiaçı bank ilə cavabdeh Talebiannia Firdovsi Ebrahim oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN- 00870-00/23A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 9500 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh Talebiannia Firdovsi Ebrahim oğlu kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki cavabdehdən xx.xx.2023-cü il tarixli, FN-00870-00/23A saylı kredit müqaviləsi üzrə 8140.87 manat əsas kredit borcu, 520.56 manat faiz borcu, 78.42 manat dəbbə borcu olmaqla, cəmi 8739.85 manat məbləğində pulun və ödənilmiş 108 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Talebiannia Firdovsi Ebrahim oğlu isə məhkəməyə gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Talebiannia Firdovsi Ebrahim oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN- 00870-00/23 A saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 48 ay müddətinə illik 22 faiz olmaqla 9500 manat məbləğində kredit vermişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Talebiannia Firdovsi Ebrahim oğlu kredit məbləğinin 05.052023– xx.xx.2027–ci il ərzində hər ay 299.31 manat olmaqla ödənilməsinə razı olmuşlar. Talebiannia Firdovsi Ebrahim oğlu həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan Bank "xxxx" ASCASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2024–cü il tarixə Talebiannia Firdovsi Ebrahim oğlunun banka 8140.87 manat əsas kredit borcu, 520.56 manat faiz borcu, 78.42 manat dəbbə borcu olmaqla, cəmi 8739.85 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh Talebiannia Firdovsi Ebrahim oğlu arasında xx.xx.2023-cü il tarixli, FN-00870-00/23 A saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 48 ay müddətinə illik 22 faiz olmaqla 9500 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun xx.xx.2024–cü il tarixə banka 8140.87 manat əsas kredit borcu, 520.56 manat faiz borcu, 78.42 manat dəbbə borcu olmaqla, cəmi 8739.85 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh Talebiannia Firdovsi Ebrahim oğlu müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdeh Talebiannia Firdovsi Ebrahim oğlunun hazırki vaxtadək iddiaçı banka 8140.87 manat əsas kredit borcu, 520.56 manat faiz borcu, 78.42 manat dəbbə borcu olmaqla, cəmi 8739.85 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankın tələbi əsaslıdır. Odur ki, iddiaçı Bank "xxxx" ASCAçıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Talebiannia Firdovsi Ebrahim oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN-00870-00/23 A saylı kredit müqaviləsi üzrə 8140.87 manat əsas kredit borcu, 520.56 manat faiz borcu, 78.42 manat dəbbə borcu olmaqla, cəmi 8739.85 manat məbləğində pul və 108 manat dövlət rüsumu, 0.40 manat ximət haqqı alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, FN-00870-00/23 A saylı kredit müqaviləsinə əsasən cavabdeh Talebiannia Firdovsi Ebrahim oğlundan 8140.87 manat əsas kredit borcu, 520.56 manat faiz borcu, 78.42 manat dəbbə pulu olmaqla, cəmi 8739.85 (səkkiz min yeddi yüz otuz doqquz manat, səksən beş qəpik) məbləğində pul alınıb iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh Talebiannia Firdovsi Ebrahim oğlundan 108 (yüz səkkiz) manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınıb iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar