Məhkəmə qərarları › İş №e-2(076)-3077/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3077/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3077/2024 07.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Cavabdeh: Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və Cavabdeh2 Şəmistan oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X2 və Cavabdeh2 Şəmistan oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən cəmi 1009.50 manat olmaqla 867.86 manat əsas, 127.77 manat faiz borcun, iş üzrə ödənilmiş 30.10 manat dövlət rüsumunun alınıb ləğv prosesində olan iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X8 qızı arasında bağlanmış 29 iyul 2016-cı il tarixli 44-xx-xx-055872 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 2.190 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu bərədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit muqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə borc verən borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək borc alanın vəzifəsidir. AZ-İ№988031nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən cavabdeh X8 qızı 10 yanvar 2019-cu ildə vətat etmiş, 16 09.2019cu i tarixli 757/2019 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 Şəmistan oğlu miras əmlakdan 1/3 hissəsində, X4 isə miras əmlakdan 1/3 hissəsində pay almışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********740 saylı 17 iyun 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək üzürlü səbəbdən nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh2 Şəmistan oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və Cavabdeh2 Şəmistan oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X5 izahatında göstərdi ki, iddianı qəbul etmirlər, cavabdeh X8 qızı öləndən sonra onun ölüm haqqında şəhadətnaməsini banka təqdim etmiş, lakin bankdan sığorta tərəfindən mövcud borcun ödəniləcəyi bildirilmiş, daha sonra borc barədə heç bir məlumat verilməmişdir. X8 qızından miras qalmış əmlak təmsil etdiyi şəxs və Cavabdeh2 Şəmistan oğlu tərəfindən qəbul edilsədə, hesab edir ki, iddia olunan borc sığorta şirkəti tərəfindən ödənilməlidir. Borc sığorta şirkəti tərəfindən ödənilməli olsa da, bank əsassız olaraq məhkəməyə müraciət edərək vərəsələrdən həmin vəsaiti tələb edir. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh1 nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti X8 qızı arasında bağlanmış 29 iyul 2016-cı il tarixli 44-xx-xx-055872 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 2.190 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X8 qızı arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, X8 qızı xx.xx.2016–xx.xx.2021–ci illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 qızı xx.xx.2019–cu il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2019–cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2019–cu il tarixdə vəfat etmiş X8 qızının vərəsələri X4 və Cavabdeh2 Şəmistan oğlu müəyyən edilmişdir. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, banka olan borcu xatırladılaraq onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024–cü il tarixədək X8 qızının iddiaçı banka 867.86 manat əsas kredit borcu, 127.77 manat faiz borcu olmaqla cəmi 1009.5 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X8 qızı arasında bağlanmış 29 iyul 2016-cı il tarixli 44-xx-xx-055872 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 2.190 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən X8 qızı krediti hər ay banka qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun banka 867.86 manat əsas kredit borcu, 127.77 manat faiz borcu olmaqla cəmi 1009.5 manat məbləğində borcu yaranmışdır. X8 qızı xx.xx.2019–cu il tarixdə vəfat etmiş, bundan sonra ondan qalmış miras əmlak cavabdehlər tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1306.1–ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Odur ki məhkəmə hesab edir ki, 29 iyul 2016-cı il tarixli 44-xx-xx-055872 nömrəli kredit müqaviləsinə əsasən mərhum X8 qızının vərəsələri X1 və Cavabdeh2 Şəmistan oğlundan 867.86 manat əsas kredit borcu, 127.77 manat faiz borcu olmaqla cəmi 1009.5 manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 29 iyul 2016-cı il tarixli 44-xx-xx-055872 nömrəli kredit müqaviləsinə əsasən mərhum X8 qızının vərəsələri X1 və Cavabdeh2 Şəmistan oğlundan 867.86 manat əsas kredit borcu, 127.77 manat faiz borcu olmaqla cəmi 1009.5 (min doqquz manat, əlli qəpik) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər X1 və Cavabdeh2 Şəmistan 30.10 (otuz manat, on qəpik) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar