Məhkəmə qərarları › İş №e-2(076)-3080/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3080/2024

06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3080/2024 06.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cinayət əməli nəticəsində vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «cinayət əməli nəticəsində vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun əmlakına qarşı törədilən cinayət əməli ilə 8175 manat həcmində vurulmuş maddi zərərin ödənilməsi və ödənilmiş 102 manat məbləğində dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh Şəmkir rayonu Yeni həyat kəndində yerləşən fərdi yaşayış evindən 5.575 manat məbləğində pulu, 1 ədəd 583 əyarlı 1200 manat dəyərində 20 qram çəkildə qızıl qolbağı, 1 ədəd 583 əyarlı 1620 manat dəyərində 27 qram çəkidə qızıl boyunbağı, 1 ədəd 583 əyarlı 180 manat dəyərində 3 qram çəkidə “Quran” kitabı formalı qızıl medalyonu, 1 cüt 583 əyarlı 180 manat dəyərində 3 qram çəkidə üzərində bənövşəyi rəngli qaşı olan qızıl sırğanı və 1 cüt 583 əyarlı 420 manat dəyərində 7 qram çəkidə üzərində 6 ədəd brilyant qaşlar olan qızıl sırğanı, cəmi 3600 manat dəyərində qızıl-zinyət əşyalarını oğurlamaqla oan cəmi 9.175 manat məbləğində maddi ziyan vurmuşdur. Vurulmuş zərərin 1000 manatını qaytarmış, 8175 manat miqdarında zərərin əvəzi ödənilməmiş qalmışdır. Törətdiyi cinayət əməlinə görə təqsirləndirilən şəxs Cavabdeh Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1 (076)-2/2024 saylı hökmü ilə barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hal-hazırda cavabdeh Hüseynov X2 Xidmətin Gəncə 2 saylı istintaq Təcridxanasında saxlanılır. Məhkəmə istintaqı zamanı onun tərəfindən onun pul vəsaitini, qızıl-zinət əşyalarını oğurlandığını etiraf etmişdir. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh tərəfindən onun əmlakına qarşı törədilən cinayət əməli ilə 8175 manat həcmində vurulmuş maddi zərərin ödənilməsi və ödənilmiş 102 manat məbləğində dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X1 cəza çəkdiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında iddia ərizəsinin surəti və məhkəmə bildirişi göndərilmiş, eləcə də cavabdehin məhkəmə iclasında iştirak etmək istədiyi halda məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh iddiaya dair hər hansı münasibət bildirməmiş və məhkəmə iclasında iştirak etmək istəyini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-2/2024 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin, həmin hökmlə Cavabdeh İddiaçı məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq 5.575 (beş min beş yüz yetmiş beş) manat nağd pul və cəmi 3.600 (üç min altı yüz) manat dəyərində qızıl-zinət əşyaları gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş şəxs İddiaçı məxsus 9.175 (doqquz min bir yüz yetmiş beş) manat məbləğində əmlakı gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq əməli törətməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq 5.575 (beş min beş yüz yetmiş beş) manat nağd pul və cəmi 3.600 (üç min altı yüz) manat dəyərində qızıl-zinət əşyaları gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş şəxs İddiaçı məxsus 9.175 (doqquz min bir yüz yetmiş beş) manat məbləğində əmlakı gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-2/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı Cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 8175 (səkkiz min bir yüz yetmiş beş) manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmi Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh İddiaçı məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq 5.575 (beş min beş yüz yetmiş beş) manat nağd pul və cəmi 3.600 (üç min altı yüz) manat dəyərində qızıl-zinət əşyaları gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş şəxs İddiaçı məxsus 9.175 (doqquz min bir yüz yetmiş beş) manat məbləğində əmlakı gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İddiaçı dəymiş ziyanın qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 8175 (səkkiz min bir yüz yetmiş beş) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 102 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 8175 (səkkiz min bir yüz yetmiş beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 102 (bir yüz iki) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ŞəmkirRayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar