Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3141/2024 14.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Cavabdeh: Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “Kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “Kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə 7684.55 manat əsas, 1256.68 manat faiz, 444.32 manat cərimə, o manat komisyon haqqı borcu olmaqla cəmi 9385.55 manat borcun 0.40 manat xidmət haqqının və ödənilmiş 113.95 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bank ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-ci il tarixli əsas kredit müqaviləsi üzrə 300 000 manat, 120 ay müddətinə kredit ayrılmış və xx.xx.2023-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə, illik 25 % ödəmək şərtilə 9200 manat məbləğində kredit verilmişdir. (kredit müqaviləsinin 1-ci maddəsi). Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 4 iyul 2024 tarixinə "xxxx" KB ASC-yə 7684,55 manat əsas, 1256,68 manat faiz, 444,32 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 9385,55 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə 7684.55 manat əsas, 1256.68 manat faiz, 444.32 manat cərimə, o manat komisyon haqqı borcu olmaqla cəmi 9385.55 manat borcun 0.40 manat xidmət haqqının və ödənilmiş 113.95 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək üzürlü səbəbdən nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirdi ki, iddianı qəbul edir, ona məxsus mal-qarası məhv olmuşdur, maddi çətinlik çəkdiyinə görə krediti ödəyə bilməmişdir. Odur ki məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, hazırki borc məbləğini o istifadə etməmişdir, Cavabdeh3 isə maddi vəziyyəti sonradan pisləşdiyindən borcunu ödəyə bilməmişdir, o Cavabdeh3 krediti ödəyəcəyini dair zaminlik götürmüşdür. Odur ki məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə, cavabdehlərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-ci il tarixli əsas kredit müqaviləsindən görünür ki, cavabdehə 300 000 manat, 120 ay müddətinə kredit ayrılmışdır. İşdə olan xx.xx.2023-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə, illik 25 % ödəmək şərtilə 9200 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, cavabdehin öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq Cavabdeh1 və Cavabdeh2 öz üzərinə götürmüşlər. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024–cü il tarixədək cavabdehin 7684.55 manat əsas kredit borcu, 1256.68 manat faiz borcu, 444.32 manat cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 9385.55 manat məbləğində borcu yaranmışdır. İşdə olan cavabdehlərə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehlərin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli 416micSMKR/23 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 25 % ödəmək şərtilə 9200 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun banka əsas, faiz və cərimə borcu olmaqla cəmi 9385.55 manat borcu yaranmışdır. Eləcə də, bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini kimi Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zaminlər cavabdehin öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikası MM–nin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən bu məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Məhkəmə, həmçinin, hesab edir ki, xx.xx.2023-cü il tarixli 416micSMKR/23 saylı müqavilə üzrə əsas və faiz borcu tam şəkildə cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Bununla belə, xx.xx.2023-cü il tarixli 416micSMKR/23 saylı müqavilə üzrə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən əsas borcun məbləği ilə uzlaşmadığından azaldılaraq 25 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 416micSMKR/23 saylı müqavilə üzrə dəbbə pulunun azaldılaraq 25 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 416micSMKR/23 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, 7684.55 manat əsas, 1256.68 manat faiz, 25 manat cərimə, o manat komisyon haqqı borcu olmaqla, cəmi 8966.23 manat məbləğində pul, 0,40 manat xidmət haqqı və ödənilmiş 113.95 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 416micSMKR/23 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7684.55 manat əsas, 1256.68 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 8966.23 (səkkiz min doqquz yüz altmış altı manat, iyirmi üç qəpik) manat məbləğində pul alınıb "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 0,40 (qırx qəpik) manat xidmət haqqı və 113.95 (yüz on üç manat, doxsan beş qəpik) manat pul alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-3141/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3141/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver