Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-323/2024 14.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin cavabdeh X3 qanuni nümayəndəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" QSC-nin cavabdeh X3 qanuni nümayəndəsi Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ADY-yə vurulmuş 14682.44 manat məbləğində zərərin və 135 manat məbləğində dövlət rüsumunun, cəmi 14818.44 manat yetkinlik yaşına çatmayan X3 qanuni nümayəndəsi Cavabdeh tutularaq, ADY-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Böyük Şor-Sabunçu dəmir yolu mənzilində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus STADLER EŞ2-019 markalı Bakı- Pirşağı-Bakıxanov xətti ilə hərəkət edən sürətli elektrik qatarına kənardan daş atılması nəticəsində qatarın ön qalın şüşəsi əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində ADY-yə 14 683,44 (on dörd min altı yüz səksən üç manat 44 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X6 Polis İdarəsinin Sabunçu Xətt polis şöbəsində araşdırma aparılmışdır. Sabunçu Xətt polis şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2023-cü il tarixində saat 18:49 radələrində Böyük Şor-Sabunçu dəmir yolu mənzilində (10-cu km 9-cu piketində) ADY-yə məxsus STADLER EŞ2-019 markalı Bakı-Pirşağı-Sumqayıt xətti ilə hərəkət edən sürətli elektrik qatarının ön şüşəsinə kənardan daş atılması nəticəsində ön şüşə hissəsinə zərər verən şəxsin yetkinlik yaşına çatmayan, xx.xx.2014-cü il təvəllüdlü X5 olması müəyyən olunmuşdur. Bununla əlaqədar onun qanuni nümayəndəsi, valideyni Cavabdeh bölməyə dəvət olunmuş, onun iştirakı ilə X3 izahatı alınmışdır. X5 verdiyi izahatında qatarın ön şüşəsinə daş atdığını etiraf etmişdir. Həmçinin qərardan görünür ki, hadisə nəticəsində ADY-yə 14 683,44 (on dörd min altı yüz səksən üç manat 44 qəpik) manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Məlumat üçün bildirilir ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal edilmiş ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir Tərəflərin izahatları: İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X3 qanuni nümayəndəsi Cavabdeh məhkəmə iclası barədə məlumat verilsə də məhkəməyə gəlməmişdir. Məhkəm işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardadn görünür ki, X3 xx.xx.2014-cü il təvəllüdlü olduğundan, İXM-nə əsasən məsuliyyətə cəlb etmə yaşı 16 yaş nəzərdə tutulduğundan onun barəsində inzibati icraatın açılmasından imtina edilmişdir. Araşdırma zamanı izahatı alınmış X5 xx.xx.2023-cü il tarixdə saat 18:48 radələrində yaşadığı ünvanın yaxınlığındakı dəmir yol xəttinin yanında oynayırmış. Həmin vaxt əyilərək yerdən daş götürərək qarşıdan gələn qatarın ön şüşəsinə atmışdır. Daş atmaqda heç bir məqsədi olmamış, sadəcə olaraq maraq üçün atmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli 9/4599 nömrəli ekspert rəyi ilə "xxxx" QSC tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən ekspertiza təyini haqqında qərarda göstərilən sürətli sərnişin qatarının ön şüşəsinin çatlaması nəticəsində "xxxx" QSC-yə dəymiş ziyan 14683,45 manat müəyyən edilir. O, cümlədən əmək haqqı 706.02 manat, dolayı əmək haqqı 133.74 manat, mal və material 13831.48 manat, elektrik enerjisi 1.49 manat, amortizasiya 10.72 manat İş materillarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, EŞ2-019 qatarının maşınist kabinasının ön şüşəsinin dəyişdirilməsi üçün əmək haqqı 706.02 manat, dolayı əmək haqqı 133.74 manat, mal və material 13831.48 manat, elektrik enerjisi 1.49 manat, amortizasiya 10.72 manat, olmaqla cəmi 14683.44 manat xərc tələb edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 135 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 29.3-cü maddəsinə əsasən 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. Həmin Məcəllənin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan X3 atdığı daş nəticəsində EŞ2-019 qatarının maşınist kabinasının ön şüşəsi zədə almış və zədə nəticəsində şüşənin təmirinə "xxxx" QSC tərəfindən 14683.44 manat ziyan dəymişdir. EŞ2-019 qatarının maşınist kabinasının ön şüşəsinin zədələnməsində X3 təqsirli olması, lakin onun yetkinıik yaşına çatmadığında, onun təqsirli hərəkətləri üçün onun qanuni nümayəndəsi məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X3 qanuni nümayəndəsi Cavabdeh 14682.44 manat məbləğində zərərin əvəzi tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 14682.44 (on dörd min altı yüz səksən iki manat qırx dörd qəpik) manat məbləğində maddi zərərin əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 (yüz otuz beş) manat, cəmi 14818.44 (on dörd min səkkiz yüz on səkkiz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti X3 qanuni nümayəndəsi Cavabdeh tutularaq, "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №e-2(076)-323/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-323/2024
14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver