Məhkəmə qərarları › İş №e-2(076)-3290/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3290/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3290/2024 28.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı MM QBKT–nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 3875.00 manat əsas kredit borcu, 1189.04 manat faiz borcu, 242.06 manat cərimə borcu olmaqla, cəmi 5306.10 manat məbləğində pulun və ödənilmiş 73.07 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı təşkilata verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 17 oktyabr 2023-cü il tarixli **********1526 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 28 % ödəmək şərtilə ailə–kəndli təsərrüfatının yaradılması və (ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zamin durmuş, əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəyəcəyi haqqında zəmanət vermişlər. Zaminlərlə ayrıca müqavilə bağlanmış və onlar yazılı şəkildə öhdəlik götürmüşdür. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin 3875.00 manat əsas kredit borcu, 1189.04 manat faiz borcu, 242.06 manat cərimə borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, 17 oktyabr 2023-cü il tarixli **********1526 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən cavabdehlərdən müştərək qaydada 3875.00 manat əsas kredit borcu, 1189.04 manat faiz borcu, 242.06 manat cərimə borcu olmaqla, cəmi 5306.10 məbləğində pulun və ödənilmiş 73.07 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı MM QBKT–yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MM QBKT–yə və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış 17 oktyabr 2023-cü il tarixli **********1526 nömrəli kredit müqaviləsindən görünür ki, təşkilat tərəfindən cavabdehə ailə–kəndli təsərrüfatının yaradılması və (ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 24 ay müddətinə illik 28 % ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh kreditin əsas məbləğini və faizləri xx.xx.2023–xx.xx.2025–ci illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MM QBKT ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 17 oktyabr 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, onlar iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 17 oktyabr 2023-cü il tarixli **********1526 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşlər. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh3 17 oktyabr 2023-cü il tarixli **********1526 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024–cü il tarixə təşkilata olan əsas kredit borcu 3875 manat, faiz borcu 1189.04 manat, 242.06 cərimə borcu olmaqla, cəmi borcu 5306.10 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında 17 oktyabr 2023-cü il tarixli **********1526 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə ailə– kəndli təsərrüfatının yaradılması və (ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 24 ay müddətinə illik 28 % ödəmək şərtilə 4000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun əsas 3875 manat, faiz borcu 1189.04 manat, 242.06 cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 739.1–ci maddəsinə əsasən 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 da zamin olaraq iddiaçı qarşısında cavabdehlik daşıyır. Məhkəmə, həmçinin, hesab edir ki, 17 oktyabr 2023-cü il tarixli **********1526 saylı müqavilə üzrə əsas borc və faiz borcu tam şəkildə cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Bununla belə, müqavilə üzrə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən əsas borcun məbləği ilə uzlaşmadığından azaldılaraq 13 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də, məhkəmə hesab edir ki, 17 oktyabr 2023-cü il tarixli **********1526 saylı müqavilə üzrə dəbbə pulunun azaldılaraq 13 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə işin hallarına uyğun olaraq, yuxarıda qeyd olunan normalara əsaslanıb hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə, 3875 manat, faiz borcu üzrə 1189.04 manat, cərimə borcu üzrə 13 manat olmaqla, cəmi 5077.04 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış 17 oktyabr 2023-cü il tarixli **********1526 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə, 3875 manat, faiz borcu üzrə 1189.04 manat, cərimə borcu üzrə 13 manat olmaqla, cəmi 5077.04 (beş min yetmiş yeddi manat, sıfır dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı MM QBKT–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 73,07 (yetmiş üç manat sıfır yeddi qəpik) manat pul müştərək qaydada alınıb İddiaçı MM QBKT–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar