Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3395/2024 25.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə Kredit Müqaviləsinə əsasən 1314,46 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 64,35 manat, ödənişlərin gecikdirilməsmə görə hesablanmış 1158 manat məbləğində dəbbə pulu, cəmi 2536,81 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 46 manat məbləğində pulun tutulmasına, tələbin Cavabdeh3 məxsus olan: 1 (bir) ədəd Televizor 300 manat dəyərində, 1 (bir) ədəd Divan kreslo dəsti 300 manat dəyərində, 1 (bir) ədəd Mebel dəsti 500 manat dəyərində, 1 (bir) ədəd Yataq dəsti 200 manat dəyərində, olmaqla, cəmi 1300 manat məbləğində ev əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 1314,46 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 64,35 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1158 manat məbləğində dəbbə pulu, cəmi 2536,81 manat manat borcun və dövlət rüsumu kimi ödənilmiş 46 manat pulun İddiaçı BOKT ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00664-EGN №-li İstehlak Krediti Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 32% hesablanmaq şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə cavabdehlər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 2022/00664- EGN-Z1/2№-li Zaminlik müqaviləsi və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 2022/00664-EGN-Z2/2 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00664-EGN №-li Girov Müqaviləsinə əsasən, Cavabdeh3 məxsus olan: 1 (bir) ədəd Televizor 300 manat dəyərində, 1 (bir) Divan kreslo dəsti 300 manat dəyərində, 1 (bir) Mebel dəsti 500 manat dəyərində, 1 (bir) ədəd Yataq dəsti 200 manat dəyərində, olmaqla, cəmi 1300 manat məbləğində ev əşyaları tərəflərin razılığı ilə qiymətləndirilmiş və girov qoyulmuşdur. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKTASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. xx.xx.2024-cü il tarixinə kreditin əsas borcu üzrə 1314,46 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 64,35 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1158 manat məbləğində dəbbə pulu, cəmi 2536,81 manat məbləğində borc yaranmışdır.Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə Kredit Müqaviləsinə əsasən 1314,46 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 64,35 manat, ödənişlərin gecikdirilməsmə görə hesablanmış 1158 manat məbləğində dəbbə pulu, cəmi 2536,81 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 46 manat məbləğində pulun tutulmasına, tələbin Cavabdeh3 məxsus olan: 1 (bir) ədəd Televizor 300 manat dəyərində, 1 (bir) ədəd Divan kreslo dəsti 300 manat dəyərində, 1 (bir) ədəd Mebel dəsti 500 manat dəyərində, 1 (bir) ədəd Yataq dəsti 200 manat dəyərində, olmaqla, cəmi 1300 manat məbləğində ev əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 1314,46 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 64,35 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1158 manat məbləğində dəbbə pulu, cəmi 2536,81 manat manat borcun və dövlət rüsumu kimi ödənilmiş 46 manat pulun İddiaçı BOKT ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00664-EGN №-li saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 32% hesablanmaq şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00664-EGN saylı kredit müqaviləsinin icrasının təmin edilməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşlər. İşdə olan xx.xx.2022-ci il tarixli girov müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh3 məxsus olan: 1 (bir) ədəd Televizor 300 manat dəyərində, 1 (bir) Divan kreslo dəsti 300 manat dəyərində, 1 (bir) Mebel dəsti 500 manat dəyərində, 1 (bir) ədəd Yataq dəsti 200 manat dəyərində, olmaqla, cəmi 1300 manat məbləğində ev əşyaları tərəflərin razılığı ilə qiymətləndirilmiş və girov qoyulmuşdur. İşdə olan ödəmə qrafikindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh3 kredit məbləğinin xx.xx.2022–xx.xx.2024–cü il ərzində ödənilməsinə razı olmuşlar. Cavabdeh3 həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli, 2022/00664- EGN saylı kredit müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehlərin banka olan borcu xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024–cü il tarixədək cavabdehin 1314.46 manat əsas kredit borcu, 64.35 manat faiz borcu, 1158 manat cərimə borcu olmaqla, cəmi 2536.81 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş şəxsi məlumatlara dair portaldan çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı cəmiyyətlə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00664-EGN saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 32% hesablanmaq şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00664-EGN №-li Girov Müqaviləsinə əsasən, Cavabdeh3 məxsus olan: 1 (bir) ədəd Televizor 300 manat dəyərində, 1 (bir) Divan kreslo dəsti 300 manat dəyərində, 1 (bir) Mebel dəsti 500 manat dəyərində, 1 (bir) ədəd Yataq dəsti 200 manat dəyərində, olmaqla, cəmi 1300 manat məbləğində ev əşyaları tərəflərin razılığı ilə qiymətləndirilmiş və girov qoyulmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun xx.xx.2024–cü il tarixədək 1314.46 manat əsas kredit borcu, 64.35 manat faiz borcu, 1158 manat cərimə borcu olmaqla, cəmi 2536.81 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 739.1–ci maddəsinə əsasən 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh1 da zamin olaraq iddiaçı cəmiyyət qarşısında cavabdehlik daşıyır. Azərbaycan Respublikası MM-nin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi və zaminlik müqavilələri bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borc məbləğinə faiz və cərimə borcu hesablamışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını və tutmanın girov predmeti olan əşyalara yönəldilməsini əsaslı hesab edir. Məhkəmə, həmçinin, hesab edir ki, xx.xx.2022-ci il tarixli, 2022/00664-EGN saylı müqavilə üzrə əsas borc və faiz borcu tam şəkildə cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Bununla belə, müqavilə üzrə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən əsas borcun məbləği ilə uzlaşmadığından azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 2022/00664- EGN saylı müqavilə üzrə dəbbə pulunun azaldılaraq 60 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə işin hallarına uyğun olaraq, yuxarıda qeyd olunan normalara əsaslanıb hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə, 1314.46 manat, faiz borcu üzrə 64.35 manat, cərimə borcu üzrə 60 manat olmaqla, cəmi 1438.81 (bir min dörd yüz otuz səkkiz manat səksən bir qəpik) manat məbləğində pul alınıb iddiaçıya ödənilməli, tələbin Cavabdeh3 məxsus olan: 1 (bir) ədəd Televizor 300 manat dəyərində, 1 (bir) ədəd Divan kreslo dəsti 300 manat dəyərində, 1 (bir) ədəd Mebel dəsti 500 manat dəyərində, 1 (bir) ədəd Yataq dəsti 200 manat dəyərində, olmaqla, cəmi 1300 manat məbləğində ev əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracdan satılaraq dəyəri borca ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, 2022/00664-EGN saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas kredit borcu üzrə 1314.46 manat, faiz borcu üzrə 64.35 manat, cərimə borcu üzrə 60 manat olmaqla, cəmi 1438.81 (bir min dörd yüz otuz səkkiz manat səksən bir qəpik) manat məbləğində pul alınıb İddiaçı BOKT ASC–yə verilsin. Tələb, girov predmeti olan Cavabdeh3 məxsus olan 1 (bir) ədəd televizor 300 manat dəyərində, 1 (bir) ədəd divan kreslo dəsti 300 manat dəyərində, 1 (bir) ədəd mebel dəsti 500 manat dəyərində, 1 (bir) ədəd yataq dəsti 200 manat dəyərində, olmaqla, cəmi 1300 manat məbləğində ev əşyalara yönəldilsin. Həmin ev əşyaları açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 46 (qırx altı) manat pul alınıb İddiaçı BOKT ASC–yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-3395/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3395/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver