Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-348/2025 04.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Cavadeh Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2107” markalı, 10LK398 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 2107” markalı, 10LK398 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X1 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Şəmkir Rayon Məhkəməsinin hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və həmin hökmə əsasən Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5000,00 (beş min) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/787 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bugünədək Cəmiyyətə ödənilməmişdir. Odur ki iddianın təmin olunaraq, 5000,00 (beş min) manat sığorta ödənişi məbləğinin və 70,00 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5070,00 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və izahatında göstərdi ki, "xxxx" ASC ilə onun arasında xx.xx.2018-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2107” markalı, 10LK398 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. O xx.xx.2019-cu il tarixdə “VAZ 2107” markalı, 10LK398 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X1 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən ona ziyanın ödənilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, maddi cəhətdən çətinlik çəkdiyi üçün ödəyə bilməmişdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İddiaçı "xxxx" ASC–yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixində PAA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 2107” markalı, 10LK398 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018–ci ildən, xx.xx.2019–cu ilədək "xxxx" ASC–də sığortalanmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli, 1(076)– 171/2019 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CMnin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 263.2-ci maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 68.1.1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması və CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalan tamamilə toplamaqla 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, AZ-İ 973274 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu ildə ölmüşdür. İşdə olan Gədəbəy RİHB-nın Əmiraslanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X7 xx.xx.2019-cu ildə ölmüşdür. Vəfat etdikdən sonra təsərrüfatında arvadı X3, oğulları X8, X6, X9, qızları X4, X5 adlı ailə üzvləri qalmışdır. İşdə olan 007849 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 5000 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, AS-23/787 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Cavabdeh "AtaSığorta“ ASC tərəfindən ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişinin geri ödəməyi tələb edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh "xxxx" ASC–də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, idarə etdiyi, “VAZ 2107” markalı, 10LK398 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yol–nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 ölümünə səbəb olmuşdur. Zərər çəkmiş şəxsin ölümü ilə bağlı iddiaçı şirkət tərəfindən ümumilikdə 5000 manat sığorta ödənişi ödənilmişdir. Şəmkir Rayon Məhkəməsinin müvafiq hökmü ilə Cavabdeh təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM–nin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 5000 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 70 manat, ümumilikdə 5070 manat məbləğində pul vəsaiti alınıb iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC– yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 70 (yetmiş) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-348/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-348/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver