Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3484/2024 25.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı MMC–nin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı MMC–nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyan tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 19995 (on doqquz min doqquz yüz doxsan beş) manat məbləğində dəymiş ziyanın və 150 (bir yüz əlli) manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh barəsində Şəmkir RPŞ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuşdur. Cavabdeh yol nəqliyyat hadisəsi törədərkən İddiaçı MMC-dən icarəyə götürdüyü avtomobillə hadisə törətmişdir. Qeyd edir ki, İddiaçı MMC-nin təsisçisi X1r və MMC avtomobilləri kirayə vermək fəaliyyəti ilə məşğuldur. Cavabdeh MMC-də bir neçə dəfə kirayə avtomobil götürmüşdür. Bu barədə Cavabdeh ilə MMC arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək avtomobilin icarə müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixinədək MMC-nin balansında olan “Hyundai Elantra” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili günü 50 manatdan olmaqla kirayə götürmüşdür. Cəmiyyət avtomobili götürən şəxsə Azərbaycan Respublikası daxilində avtomobili idarə etmək üçün etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh tanışı cəmiyyətin təsisçisi X2 zəng edərək Zülfiqar Bayramovun cəmiyyətdən kirayə götürdüyü avtomobillə yol-nəqliyyat hadisəsi törətməsini və avtomobilin yoldan çıxaraq aşması barədə məlumat vermişdir. Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə 19995 (on doqquz min doqquz yüz doxsan beş) manat maddi ziyan dəymişdir. Lakin mülki Cavabdeh İddiaçı MMC-yə dəymiş 19995 (on doqquz min doqquz yüz doxsan beş) manat məbləğində maddi ziyanı bu günkü tarixədək ödəməmişdir. Cavabdeh barsində cinayət işi başlandıqdan sonra Şəmkir RPŞ-də Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə müraciət edilmiş və İddiaçı MMC cinayət işi üzrə mülki iddiaçı tanınmışdır. Şəmkir Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 1(076)- 49/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə barəsində olan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilməsi qərara alınmış, həmçinin mülki İddiaçı MMC tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh həmin maddi ziyanı ödəməmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırılmışdır. Odur ki, 19995 (on doqquz min doqquz yüz doxsan beş) manat məbləğində dəymiş ziyanın və 150 (bir yüz əlli) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC–nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı MMC-yə 19995 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra dəfələrlə cavabdehdən dəymiş ziyanı könüllü olaraq qaytarması tələb edilmiş, lakin cavabdeh həmin ziyanı ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırılmışdır. Odur ki, 19995 (on doqquz min doqquz yüz doxsan beş) manat məbləğində dəymiş ziyanın və 150 (bir yüz əlli) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”ndən görünür ki, “Hyundai Elantra” markalı **-KO-*** nömrəli avtomobil İddiaçı MMC tərəfindən 1 günü 60 manat olmaqla, xx.xx.2023–cü il tarixdən xx.xx.2023–cü il tarixədək Cavabdeh icarəyə verilmişdir. İşdə olan kirayə verilən avtomobilin təhvil-təslimi haqqında yoxlama vərəqindən görünür ki, “Hyundai Elantra” markalı **-KO-*** nömrəli avtomobil təhvil alınarkən hər hansı bir zədə aşkar olunmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”ndən görünür ki, “Hyundai Elantra” markalı **-KO-*** nömrəli avtomobil İddiaçı MMC tərəfindən 1 günü 35 manat olmaqla, xx.xx.2022–ci il tarixdən xx.xx.2022–ci il tarixədək Cavabdeh icarəyə verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı MMC “Hyundai Elantra” markalı **-KO-*** nömrəli avtomobil Cavabdeh Azərbaycan Respublikası daxilində xx.xx.2023-cü il tarixindən saat 12:00-dan xx.xx.2023-cü il tarixə saat 00:00-dək idarə etmək üçün etibarnamə vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı MMC “Hyundai Elantra” markalı **-KO-*** nömrəli avtomobili Cavabdeh Azərbaycan Respublikası daxilində xx.xx.2023-cü il tarixindən saat 12:00-dan xx.xx.2023-cü il tarixə saat 00:00-dək idarə etmək üçün etibarnamə vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı MMC “Hyundai Elantra” markalı **-KO-*** nömrəli avtomobili Cavabdeh Azərbaycan Respublikası daxilində xx.xx.2023-cü il tarixindən saat 12:00-dan xx.xx.2023-cü il tarixə saat 00:00-dək idarə etmək üçün etibarnamə vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 68 saylı ziyan aktının surətindən görünür ki, “Hyundai Elantra” markalı **-KO-*** nömrəli avtomobilə baxış keçirilmiş və 19995 manat ziyan dəyməsi müəyyən edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)- 49/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə barəsində olan cinayət təqibinə xitam verilmiş və mülki İddiaçı MMC tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, “Hyundai Elantra” markalı **-KO-*** nömrəli avtomobil İddiaçı MMC tərəfindən 1 günü 60 manat olmaqla, xx.xx.2023– cü il tarixdən xx.xx.2023–cü il tarixədək Cavabdeh icarəyə verilmiş, bu barədə tərəflər arasında xx.xx.2023–cü il tarixli icarə müqaviləsi bağlanmış və avtomobili idarə etməsi üçün cavabdehə etibarnamə verilmişdir. Lakin cavabdeh xx.xx.2023–cü il tarixdə “Hyundai Elantra” markalı **-KO-*** nömrəli avtomobillə Şəmkir şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və avtomobil yolun kənarına aşmışdır. Nəticədə avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçı tərəf baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı **-KO-*** nömrəli avtomobilə 19995 manat məbləğində maddi ziyan dəyməsi iş materialları və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-49/2024 saylı qərarı ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM–in 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 19995 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 19995 (on doqquz min doqquz yüz doxsan beş) manat məbləğində pul alınıb İddiaçı MMC–yə ödənilsin. Ödənilmiş manat dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində pul alınıb İddiaçı MMC–yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-3484/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3484/2024
25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver