Məhkəmə qərarları › İş №e-2(076)-3579/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3579/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3579/2023 07.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc tələbi barədə” iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmiş, cavabdehin müraciətinə müvafiq olaraq onunla "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixli PKLMB-0986 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, cavbdehə 12 ay müddətinə illik 55% olmaqla 1260 (min iki yüz altmış) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi bağlandığı müddətdən öhdəliklərin icrası vaxtında və lazımınca yerinə yetirilməmişdir. Halhazırda isə cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri ümumiyyətlə icra olunmur. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh 1260 (min iki yüz altmış) manat məbləğində əsas borcu, 110 (yüz on) manat faiz borcu, 126 (yüz iyirmi altı) manat cərimə borcu olmaqla, cəmi 1496 (min dörd yüz doxsan altı) manat məbləğində borc tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olarq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Odur ki, Cavabdeh arasında xx.xx.2023-ci il tarixli PKLMB-0986 nömrəli kredit müqaviləsinə əsasən 1260 (min iki yüz altmış) manat məbləğində əsas borcu, 110 (yüz on) manat faiz borcu, 126 (yüz iyirmi altı) manat cərimə borcu olmaqla, cəmi 1496 (min dörd yüz doxsan altı) manat borc, 34,96 (otuz dörd manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 06 noyabr 2023-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli PKLMB-0986 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı Bank cavabdehə illik faiz dərəcəsi 55 % olmaq şərtilə, 12 ay müddətinə 1260 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 03 noyabr 2023-cü il tarxli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilə üzrə "xxxx" ASC-yə 1260 manat ödənilməmiş məbləğ və 110 manat cərimə borcu olmaqla, cəmi 1496 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli PKLMB-0986 nömrəli Kredit müqaviləsi üzrə "xxxx" ASC-nə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 1260 manat əsas borcu və 693 manat faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh rəsmi qaydada məhkəmə bildirişi göndərilmişdir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünürkü ki, banka olan cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərizndə icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmiş, göstərilənlər nəticəsində cavabdehin iddiaçıya cəmi 1496 manat borcu yarandığından, cavabdeh isə həmin pulu vaxtında ödəmədiyinə görə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən nisyə satış müqaviləsinə görə yaranmış 1496 (min dörd yüz doxsan altı ) manat məbləğində pul alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 34,96 (otuz dörd manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh borclu olduğu 1260 (min iki yüz altmış) manat məbləğində əsas borcu, 110 (yüz on) manat faiz borcu, 126 (yüz iyirmi altı) manat cərimə borcu olmaqla, cəmi 1496 (min dörd yüz doxsan altı) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 34,96 (otuz dörd manat doxsan altı qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar