Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-3587/2025 27.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin iddiaçı cavabdehlə bağlamış olduğu restrukturizasiya müqaviləsindən əvvəl iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsinin təsdiq olunmuş surətini iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, cavabdeh bildirmişdir ki, krediti sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün almış, sonradan təbii fəlakət nəticəsində qurmaq istədiyi istikxanaya ciddi zərər dəymiş, bu barədə bankın nümayəndələrinə məlumat vermişdir. Lakin məhkəmə qeyd edir ki, kredit müqaviləsi olmadan cavabdehə verilmiş kreditin təyinatını müəyyən etmək mümkün olmamış, bu da, mülkin işin aidiyyat məsələsini həll edilməsində çətinlik yaratmışdır. Odur ki, işin tam, hərtərəfli və obyektiv araşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyindən, bank sənədlərin təsdiq olunmuş ksero sürətlərini məhkəməyə göndərilməsi barədə iddiaçıya sorğu göndərilmişdir. Lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş, ilkin kredit müqaviləsinin təsdiq edilmiş surətini məhkəməyə göndərməmişdir. Məhkəmə iclası zamanı Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT ASC məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Şəmkir Rayon Məhkəməsinin hesabına 95.60 məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 95.60 məbləğində dövlət rüsumu tam şəkildə iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə ГЯРАРААЛДЫ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Ödənilmiş 95.60 (doxsan beş manat altmış qəpik) məbləğində dövlət rüsumu İddiaçı BOKT ASC-yə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-3587/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-3587/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver