Məhkəmə qərarları › İş №e-2(076)-3608/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3608/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3608/2025 20.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli CLEE002300547 saylı Kredit müqaviləsinə əsasən 16388.02 manat əsas, 600 manat faiz borcu olmaqla, cəmi 16988.02 manat borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 140.97 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli CL-EE002300547 saylı kredit müqaviləsinə əsasən Cavabdeh elektron təsdiq vasitəsilə (OTP kod) 36 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə 23000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 10.1-ci bəndinə əsasən Borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və ABBnin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin ABB-ə təqdim edilməsindən 10 (on) iş günü ərzində Borc alanın ABB-də açılmış müvafiq cari hesaba köçürülməklə verilir. xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan da göründüyü kimi 23000 manat məbləğində kredit məbləği cavabdehin hesabına xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə banka borcu 16388.02 manat əsas, 600 manat faiz borcu olmaqla, cəmi 16988.02 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 140.97 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixində 6-2-22/2-23352/2025 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, iddianı qəbul edir. Ona 36 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə 23000 manat məbləğində kredit verilmişdir. Maddi imkanı olmadığına görə borcunu ödəməmişdir. Hesablanmış borcun ödənilməsini öhdəsinə götürür. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli CL-EE002300547 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 36 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə 23000 manat məbləğində krеdit vеrilmişdir. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2025–ci il tarixə Cavabdeh banka xx.xx.2023-cü il tarixli CLEE002300547 saylı Kredit müqaviləsi üzrə 16388.02 manat əsas, 600 manat faiz borcu olmaqla, cəmi 16988.02 manat məbləğində borcu yaranmışdır. İşdə olan cavabdehə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2023-cü il tarixli CL-EE002300547 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə 23000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun xx.xx.2025–ci il tarixə 16388.02 manat əsas, 600 manat faiz borcu olmaqla, cəmi 16988.02 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM–nin 385.1-ci maddəsinə qeyd edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh hazırki vaxtadək iddiaçı banka 16388.02 manat əsas, 600 manat faiz borcu olmaqla, cəmi 16988.02 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankın tələbi əsaslıdır. Odur ki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli CL-EE002300547 saylı kredit müqaviləsi üzrə 16388.02 manat əsas, 600 manat faiz borcu olmaqla, cəmi 16988.02 manat məbləğində pul, 140.97 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli CL-EE002300547 saylı nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 16388.02 manat əsas, 600 manat faiz borcu olmaqla, cəmi 16988.02 (on altı min doqquz yüz səksən səkkiz manat iki qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 140.97 (bir yüz qırx manat doxsan yeddi qəpik) manat və 0.4 (qırx qəpik) manat bank xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar