Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3626/2025 05.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cəmi 1.679,05 (bir min altı yüz yetmiş doqquz dollar 05 sent) ABŞ dolları borc olmaqla – 1.043,99 (bir min qırx üç dollar 99 sent) ABŞ dolları əsas, 313,74 (üç yüz on üç dollar 74 sent) ABŞ dolları faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 321,32 (üç yüz iyirmi dollar 32 sent) ABŞ dollar iş üzrə ödənilmiş 48,55 (qırx səkkiz manat 55 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oölundan Mərkəzi Bankın ödəniş gününə manata olan məzənnəsi ilə tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bank iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Gözəlov Zahid Ramazan oğlu arasında bağlanmış 22 iyun 2015-cı il tarixli 44xx-xx-027640 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 2.207 (iki min iki yüz yeddi dollar) ABŞ məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. AZ-İ№-li 875708 X2 əsasən cavabdehGözəlov Zahid Ramazanoğlu 05 iyul 2017-ci ildə vəfat etmiş, xx.xx.2018-ci il tarixli Şəmkir rayonu 1 saylı Natoriat kontoru tərəfindən verilmiş 2V-1280 nömrəli (vərəsəlik işinin nömrəsi:885/2018) X3 X1 əsasən Cavabdeh2 və Cavabdeh1 olmaqla onların hər biri miras əmlakdan ½ hissədə pay almalıdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-A-21-14793/2025 saylı 22 avqust 2025- ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 18 avqust 2025-ci il tarixə Gözəlov Zahid Ramazan oğlunun kredit üzrə cəmi borcu 1.679,05 (bir min altı yüz yetmiş doqquz dollar 05 sent) ABŞ dolları təşkil edir. Bundan 1.043,99 (bir min qırx üç dollar 99 sent) ABŞ dolları əsas, 313,74 (üç yüz on üç dollar 74 sent) ABŞ dolları faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 321,32 (üç yüz iyirmi dollar 32 sent) ABŞ dollar təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək üzürlü səbəbdən nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh1 ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Gözəlov Zahid Ramazan oğlu arasında bağlanmış 22 iyun 2015-cı il tarixli 44- xx-xx-027640 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 2.207 (iki min iki yüz yeddi dollar) ABŞ məbləğində kredit verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Gözəlov Zahid Ramazan oğlu 05 iyul 2017-ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli Şəmkir rayonu 1 saylı Natoriat kontoru tərəfindən verilmiş 2V-1280 nömrəli (vərəsəlik işinin nömrəsi:885/2018) X3 X1 əsasən Cavabdeh2 və Cavabdeh1 olmaqla onların hər biri mərhumdan qalmış miras əmlakdan ½ hissədə pay almalıdır. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, banka olan borcu xatırladılaraq onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, 18 avqust 2025-ci il tarixə Gözəlov Zahid Ramazan oğlunun kredit üzrə cəmi borcu 1.679,05 (bir min altı yüz yetmiş doqquz dollar 05 sent) ABŞ dolları təşkil edir. Bundan 1.043,99 (bir min qırx üç dollar 99 sent) ABŞ dolları əsas, 313,74 (üç yüz on üç dollar 74 sent) ABŞ dolları faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 321,32 (üç yüz iyirmi dollar 32 sent) ABŞ dollar təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Gözəlov Zahid Ramazan oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə faiz dərəcəsi ilə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinindən irəli gələrək Gözəlov Zahid Ramazan oğlunun borcu yaranmışdır. Hazırda borclu vəfat etmiş, bundan sonra ondan qalmış miras əmlak hazırkı cavabdehlər tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1306.1–ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Odur ki məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə əsas borcu 1043.99 ABŞ dolları, 313.74 ABŞ dolları faiz borcu, AR MMnin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 321,32 ABŞ dollar olmaqla, cəmi 1679.05 ABŞ dolları pul Mərkəzi Bankın ödəniş gününə manata olan məzənnəsi ilə tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48.55 manat pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə əsas borcu 1043.99 ABŞ dolları, 313.74 ABŞ dolları faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 321,32 ABŞ dollar olmaqla, cəmi 1679.05 ABŞ dolları pul Mərkəzi Bankın ödəniş gününə manata olan məzənnəsi ilə tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48.55 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №e-2(076)-3626/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3626/2025
05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver