Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-366/2025 04.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" MMC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 3680 manat əsas kredit borcu, 1375.48 manat faiz borcu, 47.52 manat cərimə borcu olmaqla, cəmi 5103 manat məbləğində borcun və 72.03 manat ödənilmiş dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" Azərbaycan MMC ilə Cavabdeh1 arasında bağlanmış 24487/2 nömrəli, 22 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə azalan balansla illik 28 % ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə təşkilat arasında bağlanmış 24487/2 nömrəli, 22 dekabr 2023-cü il tarixli zaminlik müqavilələrinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüş, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli ləyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimiCavabdeh1 ilə bağlanmış 24487/2 nömrəli, 22 dekabr 2023-cü il tarixli girov müqaviləsinə əsasən ona məxsus ümumiçəkisi 85.5 qram və dəyəri 4360 manat olan qızıl-zinət əşyaları BOKT "xxxx" MMC-nin xeyrinə girov qoyulmuşdur. Cavabdehlərə borc məbləğinin ödənilməsi, əks təqdirdə girovda olan ona məxsus qızıl zinət əşyalarının satılacağı barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar borcu ödəmək imkanı olmadığını bildirərək, borcu ödəməkdən imtina etmişlər. Odur ki, Cavabdeh1 24487/2 nömrəli, 22 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhtəliyə əməl etmədiyinə görə, eyni nömrəli girov müqaviləsi əsasında girovda olan qızıl-zinət əşyaları yenidən qiymətləndirilərək satılıb borcunun bir hissəsinə ödənilmiş və qalan bocun ödətdirilməsi üçün BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə, BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərin öhdəliyin yerinə yetirilməməsi nəticəsində xx.xx.2024-cü il tarixə BOKT "xxxx" MMC-yə 3680 manat əsas kredit borcu, 1375.48 manat faiz borcu, 47.52 manat cərimə borcu olmaqla, cəmi 5103 manat borcu yaranmışdır. Odur ki cavabdehlərdən müştərək qaydada 3680 manat əsas kredit borcu, 1375.48 manat faiz borcu, 47.52 manat cərimə borcu olmaqla, cəmi 5103 manat məbləğində borcun və 72.03 manat ödənilmiş dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək üzürlü səbəbdən nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və izahatında göstərdi ki, həqiqətən BOKT "xxxx" Azərbaycan MMC ilə bağlanmış 24487/2 nömrəli, 22 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən ona 36 ay müddətinə azalan balansla illik 28 % ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə iddiaçı bank arasında 24487/2 nömrəli, 22 dekabr 2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin banka olan borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda banka olan borcunu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir. Bu səbəbdən maddi imkanı olan kimi borcunu ödəməyə söz verir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir . Məhkəmə, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 24487/2 nömrəli, 22 dekabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə azalan balansla illik 28 % ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İşdə olan 24487/2 nömrəli, 22 dekabr 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 24487/2 nömrəli, 22 dekabr 2023-cü il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşlər. İşdə olan ödəmə qrafikindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 kredit məbləğinin xx.xx.2024–xx.xx.2026–cı il ərzində ödənilməsinə razı olmuşlar. Cavabdeh1 həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərin banka olan borcu xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024–cü il tarixədək cavabdehin 3680 manat əsas kredit borcu, 1375.48 manat faiz borcu, 47.52 manat cərimə borcu olmaqla, cəmi 5103 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış 24487/2 nömrəli, 22 dekabr 2023-cü il tarixli kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə azalan balansla illik 28 % ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun xx.xx.2024–cü il tarixədək 3680 manat əsas kredit borcu, 1375.48 manat faiz borcu, 47.52 manat cərimə borcu olmaqla, cəmi 5103 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 da zamin olaraq iddiaçı cəmiyyət qarşısında cavabdehlik daşıyır. Məhkəmə, həmçinin, hesab edir ki, 24487/2 nömrəli, 22 dekabr 2023-cü il tarixli müqavilə üzrə əsas borc və faiz borcu tam şəkildə cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Odur ki, məhkəmə işin hallarına uyğun olaraq, yuxarıda qeyd olunan normalara əsaslanıb hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3680 manat əsas kredit borcu, 1375.48 manat faiz borcu, 47.52 manat cərimə borcu olmaqla, cəmi 5103 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 22 dekabr 2023-cü il tarixli, 24487/2 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas kredit borcu üzrə 3680 manat, faiz borcu üzrə 1375.48 manat, cərimə borcu üzrə 47.52 manat olmaqla, cəmi 5103 (beş min bir yüz üç) manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC– yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 72.03 (yetmiş iki manat, üç qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-366/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-366/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver