Məhkəmə qərarları › İş №e-2(076)-3704/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-3704/2024

28.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-3704/2024 28.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 Cavabdeh: Cavabdeh2, onun və Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, xx.xx.2018-ci il tarixli Çıxarışda göstərilən fərdi yaşayış evindən istifadə hüququnun tanınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclası zamanı Cavabdeh2, onun və Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə2 irəli sürülmüş iddianı qəbul etmədi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 117/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli Çıxarış əsasında Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4204/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “Cavabdeh2 və Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli Çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. Göründüyü kimi işə əvvəl baxan məhkəmə xx.xx.2024-cü il tarixli, 2(076)-117/2024 saylı qətnaməsində işin hallarını hərtərəfli araşdırmış və İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Həmçinin, mübahisəli fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli Çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiası mümkün sayılmamışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, eyni mübahisə üzrə əvvəllər məhkəmə araşdırma aparılmış və İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı yenidən iddia qaldıraraq, cavabdehlərin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, xx.xx.2018-ci il tarixli Çıxarışda göstərilən fərdi yaşayış evindən istifadə hüququnun tanınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, hazırki tələbə əvvəllər qiymət verilmiş və yenidən eyni tələbə mülki məhkəmə icraatı qaydasında baxılması əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar