Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-376/2025 10.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia qaldıraraq, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixdə bağlanmış 014A********** saylı müqavilə üzrə 8120.37 manat məbləğində kredit bоrcu, 1622.29 manat məbləğində faiz bоrcu və 309.06 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixdə bağlanmış 014A********** saylı müqavilə üzrə 22238.96 manat məbləğində kredit borcu, 3338.92 manat məbləğində faiz borcu və 846.42 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 36476.02 (otuz altı min dörd yüz yetmiş altı manat iki qəpik) manat məbləğində bоrcun və ödənilmiş 199.43 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 014A********** saylı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 (doqquz min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 879.63 manat ödəniş etmiş və оnun iddiaçıya 8120.37 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 295 gün üçün hesablanmış faiz borcu 1622.29 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 295 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 309.06 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 014A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1761.04 manat ödəniş etmiş və оnun iddiaçıya 22238.96 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanmasımüqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 295 gün üçün hesablanmış faiz borcu 3338.92 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 295 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 846.42 manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək üzürlü səbəbdən nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə hazırlıq iclasında Cavabdeh izahatında bildirdi ki, bankın tələb etdiyi borc məbləği ilə razı deyil, borc düzgün hesablanmamışdır. Belə ki, ödəmiş olduğu məbləğlərin bəzisi əsas borcdan silinməmişdir. Odur ki, hazırki iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 014A********** saylı imzalanmış ərizədən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bankla Cavabdeh arasında xx.xx.2023-cü il tarixli bağladığı 014A********** saylı imzalanmış ərizədən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024–cü il tarixə banka 22238.96 manat məbləğində kredit borcu, 3338.92 manat məbləğində faiz borcu və 846.42 manat məbləğində cərimə borcu olmaqla, cəmi 26424.3 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024–cü il tarixə banka 8120.37 manat məbləğində kredit bоrcu, 1622.29 manat məbləğində faiz bоrcu və 309.06 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10051.72 manat məbləğində borcu vardır. İşdə olan İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsinə əlavə kimi tərtib edilmiş ödəniş planından görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə–hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, xx.xx.2023–xx.xx.2027–cı illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsinə əlavə kimi tərtib edilmiş ödəniş planından görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə–hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, xx.xx.2023–xx.xx.2026–cı illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehə xəbərdalıq edilərək kredit müqaviləsi üzrə borcu xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1062 saylı ekspertiza rəyindən görünür ki, xx.xx.2024-cü il tarixinə xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 22202.55 manat məbləğində kredit borcu, 3574.61 manat məbləğində faiz borcu; xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 8101.30 manat məbləğində kredit bоrcu, 1805.70 manat məbləğində faiz bоrcu olduğu müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli bağladığı 014A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 014A********** saylı müqavilə üzrə Cavabdeh xx.xx.2024–cü il tarixə banka 22238.96 manat məbləğində kredit borcu, 3338.92 manat məbləğində faiz borcu və 846.42 manat məbləğində cərimə borcu olmaqla, cəmi 26424.3 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 014A********** saylı müqavilə üzrə Cavabdeh xx.xx.2024–cü il tarixə banka 8120.37 manat məbləğində kredit bоrcu, 1622.29 manat məbləğində faiz bоrcu və 309.06 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10051.72 manat məbləğində borcu vardır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1062 saylı ekspertiza rəyindən görünür ki, xx.xx.2024-cü il tarixinə xx.xx.2023-cü il tarixli 014A********** saylı müqavilə üzrə Cavabdeh banka 22202.55 manat məbləğində kredit borcu, 3574.61 manat məbləğində faiz borcu; xx.xx.2023-cü il tarixli 014A********** saylı müqavilə üzrə Cavabdeh banka 8101.30 manat məbləğində kredit bоrcu, 1805.70 manat məbləğində faiz bоrcu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MM–nin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən bu məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1062 saylı ekspertiza rəyindən görünür ki, xx.xx.2024-cü il tarixinə xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 3574.61 manat məbləğində faiz borcu; xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 1805.70 manat məbləğində faiz bоrcu olduğu müəyyən edilmişdir.Lakin iddia tələbindən görünür ki, iddaçı cavabdehdən xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 3338.92 manat məbləğində faiz borcu; xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 1622.29 manat məbləğində faiz bоrcu tələb edir. Odur ki, məhkəmə hesab edir ki, faiz borcu iddiaçının iddia ərizəsində göstərdiyi və tələb etdiyi həcmdə tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, cərimənin məbləği tənasübsüz surətdə yüksək olduğundan iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin 309.06 manat məbləğində deyil, 30 manat məbləğində, xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin 846.42 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 8101.30 manat məbləğində əsas, 1622,29 manat məbləğində faiz, 30 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 22202.55 manat əsas, 3338.92 manat məbləğində faiz, 50 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 35345.06 (otuz beş min üç yüz qırx beş manat altı qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Həmçinin iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsümunun 190.43 manat olan hissəsi alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə məhkəmə-mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 8101.30 manat məbləğində əsas, 1622,29 manat məbləğində faiz, 30 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 22202.55 manat əsas, 3338.92 manat məbləğində faiz, 50 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 35345.06 (otuz beş min üç yüz qırx beş manat altı qəpik) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 190.43 manat pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-376/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-376/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver