Məhkəmə qərarları › İş №e-2(076)-385/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-385/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-385/2024 05.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçının nümayandəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 “Kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC BOKT cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 “Kredit müqaviləsi üzrə borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1094.91 manat, faiz borcu üzrə 313.87 manat olmaqla, cəmi 1408.78 (bir min dörd yüz səkkiz manat, yetmiş səkkiz qəpik) borcun və ödənilmiş 34.08 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayandəsi X2 hazırki iddia tələbi ilə bağlı məhkəmə əmrinin olmasını və qeyd edilən məhkəmə əmrindən etiraz verilmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayandəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 2(076)-3554/2015 saylı məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1990-cı ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində doğulmuş, Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayan borclu Cavabdeh3, xx.xx.1991-ci ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində doğulmuş, Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayan borclu Cavabdeh1 və xx.xx.1959-cu ildə Şəmkir rayonunun Düyərli kəndində doğulmuş, Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayan borclu Cavabdeh2 xx.xx.2013-cü il tarixli 461/672 saylı birgə borclularla kredit müqaviləsi üzrə müştərək qaydada 1094.91 (bir min doxsan dörd manat doxsan bir qəpik) manat əsas borc, 204 (iki yüz dörd) manat faiz borcu, cəmi 1298.91 (bir min iki yüz doxsan səkkiz manat doxsan bir qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq kreditor İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi haqqında əmr vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Hazırkı mübahisə üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Hazırkı mülki işin tərəfləri, irəli sürülmüş iddianın predmeti və əsası Şəmkir Rayon Məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 2(076)-3554/2015 saylı saylı məhkəmənin əmrindən ilə həll edilmiş mübahisənin tərəfləri, iddianın predmeti və əsası ilə eynidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 266- 269-cu maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 “Kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar