Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4442/2025 27.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə iddiasına dair mülki işə Şəmkir rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y ƏN E T D İ : İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsələri cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********53 nömrəli xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 297.36 manat, faiz borcuna görə 12.96 manat, BPM**********46 nömrəli xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən əsas borca görə 7588.7 manat, faiz borcuna görə 0.01 manat olmaqla, cəmi 7899.03 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 125.89 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış BPM**********53 nömrəli xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinə əsasən X5 illik 24 faizlə 36 ay müddətinə 300 manat, BPM**********46 nömrəli xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsinəəsasən illik 23.9 faizlə 48 ay müddətinə 8200 manat kredit verilmişdir. AZ-İİ № 456890 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2024-cü il tarixində vəfat etdiyi müəyyən edilmişdir. Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 2V-917 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 X3 vərəsələri olduğu məlum olmuşdur. Yuxarıda adı çəkilən BPM**********53 nömrəli xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinə əsasən cavabdehlərin əsas borca görə 297.36 manat, faiz borcuna görə 12.96 manat, BPM**********46 nömrəli xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən əsas borca görə 7588.7 manat, faiz borcuna görə 0.01 manat olmaqla, cəmi 7899.03 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 125.89 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixində 6-2-22/2-41203/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, X7 onun anasıdır. O, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X7 iddiaçıdan kredit götürmüşdür. Həmin kredit anasının xəstəliyi üçün xərclənmişdir. Lakin anasının vəfatından sonra onlar anasının 3 aylıq dəfn pulunu almaq üçün anasından qalan mirası qəbul etmişlərdir. Anasının dəfn xərclərini özü çəkmişdir. Hesab edir ki, dəfn pulu passiv mirasa daxil olduğu üçün o vərəsələrdən tutula bilməz. Atası xəstədir onun himayəsindədir. Həmçinin onun himayəsində 3 nəfər uşaqları var. Onun anasının adına heç bir əlmak yoxdur. X1 iddiaçı "xxxx" ASC qarşısında BPN**********53 nömrəli xx.xx.2023-cü il tarixli tam kart müqaviləsi üzrə əsas borcunun, habelə BPN**********46 nömrəli xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsi üzrə borcunun mövcudluğunu qəbul edirlər. X2 3 aylıq dəfn pulu 1434 manat (əmək fəaliyyəti ilə məşğul olduğu üçün dəfn pulu ödənilmiş və pul işlədiyi orqan tərəfindən ödənilmişdir) və 18 iş gününə hesablanmış əmək haqqı 284,53 manat, cəmi birlikdə 1718,53 manat pul vəsaiti vərəsə Cavabdeh3 hesabına ödənilmişdir. Dəfn pulu da mövcud qanunvericiliyə əsasən miras aktivinə aid edilmədiyini nəzərə alınsa hazırkı halda miras aktivləri 284,53 manat olmuşdur. Məhkəmə hazırlıq iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul edərək etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan BPM**********53 nömrəli xx.xx.2023-cü il tarixli Tam kart müqaviləsindən görünür ki, X5 illik 24 faizlə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan BPM**********46 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, X5 illik 23.9 faizlə 48 ay müddətinə 8200 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2025-ci ilə tarixədək BPM**********53 nömrəli xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinə əsasən cavabdehlərin əsas borca görə 297.36 manat, faiz borcuna görə 12.96 manat, BPM**********46 nömrəli xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən əsas borca görə 7588.7 manat, faiz borcuna görə 0.01 manat olmaqla, cəmi 7899.03 manat borcu var. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 2V-917 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən və məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Şəmkir rayon 1 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdehlərə X3 vərəsəsi olaraq ondan qalan borcun ödənilməsinə dair xəbərdalıq edilərək kredit müqaviləsi üzrə borcu xatırladılmış və ödənilməsi tələb olunmuşdur. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iddia tələbinə dair etiraz göndərərək göstərmişlərdir ki, mərhum X8 uzun müddət ağır xəstəlikdən əziyyət çəkmişdir. Belə ki, mərhum şəxs tərəfindən götürülmüş bu vəsait yalnız onun müalicəsi ilə bağlı xərclərə, dərman vasitələrinin alınmasına, tibbi xidmətlərə və müvafiq müalicə prosedurlarına sərf olunmuşdur. Ölüm haqqında şəhadətnamədən də görünür ki, mərhumun vəfat etməsinin səbəbi məhz bu ağır xəstəlik- xərçəng xəstəliyi olmuşdur. Yəni, həmin vəsaitdən onlar heç bir şəxsi mənfəət əldə etməmiş və bu vəsaitlərdən faydalanmamışlar. Əlavə etdiyləri arayışda qeyd edilmişdir ki, X2 3 aylıq dəfn pulu 1434 manat (əmək fəaliyyəti ilə məşğul olduğu üçün dəfn pulu ödənilmiş və pul işlədiyi orqan tərəfindən ödənilmişdir) və 18 iş gününə hesablanmış əmək haqqı 284,53 manat, cəmi birlikdə 1718,53 manat pul vəsaiti vərəsə Cavabdeh3 hesabına ödənilmişdir. Dəfn pulu da mövcud qanunvericiliyə əsasən miras aktivinə aid edilmədiyini nəzərə alınsa hazırkı halda miras aktivləri 284,53 manat olmuşdur. İddia ərizəsində qeyd olunur ki, kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixində 6-2-22/2-41203/2025 saylı xəbərdarlıq məktubu göndərilmiş, lakin guya cavabdehlər tərəfindən ödəniş həyata keçirilmədiyindən icra istiqamətində hər hansı tədbir görülməmişdir. Lakin iddia ərizəsində göstərilən bu hal ilə razı deyillər. Belə ki, onlar yaranmış vəziyyətə laqeyd yanaşmamış, əksinə iddiaçı banka şəxsən müraciət edərək mövcud vəziyyət barədə ətraflı məlumat vermişlər. Müraciət zamanı bildirmişlər ki, borclu şəxs vəfat etmiş, onun əmlakından onlara yalnız çox cüzi məbləğdə miras aktivi keçmişdir və bu səbəbdən iddia ərizəsində göstərilən məbləğin ödənilməsi üçün onların kifayət qədər maddi imkanları mövcud deyildir. 13 may 2025-ci il tarixli qanunvericiliyə uyğun olaraq verilmiş vərəsəlik haqqında şəhadətnamədən də açıq şəkildə görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 olmuş, hər bir vərəsə miras əmlakdan 1/3 pay almaq hüququna malikdir.Şəhadətnamədə göstərilən miras əmlak Tibbi Ərazi Bölmələrinin X14 Hüquqi Şəxs, Şəmkir Rayon Mərkəzi X12 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-73/2-436/2025 saylı məktuba əsasən 1718 (bir min yeddi yüz on səkkiz) manat 53 qəpik məbləğində pul vəsaitindən ibarət olmuşdur. Beləliklə, mərhum tərəfindən onlara vərəsəlik qaydasında keçmiş yeganə miras aktivi məhz 1718 (bir min yeddi yüz on səkkiz) manat 53 qəpik məbləğində pul vəsaiti olmuşdur və bundan başqa hər hansı daşınar və ya daşınmaz əmlak mövcud olmamışdır. Həmçinin həmin məbləğin 1434 manatı da yuxarıda qeyd etdiyləri kimi onun dəfn pulu hesab edilərək ödənilmişdir. Vəfat etmiş şəxsin ölümündən sonra qalan kredit və digər borc öhdəlikləri miras passivi hesab olunur və həmin borclar yalnız mirası qəbul etmiş vərəsələr tərəfindən, qəbul edilmiş miras əmlakının dəyəri həddində ödənilə bilər. Vərəsələrin məsuliyyəti miras əmlakının həcmi ilə məhdudlaşır və mirasın dəyərindən artıq məbləğdə borc öhdəliyi daşımaları qanunvericiliklə istisna edilir. Başqa sözlə, əgər mərhumun adına dəyərli əmlak və ya əlavə miras aktivi qalmamışdırsa, vərəsələr bank və ya digər kredit verən qurumlar qarşısında əlavə maliyyə məsuliyyəti daşımır və onlara qarşı tələb irəli sürülə bilməz. Göründüyü kimi, onların əldə etdiyləri yeganə miras aktivi 1718 (bir min yeddi yüz on səkkiz) manat 53 qəpik məbləğində pul vəsaiti olmuşdur. Həmin vəsait isə mərhumun dəfn xərclərinə, qəbir daşı qoyulmasına, yas mərasimlərinin təşkili üçün tam şəkildə sərf edilmişdir. Bununla yanaşı, mərhumun sağlığında ağır xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar dərman preparatlarının və digər tibbi ləvazimatların alınmasına görə kifayət qədər borcları mövcud olmuş, həmin borclar da onlar tərəfindən ödənilmişdir. Hətta qeyd edilən 1718 (bir min yeddi yüz on səkkiz) manat 53 qəpik məbləğindən artıq şəxsi vəsait xərclənərək mərhumun borc öhdəlikləri qarşılanmışdır. Beləliklə, mövcud olmuş miras aktivi tam şəkildə miras passivinin ödənilməsinə yönəldilmiş, nəticə etibarilə vərəsələr tərəfindən faktiki olaraq heç bir maddi qazanc əldə edilməmişdir. Bir daha məhkəmənin diqqətinə çatdırırlar ki, mərhum tərəfindən onlara vərəsəlik qaydasında keçmiş yeganə miras aktivi yalnız 1718 (bir min yeddi yüz on səkkiz) manat 53 qəpik məbləğində pul vəsaiti olmuşdur və bu hal müvafiq sənədlərlə sübuta yetirilir. Onlara başqa hər hansı miras aktivi keçməmişdir. Həmçinin onların hüquqi savadı məhdudluğu və sübut toplamaq imkanları çətinliyi səbəbindən, məhkəmə tərəfindən müvafiq dövlət və bank qurumlarına göndəriləcək rəsmi sorğular vasitəsilə mərhumun adına başqa miras əmlakının mövcud olmaması tam şəkildə təsdiq edilə bilər.Yuxarıda göstərilənləri nəzərə alaraq, təqdim edilən iddiaların miras əmlakının həcmi ilə məhdud qiymətləndirilməsini, vərəsələrin isə qəbul etdikləri miras dəyərindən artıq məsuliyyət daşımadıqlarının nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum X7 arasında bağlanmış X5 illik 24 faizlə 36 ay müddətinə 300 manat, BPM**********46 nömrəli xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsinəəsasən illik 23.9 faizlə 48 ay müddətinə 8200 manat kredit verilmişdir. Lakin, X9 xx.xx.2024-cü il tarixdə öldüyündən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra edə bilməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında kredit xətti üzrə Banka ödənilməmiş BPM**********53 nömrəli xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinə əsasən cavabdehlərin əsas borca görə 297.36 manat, faiz borcuna görə 12.96 manat, BPM**********46 nömrəli xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən əsas borca görə 7588.7 manat, faiz borcuna görə 0.01 manat olmaqla, cəmi 7899.03 manat məbləğində icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun həmin məbləğdə icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. X7 öldükdən sonra onun həyat yoldaşı – hazırki iş üzrə Cavabdeh1, uşaqları Cavabdeh3 və Cavabdeh2 miras qoyanın vərəsəsi kimi Şəmkir rayon 1 saylı notariat ofisinin 2V-917 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumdan qalan mirası qəbul etmişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1151-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasın formal və qeyriformal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 125.89 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqını da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BPM**********53 nömrəli xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinə əsasən cavabdehlərin əsas borca görə 297.36 manat, faiz borcuna görə 12.96 manat, BPM**********46 nömrəli xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən əsas borca görə 7588.7 manat, faiz borcuna görə 0.01 manat olmaqla, cəmi 7899.03 (yeddi min səkkiz yüz doxsan doqquz manat üç qəpik) manat borc, 125.89 (bir yüz iyirmi beş manat səksən doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi 0.40 (qırx qəpik) manat pul vəsaiti alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-4442/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4442/2025
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver