Məhkəmə qərarları › İş №e-2(076)-4543/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4543/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4543/2025 03.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Cəfərova Aygün Musa qızının katibliyi ilə İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxaraq cavabdehə verdiyi və ona qaytarılmamış 2500 manat borc məbləğinin, habelə 300 manat vəkil xidməti haqqının, 50 manat dövlət rüsumunun, cəmi 2850 manat məbləğin Cavabdeh tutularaq (alınaraq) ona ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yanvar ayında qardaşı qızı İlahənin rəfiqəsi Səriyə ondan borc pul istədi. O, ona pul vermək istəmirdi. Qardaşı qızı İlahə dedi ki, elə bil ona verirsən, etibarlı adamdır. İlahənin sözündən sonra o, Səriyəyə borc verməyə razılaşdı. Bakı şəhəri 50 saylı notariat ofisində kredit müqaviləsi bağlamaqla 24 yanvar 2023-cü il tarixdə Cavabdeh 1000 (bir min) manat borc verdi. Müqavilənin 2-ci bəndinə görə borc alan krediti, yəni aldığı borcu xx.xx.2023-cü il tarixədək 6 ay müddətində qaytarmalı idi. Bundan sonra da, Səriyə bir neçə dəfə iltizam kağızı verməklə ondan borc pul götürmüşdür. Belə ki, xx.xx.2023-cü ildə iltizamnamə verməklə o, yaşadığı evdə, yəni ünvan 1 ünvanda 400 (dörd yüz) manat borc götürdü. 21 aprel 2023-cü il tarixdə 500 (beş yüz) manat, 2023-cü ilin may ayında 3 dəfəyə, yəni 500+300+200=1000 (bir min) manat borc verdi və borcun alınması barədə Səriyə xx.xx.2023-cü il tarixli iltizamnamə verdi. Ümumilikdə, 2023-cü ilin yanvar ayının 24-dən may ayının 24-dək Səriyə ondan 2900 (iki min doqquz yüz) manat borc alıbdır. Həmin borcdan 2023-cü ilin fevral-may aylarında hər ay 100 manat olmaqla cəmi 400 (dörd yüz) manatını ona qaytarıb, 2500 (iki min beş yüz) manat borcu isə qaytarmayıbdır. İltizamnamə ilə aldığı borcları da 6 ay müddətinə qaytaracağına söz versə də, hələ də borcları qaytarmır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonradan əlavə borc məbləği iltizamla verilmişdir. Göstərilən sənədlər məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə, cavabdeh iddiaçıdan əlavə borc vəsaiti almış, həmin borcun mövcudluğunu təsdiq edən iltizam yazaraq “WhatsApp” vasitəsilə iddiaçıya göndərmişdir. Həmin iltizamın əsli cavabdehdə qaldığından, iddiaçı tərəfindən həmin iltizamın şəkli məhkəməyə təqdim edilir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3M-76 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borc alan) xx.xx.2023-cü il tarixdək 1000 manat borc pul vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əl yazma iltizamından görünür ki, “X1 Dürsədəf Ağabəy qızından 400 manat götürdü” İş materiallarına əlavə edilmiş əl yazma iltizamın sürətidən görünür ki, “X5 xx.xx.2023-cü ildə X2 500 manat aldı qaytarmaq şərti ilə.” İş materiallarına əlavə edilmiş əl yazma iltizamın sürətidən görünür ki, “X5 xx.xx.2023-cü ildə İddiaçı Ağabəy qızından 500+300+200=1000 manat aldı” İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 1339 saylı müqavilə üzrə Nümayəndə hesabına 300 manat məbləğində pul ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Həmin Məcəllənin 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin mövqeyi: İş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallardan görünür ki, İddiaçı Cavabdeh pul vermişdir. Belə ki, müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn münasibətlər olması və xx.xx.2023-cü il tarixədək 1000 manat məbləğində pul vəsaitinin qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə borcun verilməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi 1000 manat borcu tələb etməkdə haqlıdır. Yəni məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan 1000 manat borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixədək 1000 (min) manat məbləğində borcu iddiaçıya qaytarmalı olduğu halda, qaytarmamışdır. İddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməlidir. Digər tərəfdən, həmçinin müəyyən edilir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (400 manat pul) əldə etmiş və bununla da əsassız varlanmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş əl yazma iltizamdan müəyyən edilir ki, cavabdeh iddiaçıdan 400 (dörd yüz) manat məbləğində pul almışdır. Bu hissədə də iddia tələbi əsaslıdır. Bundan başqa, 21 aprel 2023-cü il tarixdə 500 (beş yüz) manat, 2023-cü ilin may ayında 3 dəfəyə, yəni 500+300+200=1000 (bir min) manat borcun verilməsi və borcun alınması barədə xx.xx.2023-cü il tarixli iltizamnamlərlə ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən əlavə olaraq təqdim edilmiş iki ədəd iltizamın çap formasında olması, habelə məhkəmə tərəfindən həmin iltizamların əsillərinin təqdim edilməsi təklif olunmasına baxmayaraq, iddiaçı tərəfindən bu sənədlərin təqdim edilməməsi, göstərilən sənədlərin borcun mövcudluğunu təsdiq edən mötəbər sübut kimi məhkəmə tərəfindən qəbul edilməməsinə əsas verir. Ona görə də bu hissədə iddia təmin edilməməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia qismən təmin edilməli, 1400 (1000+400) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rusum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Buynda başqa işdə olan qəbzən görünür ki, İddiaçı Bakı şəhəri 6 saylı Vəkil Bürosun vəkili Nümayəndə hesabına 300 manat məbləğində ödəniş etmişdir. (müqavilənin və qəbzin nömrəsi 1339) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 300 manat pulun alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh vəkil xidmət haqqının əvəzi kimi 300 (üç yüz) manat pul alınıb İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar