Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-4563/2025 17.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Şəfəq Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Cəfərova Aygün Musa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və indeksləşdirilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 oğlunun saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli 2(060)-943/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin artırılmasına, hər ay bir uşağa 300 (üç yüz) manat sabit pul formasında müəyyən olunmasına, müəyyən olunacaq alimentin indeksləşdirilməsinə, həmin alimentin, 60 manat mediasiya xərcinin, 500 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə işə iddia icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarını nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, Cavabdeh Sumqayıt şəhəri, X1 qəsəbəsi, K.Kərimov küçəsi, ev 17. mənzil 18 ünvanda qeydiyyatdadır. Lakin iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli MŞŞƏM/1/MT052/2025-00325 nömrəli ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya cavabdehin yaşadığı (qeydiyyatda olduğu) yerdə deyil, iddiaçının yaşadığı (qeydiyyatda olduğu) yerdə keçirilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə ailə mübahisəsi ilə bağlı mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına müraciət etməli olması imperativ qaydada nəzərdə tutulmasına baxmayaraq iddiaçı hazırkı iddianın aidiyyətı üzrə, yəni Sumqayıt şəhərində yerləşən mediasiya təşkilatına müraciət etməli olduğu halda Şəmkir 1 saylı Mediyasiya təşkilatına müraciət etmiş, beləliklə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələbini, həmçinin MPM-in 150.1.7-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, MPM-in 150.1 və 150.1.7-cı maddələrinin tələbinə görə iddiaçı iddia ərizəsinə digər sənədlərlə yanaşı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədi də əlavə etməlidir. Bundan əlavə, məhkəmə “indeksləşdirilmə” tələbinə dair qeyd edir ki, göstərilən tələb mahiyyət etibarilə məhkəmə qətnaməsinin icrası mərhələsinə aid olduğundan, həmin məsələyə ayrıca iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə iddia icraatı qaydasında baxılmalı olmadığından, mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya icra icraatı qaydasında ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və indeksləşdirilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №e-2(076)-4563/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-4563/2025
17.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver