Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4742/2025 28.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tam kart müqaviləsi üzrə kart limiti üzrə 294.77 manat məbləğində borcu, xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Kredit müqaviləsinə əsasən nağd krediti üzrə 3870.96 əsas və 11.72 manat faiz borcu olmaqla, cəmi 3882.68 manat məbləğində kredit borcu olmaqla cəmi 4177.45 (dörd min yüz yetmiş yeddi manat qırx beş qəpik) manat və ödənilmiş 61.78 (altmış bir manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəmkir filialı ilə Cəfərov Valeh Kamil oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tam kart müqaviləsinə əsasən Cəfərov Valeh Kamil oğluna 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kredit limiti və xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Kredit müqaviləyə əsasən 48 ay müddətinə illik 22 faiz olmaqla 5500 manat məbləğində nağd kredit verilmişdir. X1 Kamil oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Şəmkir 1 saylı notariat ofisinin məktubu ilə müəyyən edilmişdir ki, mərhum Cəfərov Valeh Kamil oğlunun adına vərəsələrik işi qanun üzrə vərəsələri olan Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri əsasında açılmışdır. Bankın Şəmkir filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlara əsasən, Cəfərov Valeh Kamil oğlu xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tam kart müqaviləsinə əsasən 294.77 manat, həminçinin xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Kredit müqaviləyə əsasən nağd kredit üzrə 3870.96 manat əsas borc və 11.72 manat faiz olmaqla, cəmi 3882.68 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum Cəfərov Valeh Kamil oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC (Bank) ilə mərhum Cəfərov Valeh Kamil oğlu (borcalan) arasında xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tam kart və xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı kredit müqaviləsinə əsasən Cəfərov Valeh Kamil oğluna 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kredit limiti və xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 22 faiz olmaqla 5500 manat məbləğində nağd kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cəfərov Valeh Kamil oğlunun xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tam kart müqaviləsi üzrə kart limiti üzrə 294.77 manat məbləğində borcu, xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Kredit müqaviləsinə əsasən nağd krediti üzrə 3870.96 əsas və 11.72 manat faiz borcu olmaqla, cəmi 3882.68 manat məbləğində kredit borcu olmaqla cəmi 4177.45 (dörd min yüz yetmiş yeddi manat qırx beş qəpik) manat təşkil edir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov Valeh Kamil oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Şəmkir 1 saylı notariat ofisi tərəfindən verilmiş 317 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mərhum Cəfərov Valeh Kamil oğlunun adına vərəsələrik işi qanun üzrə vərəsələri olan Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri əsasında açılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi məlumatlara dair portaldan çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə vəfat etdiyindən, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Cəfərov Valeh Kamil oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı iddiaçı mərhum Cəfərov Valeh Kamil oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tam kart müqaviləsi üzrə kart limiti üzrə 294.77 manat məbləğində borcu, xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Kredit müqaviləsinə əsasən nağd krediti üzrə 3870.96 əsas və 11.72 manat faiz borcu olmaqla, cəmi 3882.68 manat məbləğində kredit borcu olmaqla cəmi 4177.45 (dörd min yüz yetmiş yeddi manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 61.78 (altmış bir manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqı da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tam kart müqaviləsi üzrə kart limiti üzrə 294.77 manat məbləğində borcu, xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Kredit müqaviləsinə əsasən nağd krediti üzrə 3870.96 əsas və 11.72 manat faiz borcu olmaqla, cəmi 3882.68 manat məbləğində kredit borcu olmaqla cəmi 4177.45 (dörd min yüz yetmiş yeddi manat qırx beş qəpik) manat və ödənilmiş 61.78 (altmış bir manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-4742/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4742/2025
28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver