Məhkəmə qərarları › İş №e-2(076)-4766/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4766/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4766/2025 19.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızı, iddiaçı "xxxx" ASC–nin cavabdehlər X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh6 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh6 paylarına mütənasib olaraq "xxxx" ASC-nin xeyrinə xx.xx.2020ci il tarixli, BPM**********19 saylı kredit müqaviləsi üzrə kredit xətti üzrə Banka ödənilməmiş 492.33 manat əsas borcu və ödənilməmiş 23.96 manat faiz borcu olmaqla, cəmi 516.29 manat borcun və nağd kredit üzrə ödənilməmiş 1338.13 manat əsas borc məbləğinin, ödənilmiş 38.55 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-ilə X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********19 saylı tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 48 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 2440 manat məbləğində nağd kredit verilmişdir və 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 323967 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şəmkir rayon notariat ofisinin məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh6 Şəmkir rayon notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə xx.xx.2025-ci il tarixli 2V-1476 nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Bankın Şəmkir filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2025-ci ilədək kredit xətti üzrə Banka ödənilməmiş 492.33 manat əsas borcu və ödənilməmiş 23.96 manat faiz borcu olmaqla, cəmi 516.29 manat borcu və nağd kredit üzrə ödənilməmiş 1338.13 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində 6-2- 22/2-47293/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 284–1–ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284–5.1–ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025–ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 284–5.2–ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İşdə olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020–ci il tarixli BPM**********19 nömrəli kredit müqaviləsindən və əlavə edilmiş qoşmalardan görünür ki, bank tərəfindən X3 500 manat məbləğində kredit xətti açılmış və 48 ay müddətinə illik 18 % ödəmək şərtiilə 2440 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC ilə X4 arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, X4 xx.xx.2020–ci il tarixli BPM**********19 saylı kredit müqaviləsi üzrə kreditin məbləğini xx.xx.2020–xx.xx.2024–cü illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023–cü il tarixdə vəfat etmişdir. İşdə olan Şəmkir Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli məktubdan və ona əlavə edilmiş 2V-1476 nömrəli xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mərhum X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 qı\ı, Cavabdeh2 və Cavabdeh6 xx.xx.2025–cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, cavabdehlərə borcu xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, mərhum X2 xx.xx.2025–ci il tarixə xx.xx.2020–ci il tarixli BPM**********19 saylı kredit müqaviləsi üzrə kredit xətti üzrə Banka ödənilməmiş 492.33 manat əsas borcu və ödənilməmiş 23.96 manat faiz borcu olmaqla, cəmi 516.29 manat borcun və nağd kredit üzrə ödənilməmiş 1338.13 manat əsas borc təşkil edir. İş materiallarında olan göndərilmiş məktubların siyahısından görünür ki, cavabdehlərə X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh6 məhkəmə bildirişi göndərilmiş, cavabdehlər il tarixdə bildirişi almış, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.3–cü və 284–6.1–ci maddələrinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77–ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı bankla X4 arasında bağlanmış xx.xx.2020–ci il tarixli BPM**********19 nömrəli Tam kart müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müdətinə illik 18% ödəmək şərtilə 500 manat məbləğində kredit limiti verilmişdir. Bundan başqa, iddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2020–ci il tarixli BPM**********19 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə illik 18 % ödəmək şərtilə 2440 manat məbləğində kredit verilmişdir. X4 hər iki müqavilə üzrə əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun xx.xx.2020–ci il tarixli BPM**********19 nömrəli Tam kart müqaviləsi üzrə ödənilməmiş 492.33 manat əsas borcu və ödənilməmiş 23.96 manat faiz borcu olmaqla, cəmi 516,29 manat məbləğində borcu, xx.xx.2020–ci il tarixli BPM**********19 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 1338,13 manat əsas kredit borcu qalmışdır. X4 xx.xx.2023–cü il tarixdə vəfat etmiş, bundan sonra adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 1306.1–ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən xx.xx.2020–ci il tarixli BPM**********19 nömrəli Tam kart müqaviləsi üzrə ödənilməmiş 492.33 manat əsas borcu və ödənilməmiş 23.96 manat faiz borcu olmaqla, cəmi 516,29 manat məbləğində, xx.xx.2020–ci il tarixli BPM**********19 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 1338,13 manat əsas borc üzrə olmaqla, ümumilikdə cəmi 1855,03 manat məbləğində pul müştərək qaydada alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 0,40 manat xidmət haqqı və 38.55 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh6 xx.xx.2020-ci il tarixli, BPM**********19 saylı kredit müqaviləsi üzrə kredit xətti üzrə Banka ödənilməmiş 492.33 manat əsas borcu və ödənilməmiş 23.96 manat faiz borcu olmaqla, cəmi 516.29 manat borcun və nağd kredit üzrə ödənilməmiş 1338.13 manat əsas borc məbləği olmaqla, ümumilikdə cəmi 1855,03 (bir min səkkiz yüz əlli beş manat üç qəpik) manat məbləğində pul müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh6 0,40 (qırx qəpik) manat xidmət haqqı və 38.55 (otuz səkkiz manat əlli beş qəpik) manat dövlət rüsumu müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar