Məhkəmə qərarları › İş №e-2(076)-755/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-755/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-755/2025 15.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2021–ci il tarixli BPM**********46 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə 235,06 manat əsas kredit borcu, 2,27 manat faiz borcu olmaqla, cəmi 237,33 manat məbləğində pulun, xx.xx.2022–ci il tarixli CL–EE000721844 nömrəli kredit müqaviləsi üzrə 10.329,95 manat əsas kredit borcu, 137,40 manat faiz borcu olmaqla, cəmi 10.466,99 manat məbləğində pulun, 0,40 manat xidmət haqqının və 122,12 manat ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bank ilə X4 arasında bağlanmış xx.xx.2021–ci il tarixli BPM**********46 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən X3 36 ay müddətinə illik 24 % ödəmək şərtilə 300 manat kredit limiti ayrılmışdır. Eləcə də, iddiaçı bank ilə X4 arasında bağlanmış xx.xx.2022–ci il tarixli CL–EE000721844 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X3 59 ay müddətinə illik 19,9 % ödəmək şərtilə 10.900 manat kredit verilmişdir. X4 əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqavilələrə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə onun xx.xx.2021–ci il tarixli BPM**********46 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə 235,06 manat əsas kredit borcu, 2,27 manat faiz borcu, xx.xx.2022–ci il tarixli CL–EE000721844 nömrəli kredit müqaviləsi üzrə 10.329,95 manat əsas kredit borcu, 137,40 manat faiz borcu qalmışdır. X4 xx.xx.2023–cü il tarixdə vəfat etmiş, bundan sonra mərhumun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunaraq, Cavabdeh xx.xx.2021–ci il tarixli BPM**********46 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə 235,06 manat əsas kredit borcu, 2,27 manat faiz borcu olmaqla, cəmi 237,33 manat məbləğində pulun, xx.xx.2022–ci il tarixli CL–EE000721844 nömrəli kredit müqaviləsi üzrə 10.329,95 manat əsas kredit borcu, 137,40 manat faiz borcu olmaqla, cəmi 10.466,99 manat məbləğində pulun, 0,40 manat xidmət haqqının və 122,12 manat ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, mərhum X4 onun arvadı olmuş, xx.xx.2023– cü il tarixdə vəfat etmişdir. Arvadının bankdan kredit götürməsindən onun məlumatı olmamış, onun həmin krediti nə məqsədlə götürməsini, hara xərcləməsini bilməmişdir. Hazırda bank ödənilməmiş borcu vərəsə kimi ondan tələb edir. O isə iddianı qəbul etmir. Belə ki, notariat orqanında onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilsə də, həmin şəhadətnamə 1.400 manat ölüm pulunun verilməsi ilə bağlı olmuşdur. Həmin pulu isə qəbir daşına, notariusa, yola xərcləmişdir. Ondan başqa Xatirə Əmirovadan ona heç bir miras əmlak qalmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021–ci il tarixli BPM**********46 nömrəli Tam kart çərçivə müqaviləsindən görünür ki, bank tərəfindən X3 36 ay müddətinə illik 24 % ödəmək şərtilə 300 manat kredit limiti ayrılmışdır. İşdə olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2022–ci il tarixli CL–EE000721844 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X3 59 ay müddətinə illik 19,9 % ödəmək şərtilə 10.900 manat kredit verilmişdir. İşdə olan "xxxx" ASC ilə X4 arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, X4 xx.xx.2022–ci il tarixli CL–EE000721844 saylı kredit müqaviləsi üzrə kreditin məbləğini xx.xx.2023–xx.xx.2027–ci illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023–cü il tarixdə vəfat etmişdir. İşdə olan Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024–cü il tarixli məktubundan və ona əlavə edilmiş siyahıdan görünür ki, xx.xx.2023–cü il tarixdə vəfat etmiş X2 vəfatından sonra xx.xx.2023–cü il tarixdə 8V–1021 saylı vərəsəlik şəhadətnaməsi tərtib edilmiş və onun vərəsəsi Cavabdeh mirası qəbul etmişdir. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışlarından görünür ki, xx.xx.2024–cü il tarixə X2 xx.xx.2021–ci il tarixli BPM**********46 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə 235,06 manat əsas kredit borcu, 2,27 manat faiz borcu, xx.xx.2022–ci il tarixli CL–EE000721844 saylı kredit müqaviləsi üzrə 10.329,95 manat əsas kredit borcu, 137,40 manat faiz borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla X4 arasında bağlanmış xx.xx.2021–ci il tarixli BPM**********46 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən X3 36 ay müddətinə illik 24 % ödəmək şərtilə 300 manat kredit limiti ayrılmışdır. Eləcə də, iddiaçı bank ilə X4 arasında bağlanmış xx.xx.2022–ci il tarixli CL–EE000721844 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X3 59 ay müddətinə illik 19,9 % ödəmək şərtilə 10.900 manat kredit verilmişdir. Lakin borclu müqavilələrin öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun xx.xx.2021–ci il tarixli BPM**********46 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə 235,06 manat əsas kredit borcu, 2,27 manat faiz borcu, xx.xx.2022–ci il tarixli CL–EE000721844 nömrəli kredit müqaviləsi üzrə 10.329,95 manat əsas kredit borcu, 137,40 manat faiz borcu qalmışdır. Həmçinin, X4 xx.xx.2023–cü il tarixdə vəfat etmiş, bundan sonra mərhumun adına vərəsəlik işi açılmış və cavabdeh mirası qəbul etmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1306.1–ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306–cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018–ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021–ci il tarixli BPM**********46 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə 235,06 manat əsas kredit borcu, 2,27 manat faiz borcu olmaqla, cəmi 237,33 manat məbləğində pul, xx.xx.2022–ci il tarixli CL–EE000721844 nömrəli kredit müqaviləsi üzrə 10.329,95 manat əsas kredit borcu, 137,40 manat faiz borcu olmaqla, cəmi 10.466,99 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Ödənilmiş 0,40 manat xidmət haqqı və 122,12 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2021–ci il tarixli BPM**********46 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə Cavabdeh əsas kredit borcu üzrə 235,06 manat, faiz borcu üzrə 2,27 manat olmaqla, cəmi 237,33 (iki yüz otuz yeddi manat otuz üç qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. xx.xx.2022–ci il tarixli CL–EE000721844 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh əsas kredit borcu üzrə 10.329,95 manat, faiz borcu üzrə 137,40 manat olmaqla, cəmi 10.466,99 (on min dörd yüz altmış altı manat, doxsan doqquz qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 0,40 (qırx qəpik) manat xidmət haqqı və 122,12 (bir yüz iyirmi iki manat on iki qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar