Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-777/2025 22.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızı, iddiaçı "xxxx" KB ASC-nin, Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası üzrə mülki işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 995.29 manat məbləğində pulun və 30.40 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC–nin nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq müştəri ilə bank arasında razılaşma əldə edildiyi üçün, iddianın baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla həmin mülki iş baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını tələb edir, o işə baxılmasına təkid etmir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" KB ASC–nin Şəmkir filialının hesabına, xx.xx.2025-ci il tarixdə 1046.30 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC–nin iddiası, iddiaçının nümayəndəsinin ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu tam şəkildə iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası baxılmamış saxlansın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu "xxxx" KB ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-777/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-777/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver