Məhkəmə qərarları › İş №e-2(076)-908/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-908/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-908/2025 24.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" ASC kiçik iddialara dair mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh- iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2144,93 manat əsas, 122,6 manat faiz, 3,48 manat cərimə, cəmi 2271,01 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 42,76 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarıdlmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqdan sonra ərizənin məhkəmə icraatı mümkün hesab edilmiş, cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Bundan sonra, iddiaçının səlahiyyətli nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçı "xxxx" ASC-yə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar