Məhkəmə qərarları › İş №e-2(076)-943/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-943/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-943/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir rayon məhkəməsi Hakimi Heydərova Nazlı Azər qızı, İddiaçı QSC-nin, Cavabdeh1 və Cavabdeh2 qarşı “Borc tələbi”nə dair, kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı QSC, Cavabdeh1 və Cavabdeh2 qarşı “Borc tələbi”nə dair, kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada, ümumilikdə 12491 manat borc pulun və iddia ərizəsi üçün ödənilmiş 127.47 manat vəsaitin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, göstərilən tələbə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə əsasən iddiaçı, cavabdehlərdən, ümumilikdə 12491 manat borc pulun və iddia ərizəsi üçün ödənilmiş 127.47 manat vəsaitin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi tələb edilən məbləğ 12491 manat olmaqla, iddia qiymətinin beş min manatdan yuxarı olmasını göstərir ki, belə olan halda, iddia ərizəsinin baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyi nəzərə çarpır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin məcəllənin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu məcəllənin 284- 1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə irəli sürülən iddianın qiyməti 12491 manat olmaqla, iddia qiyməti beş min manatdan yuxarı olduğundan, buna görə tələbə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması yolverilməzdir və iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-4.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı QSC, Cavabdeh1 və Cavabdeh2 qarşı “Borc tələbi”nə dair, kiçik mübahisələr üzrə iddia ərizəsinin, məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. İzah olunur ki, iddiaçı, iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət edilə bilər. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar