Məhkəmə qərarları › İş №e-2(076)-954/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-954/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-954/2025 23.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydərov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh bütünlüklə çəkdiyi xərclərin dəyəri olan 2800 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 350(üç yüz əlli) manat manat pulun eləcə də dövlət rüsumu əvəzinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 01.12.,2023-cü il tarixdə cavabdeh ona müraciət edərək ona 2800 (iki min səkkiz yüz) manat məbləğində borca pul verməsini xahiş etdi. O, da cavabdehi tanıdığı və etibar etdiyi üçün ona 2800 (iki min səkkiz yüz) manat pulu verdim. Cavabdeh ondan aldığı borcunu 2024-cü ilinin fevral aymadək qaytaracağını bildirdi. Həmin vaxt cavabdeh 2800 (iki min səkkiz yüz) manat borcu 2024cü ilin fevral ayınadək qaytaracağı barədə öhdəlik götürərək yazılı qəbzlə təsdiq etmişdir. Cavabdeh pul qaytarmağa söz verdiyi müddət başa çatdıqdan sonra onun borcunu qaytarmamış. Bir neçə dəfə cavabdehə borcunu ödəməsini tələb etsədə cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Bundan sonra bir neçə dəfə cavabdeh ona borcunu qaytaracağı barədə söz versədə o, vədinə əməl etməmişdir. İddiaçı cavabdehdən pulunu geri istəmiş, lakin cavabdeh onun pulunu müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Hazırda cavabdeh tərəfindən 2800 (iki min səkkiz yüz) manat borcun qaytarılması yubanır, onun isə həmin pula böyük ehtiyacı vardır. Hesab edir ki, bu məsələnin məhkəmədən kənar həlli mümkünsüz hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçının həmin pula ehtiyyacı olduğunun cavabdehə pulun ödənilməsi barədə xx.xx.2024-cü il tarixdə məktub ünvanlandığını bildirmiş, lakin cavabdeh tərəfindən bildirişə heç bir cavab verilməmişdir və cavabdeh borcunu qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul edərək bildirmişdir ki. İddiaçı həqiqətəndə 2800 manat pul borca almış, lakin İddiaçı həmin pulu faizi ilə qaytarmaq şərti qoymuşdur. Pulu borc götürərkən qəbzə imza çəkmişdir, İddiaçı həmin borca görə ona başqa-başqa vaxtlarda məzmunu eyni olan iki qəbzə imza çəkdirmiş, hər iki qəbzdədə faktiki olaraq bir dəfəyə ona əlbəəl verilən 2800 manat pulun qaytarılması barədə öhdəlik götürmüşdür. 2800 manat pulun bir qismini, yəni 2684 manatını İddiaçı qaytarmışdır. Belə ki, iddiaçıdan borcu 01 dekabr 2023-cü il tarixdə almış,qəbz imzalamış,sonradan iddiaçı ona bir ədəd qəbzədə imza çəkdirmişdir ki, özünü sığortalasın. 2023-cü ilin dekabr ayından artıq borcunu ödəməyə başlamışdır. Hazırda iddiaçıya 116 manat borcu vardır. Ödəniş etməsi barədə hesabdan çıxarışı təqdim edir. İddiaçının bank hesab nömrəsinə mütəmadi olaraq borcundan silinməsi üçün pul köçürmüşdür. Həmçinin bildirmişdir ki, əvvəllərdə iddiaçıdan borc almış, lakin həmin borcları geri qaytarmışdır. Göstərdiklərinə əsasən, iddianın qismən təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi cavabdehin göstərdiklərinə münasibətdə bildirmişdir ki, həqiqətəndə bank hesabından çıxarışdaki hesab nömrəsi İddiaçı məxsusdur və cavabdeh mütəmadi olaraq həmin hesab nömrəsinə pul köçürmüşdür. Lakin həmin pullar hazırki mübahisə edilən borca görə ödənilməmiş, cavabdehin iddiaçıya olan digər borclarına görə ödənilmişdir. Belə ki, cavabdeh iddiaçıdan iki dəfə 2800 manat olmaqla borc götürmüşdür. Həmçinin iddiaçının nümayəndəsi məhkəməyə əlavə qəbz təqdim edərək bildirmişdir ki, hesab nömrəsinə köçürülən məbləğlər digər borc üzrə həyata keçirilmişdir.Odur ki, iddianın tam təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli əlyazma qəbzin məzmunundan görünür ki, Cavabdeh İddiaçı 2800 borcludur. Cavabdeh borcunu 2024-cü ilin fevral ayında geri qaytaracağını öz öhdəsinə götürür. Həmçinin işə əlavə edilmiş bir ədəd əlyazma qəbzdən görünür ki, Əlimirzəyeva X1 Elnarədən iki min səkkiz yüz borca pul almışdır. 2024-cü ilin fevral ayına qaytarıb verəcək. Lakin qəbzdə tarix qeyd edilməmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh borclu olduğu 2800 manat məbləğdən 2023-cü ilin dekabr ayından sonraki müddətdə İddiaçı 2684 manat məbləğində pul köçürmüş, yerdə qalan borc məbləği 116 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının izahatı və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 2800 manat borc pul almışdır. Borcunu qaytarmağı öhdəsinə götürsə də əməl etməmişdir. Hal-Hazırda iddiaçıya cavabdeh tərəfindən 1684 manat pul ödəndiyinə görə cavabdehin yerdə qalan borcu 116 manat təşkil edir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 2800 manat məbləğində pulun verilməsini, lakin həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iş materiallarının tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı xx.xx.2023-cü il tarixində cavabdehə 2800 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin məbləği iddiaçıdan almış və qaytaracağına dair yazılı qəbz verməklə öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunun bir hissəsini qaytarmış və iddiaçıya 116 manat məbləğində borcunu qaytarmayaraq tələbkarı əlverişsiz vəziyyətə saxlmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə deyil, yəni 119 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki–Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənilmiş vəsaitlərin iddiaçı ilə cavabdeh arasında olan digər borc müqaviləsinə görə ödənildiyinə dair dəlillərini əsaslı hesab etmir, belə ki buna dair hər hansı sübut təqdim edilməmişdir, təqdim etdikləri qəbz isə işdə olan qəbzlə eynilik təşkil edir, həmçinin məhkəmə toplanmış subutlara əsasən belə qənaətə gəlir ki, borclu 2023-cü ilin dekabr ayında tələbkardan bir dəfə 2800 manat olmaqla borca pul almışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 2800 manat məbləğində borc pul alması, lakin həmin pulu tam şəkildə qaytarmaması sübuta yetirilmişdir, həmçinin cavabdeh borclu olduğu məbləğdən 2684 manat pul ödədiyindən iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və Cavabdeh 116 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin iddianın “350 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini əsassız hesab edir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödənilmiş 48 manat dövlət rüsumunun 12 manat hissəsi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4– cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tam təmin edilsin. Cavabdeh 116 (yüz on altı) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 12 (on iki) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar