Məhkəmə qərarları › İş №e-2(076)-96/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-96/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-96/2025 05.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı "xxxx" QSC BOKT-un nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" QSC BOKT-un Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Həsənova (Əkbərova) Məhəbbət Fərmayıl qızından 15 fevral 2007- ci il tarixli 139 saylı kredit müqaviləsi üzrə qarşı 4241,0 ABŞ dolları əsas borcun, 6695,13 ABŞ dolları faiz borcunun, cəmi 10936.13 ( on min doqquz yüz otuz altı ABŞ dolları 13 sent) ABŞ dolları məbləğində borc məbləğinin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Həsənova (Əkbərova) Məhəbbət Fərmayıl qızına məxsus “VAZ -2106” markalı ** BM *** dövlət qeydiyyat nişanlı mink avtomobilinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 10936,15 ABŞ dolları borcun ödənilməsi, əmlakın hərracda satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehin digər əmlakı hesabına tutulması, habelə ödənilmiş 145.77 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemliaktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Həsənova (Əkbərova) Məhəbbət Fərmayıl qızına qarşı 4241,0 ABŞ dolları əsas borc, 6695,13 ABŞ dolları faiz borcu, cəmi 10936.13 (on min doqquz yüz otuz altı ABŞ dolları 13 sent) məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-AVK- SAM -05 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bildiririk ki, "xxxx" ASC-nin Şəmkir filialı ilə cavabdeh Həsənova (Əkbərova) Məhəbbət Fərmayıl qızı arasında bağlanmış 15 fevral 2007-ci il tarixli 139 saylı kredit müqaviləsinə əsasən cavabdeh Həsənova (Əkbərova) Məhəbbət Fərmayıl qızına 18 ay müddətinə illik 24 %-lə 4600,0( dörd min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şəmkir filialı iləHəsənova (Əkbərova) Məhəbbət Fərmayıl qızıarasında 15 fevral 2007-ci il tarixli 139 saylı ipoteka müqaviləsi bağlanmış və cavabdehin mülkiyyətində olan “VAZ -2106” markalı ** BM *** dövlət qeydiyyat nişanlı mink avtomobili ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərinə əsasən kredit üzrə istifadə olunmuş vəsaitə illik 24 % faiz hesablanaraq cavabdeh tərəfindən hər ay ödənilməli idi. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin müqavilənin şərtlərini pozaraq əsas və faiz borclarının vaxtında ödəməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq lazımi nəticə çıxarmamışdır. Cavabdehin əsas borcu 4241,0 ABŞ dolları , faiz borcu 6695,13 ABŞ dolları, cəmi borcu 10936,13 (on min doqquz yüz otuz altı ABŞ dolları 13 sent) ABŞ dolları təşkil edir. DİN-in BPQMİ- MAPS şöbəsindən verilmiş arayışdan görünür ki, cavabdeh X1 dəyişdirmiş və hal-hazırda soyadı Həsənovadır. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından kredit müqaviləsindən görünür ki, "xxxx" ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2007-ci il tarixli, 139 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə “VAZ-2106” markalı avtomobilin alınması məqsədi ilə 18 ay müddətinə, illik 24% ödəmək şərti ilə 4600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 139 nömrəli ipoteka müqaviləsinidən görünür ki, "xxxx" ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2007-ci il tarixli 139 nömrəli kredit müqaviləsinə əsasən 4600 ABŞ dolları məbləğində xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 18 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi “VAZ-2106” markalı avtomobil girov qoyulmuşdur. Girov qoyulmuş əmlak 6600 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2007-ci il tarixli, 139 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-nə olan borcundan xx.xx.2007-ci il tarixdən 18 ay ümumilikdə 5473.87 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2007-ci il tarixli, 139 saylı kredit müqaviləsi üzrə 4241 ABŞ dolları, faiz borcu üzrə 6695.13 ABŞ dolları, cəmi 10936.13 ABŞ dolları borcu mövcuddur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehə iddiaçıya olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə cavabdehə illik 24 % olmaqla 18 ay müddətinə, Cavabdeh 4600 (dörd min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin kredit qaytarılması təminatı kimi Cavabdeh məxsus “VAZ- 2106” markalı avtomobil girov qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmlarına dair vəzifələrin daşıyıcısı olmuşdurlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmalarına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmiş, ödəniş cədvəlini iki dəfədən artıq pozmuşdurlar. Odur ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək, cavabdehdən müqavilə üzrə yaranmış əsas borcu və faiz borcunu tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin tələbin ipoteka qoyulmuş əşyaya yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınar əşyaya yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən kredit borc üzrə 4241 ABŞ dolları əsas borc, 6695.13 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10936.13 (on min doqquz yüz otuz altı ABŞ dolları, 13 sent) ABŞ dolları pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) kredit borcu iddiaçının xeyrinə tutulmalı, tutma cavabdehə məxsus “VAZ-2106” markalı 57BM053 dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməli, həmin nəqliyyat vasitəsi açıq hərracda satılaraq, tələb təmin edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan “VAZ-2106” markalı 57BM053 dövlət qeydiyyat nişanlı minik avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə tam kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələbin həmin hissəsi məhkəmə qaydasında deyil, məhkəmə qərarlarının icrası qaydasında həyata keçirilməli olan məsələ olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehlərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 145.77 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il tarixli, 139 saylı kredit müqaviləsi üzrə 4241 ABŞ dolları əsas borc, 6695.13 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10936,13 (on min doqquz yüz otuz altı ABŞ dolları, 13 sent) ABŞ dolları pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145.77 (bir yüz qırx beş manat yetmiş yeddi qəpik) manat pul alınaraq İddiaçı QSC-yə ödənilsin. Borc tələbi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Həsənova (Əkbərova) Məhəbbət Fərmayıl qızına məxsus “VAZ -2106” markalı ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 6600 (altı min altı yüz) ABŞ dolları müəyyən edilsin. “VAZ -2106” markalı ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobili açıq hərracda satılsın və satışdan əldə edilən vəsaitdən İddiaçı QSC-yə olan borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar