Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-1/2024 16.01.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçınıun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Oqtay oğlunun Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Oqtay oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 4718 manat məbləğində maddi ziyanın və 100 manat məbləğində nümayəndəyə çəkilmiş xərcin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış bağlanmış xx.xx.2017-ci il tarixli AL-1678 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinqə verilmiş “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AC 984303, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA039428, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən xx.xx.2023-cü il tarixdə, saat 11:35 radələrində Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyatov küçəsində ara məsafəsi qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP_5559133 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə növündə tənbeh verilmişdir. “RS” Avtoservis tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 4718 manat tələb olunmuşdur. Lakin cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də avtomobili “RS Avtoservis”-də 4718 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Cavabdeh həmin məbləği ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, avtomobilə dəymiş ziyanla bağlı iddia ərizəsində göstərilən məbləğlə və ekspert rəyində göstərilən məbləğlə qismən razıdır. Hesab edir ki, avtomobilə 500 manat məbləğində ziyan dəymişdir. 500 manat isə usta xərci edir. Odur ki, cəmi 1000 manat ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AC № 984303 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2017-ci il buraxılışlı, ağ rəngli “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. Lizinq verən "xxxx" MMC ilə lizinq alan İddiaçı Oqtay oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1678 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, lizinq verən mülkiyyətindəki dəyəri 13800 manat olan “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. İcarəyə verən İddiaçı Oqtay oğlu ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə,gündəlik 15 manat plan ödəməklə icarəyə götürənə icarəyə vermişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, Cavabdeh “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdən-xx.xx.2023-cü il tarixi daxil olmaqla yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2023-cü il tarixdə, saat 11:35 radələrində Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyatov küçəsində ara məsafəsi qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 40 manat cərimə tənbehi tətbiq edilmişdir. “RS” Avtoservisin xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan məbləğ ehtiyat hissələri 2843 manat, təmir işləri 1875 manat olmaqla, cəmi 4718 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-9/8253/2023 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4100 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə İddiaçı Oqtay oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1678 saylı “Daxili lizinq müqaviləsi” üzrə sonuncunun müvəqqəti istifadəsinə verilmiş "Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə etibarnamə əsasında idarə edən Cavabdeh tərəfindən vurulmuş ziyan üzrə təmir-bərpa işləri lizinq alan İddiaçı Oqtay oğlu tərəfindən öz hesabına aparılmışdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Oqtay oğlunun Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı Şuşa Rayon Məhkəməsində qaldırılan iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Qəbzin surətindən görünür ki, İddiaçı Oqtay oğlu 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı Oqtay oğlu xx.xx.2017-ci il tarixli AL-1678 nömrəli daxili lizinq müqaviləsinə əsasən əldə etmiş və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən etibarnamə əsasında Cavabdeh vermişdir.Cavabdeh həmin avtomobili idarə edərkən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. “RS” Avtoservisin xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4718 manat məbləğində, məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/8253/2023 saylı ekspert rəyinə əsasən isə, 4100 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4100 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən və həmin məbləğ İddiaçı Oqtay oğlu tərəfindən ödənildiyindən, iddia maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək 4100 manat məbləğində maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ, 100 manat hüquqi yardıma görə xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğuna görə, iddia təqribən 85 faiz həcmində təmin edildiyindən 67,18 manat dövlət rüsumunun 85 faizi, yəni 57,10 manat hissəsi cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/8253/2023 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 50 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təxminən 85 faiz həcmində təmin edildiyinə görə ekspertiza tədqiqatının dəyərinin 42,50 manat hissəsi cavabdehdən, 7,50 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4100 manat maddi ziyan və 100 manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı olmaqla, cəmi 4200 (dörd min iki yüz) manat pul vəsaiti tutularaq İddiaçı Oqtay oğlunun xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 57,10 (əlli yeddi manat 10 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 42,50 (qırx iki manat 50 qəpik) manat hissəsi Cavabdeh, 7,50 (yeddi manat 50 qəpik) manat hissəsi İddiaçı Oqtay oğlundan tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-1/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-1/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver