Məhkəmə qərarları › İş №e-2(077)-129/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-129/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-129/2022 19.05.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2,Cavabdeh1 və Cavabdeh3 qarşı «kredit müqaviləsinin ləğvi,kreditin və kreditə görə faizlərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC cavabdehlər Cavabdeh2,Cavabdeh1 və Cavabdeh3 qarşı iddia qaldıraraq,bankla Cavabdeh2 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 028CASA191640003 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi,cavabdehlər Cavabdeh2,Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 5130,55 (beş min yüz otuz manat əlli beş qəpik) manat məbləğində əsas borc,23,52 (iyirmi üç manat əlli iki qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 5154,07 (beş min yüz əlli dörd manat yeddi qəpik) manat borc və ödənilmiş 71,55 (yetmiş bir manat əlli beş qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 13 iyun 2019-cu il tarixli 028CASA191640003 saylı güzəştli kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq cavabdeh qalıq borcu olan 5929,06 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür.Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla Cavabdeh3 arasında 13 iyun 2019-cu il tarixli 028FİZAM02775253 saylı və Cavabdeh1 arasında 13 iyun 2019-cu il tarixli 028FİZAM00919503 saylı zaminlik müqavilələri imzalanmışdır. Cavabdeh2 onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən,onun özünə,eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh1 və Cavabdeh3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq,onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş,kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir.Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 19.10.2021-ci il tarixə İddiaçı ASC-yə 5130,55 manat məbləğində əsas kredit borcu, 23,52 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla,cəmi 5154,07 manat məbləğində borcu qalmaqdadır. İddiaçı ASC-nin nümayəndəsi,cavabdehlər Cavabdeh2,Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər.İddiaçı ASC-nin nümayəndəsi ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdehlər Cavabdeh2,Cavabdeh1 və Cavabdeh3 gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2,Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri,sübutları,işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 028CASA191640003 saylı güzəştli kredit müqaviləsindən görünür ki,“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq cavabdeh qalıq borcu olan 5929,06 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 028FİZAM00919503 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 028FİZAM02775253 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - iddiaçı İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş 23.08.2021-ci il tarixli 257 saylı və 08.10.2021-ci il tarixli 384 saylı bildirişlərdən görünür ki,cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərlərinə çatdırılmışdır. - iddiaçı İddiaçı ASC-nin 19.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh2 13 iyun 2019-cu il tarixli 028CASA191640003 saylı güzəştli kredit müqaviləsi üzrə 19.10.2021-ci il tarixinə İddiaçı ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 5130,55 manat əsas borc və 23,52 manat faiz borcu olmaqla,ümumilikdə 5154,07 manat təşkil edir. - X2 Ödənilmiş 05.03.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 71,55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə,13 iyun 2019-cu il tarixli 028FİZAM00919503 və 13 iyun 2019-cu il tarixli 028FİZAM02775253 saylı zaminlik müqavilələrinə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bank qarşısında, digər cavabdeh olan Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa,borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən,İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 028CASA191640003 №-li kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 13 iyun 2019-cu il tarixli 028CASA191640003 №-li kredit müqaviləsi üzrə 5130,55 manat əsas və 23,52 manat faiz borcu olmaqla,cəmi 5154,07 manat məbləğində kredit borcu İddiaçı ASC-yə qaytarmalıdır. Azərbaycan Respublikası 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 71,55 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227 və 357-362ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 028CASA191640003 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2,Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 5130,55 (beş min yüz otuz manat əlli beş qəpik) manat məbləğində əsas borc,23,52 (iyirmi üç manat əlli iki qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 5154,07 (beş min yüz əlli dörd manat yeddi qəpik) manat borc və ödənilmiş 71,55 (yetmiş bir manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar