Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-131/2022 19.05.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia qaldıraraq,Cavabdeh İddiaçı ASC-nin xeyrinə 31 may 2019-cu il tarixli 10-Y-1-0-818-19 saylı kredit müqaviləsi üzrə 2357,79 (iki min üç yüz əlli yeddi manat yetmiş doqquz qəpik) manat əsas,135,38 (bir yüz otuz beş manat otuz səkkiz qəpik) manat faiz,40,21 (qırx manat iyirmi bir qəpik) manat cərimə olmaqla,ümumilikdə 2533,38 (iki min beş yüz otuz üç manat otuz səkkiz qəpik) manat borc,27 noyabr 2019-cu il tarixli 12-Y-3-1-1204-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə üzrə 2000 (iki min) manat əsas,21,66 (iyirmi bir manat altmış altı qəpik) manat faiz olmaqla,ümumilikdə 2021,66 (iki min iyirmi bir manat altmış altı qəpik) manat borcun və 65,55 (altmış beş manat əlli beş qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, «Nikoyl» İKB ilə Cavabdeh arasında bağlanmış 31 may 2019-cu il tarixli 10-Y-1-0-818-19 saylı kredit müqaviləsinə bank cavabdehə istehlak məqsədilə 36 ay müddətinə illik 18% dərəcəsi hesablanmaqla 8000 manat məbləğində kredit vermişdir.Daha sonra tərəflər arasında 31 may 2019-cu il tarixli 10-Y-1-0-818-19 saylı kredit müqaviləsinə 27.11.2020-ci il tarixli əlavə saziş imzalanmış və kredit müqaviləsinin müddəti 31.05.2022-ci il tarixədək uzadılmışıdır. Həmçinin tərəflər arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 12-Y-3-1-1204-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən bank cavabdehə 36 ay müddətinə illik 20,5% hesablanmaqla 2000 manat məbləğində kredit xətti açmışdır. Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliklərin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında və lazımi qaydada ödəməmişdir.Cavabdeh sonuncu dəfə borcundan 31 may 2019-cu il tarixli 10-Y-1-0-818-19 saylı kredit müqaviləsi üzrə 354,16 manat və 27 noyabr 2019-cu il tarixli 12-Y-3-1-1204-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə üzrə 1,13 manat ödəniş etmişdir.Hazırda cavabdehin 31 may 2019-cu il tarixli 10-Y-1-0-818-19 saylı kredit müqaviləsi üzrə 2357,79 manat əsas,135,38 manat faiz,40,21 manat cərimə borcu olmaqla,cəmi 2533,38 manat borc və 27 noyabr 2019-cu il tarixli 12-Y-3-1- 1204-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə üzrə 2000 manat əsas,21,66 manat faiz borcu olmaqla,cəmi 2021,66 manat borc hesablanmışdır.Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında çıxış edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən və iddiaçının nümayəndəsinin fikrini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: - «Nikoyl» İKB ilə Cavabdeh arasında bağlanmış 31 may 2019-cu il tarixli 10-Y-1-0-818-19 saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə istehlak məqsədilə 36 ay müddətinə illik 18% hesablanmaqla 8000 manat məbləğində kredit verilmişdir. - «Nikoyl» İKB-nın 31.05.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, «Nikoyl» İKB 31 may 2019-cu il tarixli 10-Y-1-0-818-19 saylı kredit müqaviləsinə əsasən üzərinə götürmüş olduğu öhdəliyi icra edərək 31.05.2019-cu il tarixdə Cavabdeh 8000 manat məbləğində pul vermişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 12-Y-3-1-1204-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki,iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 20,5% hesablanmaqla 2000 manat məbləğində kredit kartı verilmişdir. - İddiaçı ASC-nin 27.11.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC 27 noyabr 2019-cu il tarixli 12-Y-3-1-1204-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən üzərinə götürmüş olduğu öhdəliyi icra edərək 27.11.2019-cu il tarixdə Cavabdeh bir ədəd plastik kart vermişdir. - İddiaçı ASC-nin 25.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh 31 may 2019-cu il tarixli 10-Y-1-0-818-19 saylı kredit müqaviləsi üzrə 10.11.2021-ci il tarixində 354,16 manat məbləğində ödəniş etmişdir.Hazırda 25.02.2022-ci il tarixinə İddiaçı ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 2357,79 manat əsas,135,38 manat faiz və 80,42 manat cərimə olmaqla,ümumilikdə 2573,59 manat təşkil edir. - İddiaçı ASC-nin 25.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh 27 noyabr 2019-cu il tarixli 12-Y-3-1-1204-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 28.09.2021-ci il tarixində 1,13 manat məbləğində ödəniş etmişdir.Hazırda 25.02.2022-ci il tarixinə İddiaçı ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 2000 manat əsas və 21,66 manat faiz olmaqla,ümumilikdə 2021,66 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 65,55 manat dövlət rüsumun cavabdehdən dövlət nəfinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq,Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, 31 may 2019-cu il tarixli 10-Y-1-0-818-19 saylı kredit müqaviləsi üzrə 2357,79 manat əsas,135,38 manat faiz,40,21 manat cərimə borcu olmaqla,ümumilikdə 2533,38 manat borc, 27 noyabr 2019-cu il tarixli 12-Y-3-1-1204-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə üzrə 2000 manat əsas,21,66 manat faiz borcu olmaqla,ümumilikdə 2021,66 manat borc və dövlət büdcəsinə köçürülmüş 65,55 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 31 may 2019-cu il tarixli 10-Y-1-0-818-19 saylı kredit müqaviləsi üzrə 2357,79 (iki min üç yüz əlli yeddi manat yetmiş doqquz qəpik) manat əsas,135,38 (bir yüz otuz beş manat otuz səkkiz qəpik) manat faiz,40,21 (qırx manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə 2533,38 (iki min beş yüz otuz üç manat otuz səkkiz qəpik) manat borc, 27 noyabr 2019-cu il tarixli 12-Y-3-1-1204-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə üzrə 2000 (iki min) manat əsas,21,66 (iyirmi bir manat altmış altı qəpik) manat faiz borcu olmaqla,ümumilikdə 2021,66 (iki min iyirmi bir manat altmış altı qəpik) manat borc və ödənilmiş 65,55 (altmış beş manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(077)-131/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-131/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver