Məhkəmə qərarları › İş №e-2(077)-133/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-133/2022

26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-133/2022 26.05.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh2 və və Cavabdeh1 1484 (bir min dörd yüz səksən dörd) manat maddi ziyan,100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və 36 (otuz altı) manat dövlət rüsumu olmaqla,ümumilikdə 1620 (bir min altı yüz iyirmi) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 23 iyun 2017-ci il tarixli AL-1330 saylı “X7” əsasında “Ravon Nexia R3 minik” markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AC954606 seriyalı, 2017-ci il buraxılışlı, Ban: XWBTF69V9HA029554,ağ rəngli) avtomobil 48 ay müddətinə lizinqə verilmişdir.Qeyd edilən avtomobili İddiaçı etibarnamə ilə idarə olunması üçün tanışı Cavabdeh1 vasitəsilə tanıdığı Cavabdeh2 istifadəsinə vermişdir.Avtomobili istifadəyə verərkən Cavabdeh1 Cavabdeh2 ilə birgə öhdəlik daşımasına dair şifahi razılıq vermişdir.Cavabdeh2 10 noyabr 2021-ci il tarixdə icarə haqqını ödəyə bilmədiyini deyərək avtomobili geri qaytarmış,həmin vaxt avtomobilə baxış keçirərkən avtomobilin su radiatoru,pompa və digər bir neçə detalının yararsız vəziyyətdə olduğunu və avtomobildə dəmirçi,rəngsaz,çilingər kimi təmir işlərinin görülməli olduğu aşkarlanmışdır.Həmin vaxt avtomaşın təmir olunması üçün “RS Avtoservisə” aparılmış və qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 1484 manat tələb olunmuşdur.Göründüyü kimi Cavabdeh2 tərəfindən avtomobilə maddi ziyan dəymiş,lakin Cavabdeh2 və Cavabdeh1 həmin məbləği ödəməkdən imtina etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək,maddi ziyan dəymiş avtomobilin artıq təmir olunduğunu bildirdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən və iddiaçının nümayəndəsinin fikrini nəzərə alaraq işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş,lakin məhkəməyə 11.05.2022-ci il tarixli 148 saylı məktubla müraciət edərək bildirmişdir ki,"xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 23 iyun 2017-ci il tarixli AL-1330 saylı "Daxili Lizinq" müqaviləsi üzrə sonuncunun müvəqqəti istifadəsinə verilmiş "RAVON NEXİA R3 MiNiK" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 tərəfindən vurulmuş ziyan üzrə təmirbərpa işləri lizinq alan İddiaçı tərəfindən öz hesabına aparılmışdır.Odur ki,yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı Şuşa Rayon Məhkəməsində qaldırılan iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - AC № 954606 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,2017-ci il buraxılışlı,ağ rəngli “Ravon Nexia R3 minik” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 23 iyun 2017-ci il tarixli AL-1330 saylı “X7”ndən görünür ki,lizinq verən "xxxx" MMC mülkiyyətindəki dəyəri 13800 manat olan “Ravon Nexia R3 minik” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə İddiaçı müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. - "xxxx" MMC tərəfindən verilmiş 17.03.2021-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki,Cavabdeh2 “Ravon Nexia R3 minik” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 17.03.2021-ci il tarixdən-23.03.2021-ci il tarixi daxil olmaqla yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 23.06.2017-ci il tarixli razılaşmadan görünür ki,tərəflər lizinq obyektinin yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə,məhv olduqda Lizinq Alan 24 saat müddətində lizinq obyektini sığortalan Sığorta şirkətini məlumatlandırmağı və qeyd edilən öhdəlik icra edilmədikdə sığorta hadisəsi nəticəsində İizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə lizinq alan tərəfindən lizinq verənə ödənilməsini razılaşdırmışlar. - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 17 mart 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki,İddiaçı “Ravon Nexia R3 minik” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 icarəyə vermişdir. - “RS” Avtoservisin 26.12.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki,“Ravon Nexia R3 minik” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1484 manat məbləğində ziyan dəymişdir. - X5,X2,X6 və X3 tərəfindən tərtib edilmiş 10.11.2021-ci il tarixli aktdan görünür ki,10.11.2021-ci il tarixdə saat 16:30 radələrində **-PJ-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3 minik” markalı avtomobil müqavilə əsasında idarə edən Cavabdeh2 avtomobili “RS” Avtoservisin həyətinə gətirmiş,həmin avtomobilə baxış zamanı aşağıdakı maddi ziyan dəydiyi aşkar edilmişdir: su radiatoru,pompa,yağdəyişmə. - İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış pretenziyadan görünür ki,iddiaçı cavabdehdən avtomobilə dəymiş 1484 manat məbləğində zərəri 25 fevral 2022-ci il tarixədək ona ödənilməsini xahiş etmiş,əks təqdirdə bununla bağlı dəymiş zərərin tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. - “MilliÖn” Elektron ödəmə sistemi vasitəsilə ödənilmiş 04.03.2022-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki,İddiaçı 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, "xxxx" MMC-nin mülkiyyətində olan "RAVON NEXİA R3 MiNiK" markalı,**-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 23 iyun 2017-ci il tarixli AL-1330 nömrəli X7nə əsasən əldə etmiş və 17 mart 2021-ci il tarixli icarə müqaviləsinə əsasən etibarnamə əsasında Cavabdeh2 vermişdir.Avtomobili istifadəyə verərkən Cavabdeh1 Cavabdeh2 ilə birgə öhdəlik daşımasına dair şifahi razılıq vermişdir.Cavabdeh2 10.11.2021-ci il tarixdə avtomobilin icarə haqqını ödəyə bilmədiyindən avtomobili geri qaytarmış və avtomobil təhvil alınarkən onun ehtiyat hissələrində nasazlıqlar olduğu aşkarlanmışdır.“RS” Avtoservisin 26.12.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomobilə 1484 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmiş və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir.Hazırda İddiaçı avtomobilə dəymiş 1484 manat məbləğində maddi ziyanı və hüquqi yardıma görə ödəmiş olduğu 100 manat vəkil xərcini cavabehlər Cavabdeh2 və Cavabdeh1 tələb edir. Məhkəmə hesab edir ki,Cavabdeh2 "xxxx" MMC-nin mülkiyyətində olan "RAVON NEXİA R3 MiNiK" markalı,**-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1484 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən və həmin məbləğ İddiaçı tərəfindən ödənildiyindən iddia bu hissədə təmin edilərək 1484 manat məbləğində maddi ziyan Cavabdeh2 tutulmalıdır. Məhkəmə Cavabdeh1 maddi ziyanın tutulması hissəsinə qiymət verərərk hesab edir ki,avtomobil icarəyə verilərkən Cavabdeh1 Cavabdeh2 ilə birgə İddiaçı qarşısında öhdəliyin tamamilə və ya hissə-hissə icra edilməsi ilə bağlı məsuliyyət götürdüyünu bildirmiş olsa belə,bu iradə ifadəsini yazılı formada rəsmiləşdirməmişlər.Qanunvericiliyin tələbinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalı və yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olduğundan iddia tələbi Cavabdeh1 maddi ziyanın tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ,100 manat hüquqi yardıma görə xidmət haqqı Cavabdeh2 alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə xərcləri 32 manat ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia qismən təmin edildiyindən,ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh2 1484 manat maddi ziyan,100 manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla,cəmi 1614 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1484 (bir min dörd yüz səksən dörd) manat maddi ziyan,100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla,cəmi 1614 (bir min altı yüz on dörd) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar