Məhkəmə qərarları › İş №e-2(077)-140/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-140/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-140/2024 17.04.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021 tarixli RBNPU-08463 saylı kredit müqaviləsi üzrə ayrılmış 30000 manat limitdən xx.xx.2022-ci il tarixli müraciətinə əsasən verilmiş 3500 manat kredit üzrə 1951,09 manat əsas borc, 130,39 manat faiz borcu, 575,14 manat cərimə olmaqla, cəmi 2656,62 manat borcun və 47 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2021 tarixli RBNPU-08463 saylı kredit müqaviləsi üzrə onaayrılmış 30 000 manat limitdən cavabdehin xx.xx.2022-ci il tarixli müraciətinə əsasən ona illik 14% faiz dərəcəsi olmaqla 27 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Kreditin şərtlərinə görə borc alan kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş vər öhdəliyinin icrae dilməsindən qərəzli olaraq yayınmışdır. Nəticə də, Cavabdeh xx.xx.2021 tarixli RBNPU-08463 saylı kredit müqaviləsi üzrə 30000 manat limitdən xx.xx.2022-ci il tarixli müraciətinə əsasən ayrılmış 3500 manat pul krediti üzrə borcun məbləği 1951,09 manat əsas borc, 130,39 manat faiz borcu, 575,14 manat cərimə olmaqla, cəmi 2656,62 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq, qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021 tarixli RBNPU-08463 saylı kredit müqaviləsinin və əlavə olunmuş sənədlərin surətindən görünür ki, bank tərəfindən borc alana 60 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmış və kredit limiti razılaşması çərçivəsində xx.xx.2022-ci il tarixli müraciətinə əsasən ona illik 14% faiz dərəcəsi olmaqla 27 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-886 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021 tarixli RBNPU-08463 saylı kredit müqaviləsi üzrə ayrılmış 30000 manat limitdən xx.xx.2022-ci il tarixli müraciətinə əsasən verilmiş 3500 manat kredit üzrə banka olan borcunun məbləği 1951,09 manat əsas borc, 130,39 manat faiz borcu, 575,14 manat cərimə olmaqla, cəmi 2656,62 manat təşkil edir. Qəbzin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvrericiliyin göstərilən müddəalarını, nəzərə alaraq qeyd edir ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021 tarixli RBNPU-08463 saylı kredit müqaviləsi üzrə ayrılmış 30000 manat limitdən xx.xx.2022-ci il tarixli müraciətinə əsasən verilmiş 3500 manat kredit üzrə 1951,09 manat əsas borc və 130,39 manat faiz borcu qalmışdır. Odur ki, həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, 575,14 manat dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan dəbbə pulu 75,14 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 81 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 47 manat dövlət rüsumunun 38,07 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 211,220, 227, 233, 284-1,284-5,284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021 tarixli RBNPU-08463 saylı kredit müqaviləsi üzrə ayrılmış 30000 manat limitdən xx.xx.2022-ci il tarixli müraciətinə əsasən verilmiş 3500 manat kredit üzrə 1951,09 manat əsas borc, 130,39 manat faiz borcu, 75,14 manat cərimə olmaqla, cəmi 2156,62 (iki min bir yüz əlli altı manat 62 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 38,07 (otuz səkkiz manat 7 qəpik) manat hissəsi tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar