Məhkəmə qərarları › İş №e-2(077)-144/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-144/2022

23.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-144/2022 23.06.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 1985 (bir min doqquz yüz səksən beş) manat maddi ziyan,100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı olmaqla,ümumilikdə 2085 (iki min səksən beş) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1660 saylı “X3” əsasında “Ravon Nexia R3 minik” markalı, **-PL- *** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AC984218 seriyalı,2017-ci il buraxılışlı, Ban: XWBTF69V9HA039508,ağ rəngli) avtomobil 48 ay müddətinə lizinqə verilmişdir. İddiaçı etibarnamə ilə idarə olunması üçün qeyd edilən avtomobili Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh avtomaşını idarə edərkən 19 dekabr 2021-ci il tarixdə, saat 15:15 radələrində Bakı şəhəri,Sabunçu rayonu ərazisində araməsafəsi qaydalarını pozmuş və xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP4776442 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir.Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir.Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 1985 manat tələb olunmuşdur. Göründüyü kimi X2 hərəkətləri nəticəsində avtomobilə 1985 manat zərər dəymişdir.Lakin cavabdeh yuxarıda qeyd olunan məbləğləri ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək,maddi ziyan dəymiş avtomobilin artıq təmir olunduğunu bildirdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki,avtomobilə dəymiş maddi ziyan onun törətdiyi qəza zamanı olmuşdur,lakin hazırda qeyd edilən məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin və cavabdehin izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan: - AC № 984218 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,2017-ci il buraxılışlı,ağ rəngli “Ravon Nexia R3 minik” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1660 saylı “X3”ndən görünür ki,lizinq verən "xxxx" MMC mülkiyyətindəki dəyəri 13800 manat olan “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə İddiaçı müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki,Cavabdeh “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən-xx.xx.2022-ci il tarixi daxil olmaqla yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli razılaşmadan görünür ki,tərəflər lizinq obyektinin yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə,məhv olduqda Lizinq Alan 24 saat müddətində lizinq obyektini sığortalan Sığorta şirkətini məlumatlandırmağı və qeyd edilən öhdəlik icra edilmədikdə sığorta hadisəsi nəticəsində İizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə lizinq alan tərəfindən lizinq verənə ödənilməsini razılaşdırmışlar. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki,İddiaçı “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh icarəyə vermişdir. - TP4776442 nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki,Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 15:15-də Sabunçu RPİ DYPŞ ərazisində “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “araməsafəsi qaydalarının pozulması” nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. - “RS” Avtoservisin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki,“Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1985 manat məbləğində ziyan dəymişdir. - “MilliÖn” Elektron ödəmə sistemi vasitəsilə ödənilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki,İddiaçı 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, "xxxx" MMC-nin mülkiyyətində olan "RAVON NEXİA R3 MiNiK" markalı,**-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı xx.xx.2017-ci il tarixli AL-1660 nömrəli X3nə əsasən əldə etmiş və xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən etibarnamə əsasında Cavabdeh vermişdir.Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 15:15 radələrində Sabunçu Rpi DYPş ərazisində araməsafəsi qaydalarını pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir.Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş,onun barəsində TP4776442 nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 40 manat məbləğində cərimə edilmişdir.Yol-nəqliyyat hadisəsi nəticəsində "RAVON NEXİA R3 MiNiK" markalı,**-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1985 manat məbləğində maddi ziyan dəymiş və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir.Hazırda İddiaçı avtomobilə dəymiş 1985 manat məbləğində maddi ziyanı və hüquqi yardıma görə ödəmiş olduğu 100 manat vəkil xərcini tələb edir. Məhkəmə hesab edir ki,Cavabdeh təqsirli hərəkəti nəticəsində "xxxx" MMC-nin mülkiyyətində olan "RAVON NEXİA R3 MiNiK" markalı,**-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1985 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən və həmin məbləğ İddiaçı tərəfindən ödənildiyindən iddia bu hissədə təmin edilərək 1985 manat məbləğində maddi ziyan Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ,100 manat hüquqi yardıma görə xidmət haqqı Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli,Cavabdeh 1985 manat maddi ziyan,100 manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı olmaqla,cəmi 2085 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1985 (bir min doqquz yüz səksən beş) manat maddi ziyan və 100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı olmaqla,cəmi 2085 (iki min səksən beş) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar