Məhkəmə qərarları › İş №e-2(077)-152/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-152/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-152/2025 20.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X17 Bəşərəddin oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh3 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 30.000 manat məbləğində borcun, vurulmuş ziyanın əvəzi kimi 10.704 manat məbləğində pulun, 213 manat ödənilmiş dövlət rüsumunun və vəkilə ödənilmiş xidmət haqqının əvəzi kimi 300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxartılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun dayısı oğlu, cavabdeh X1 Habil Sərhad oğlunun arvadı, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 isə onların övladlarıdır. Cavabdehlərlə çox yaxşı münasibətləri olmuş və qohumluqdan əlavə cavabdehlər Habil və Səyyarə 2021-ci ildə oğulları Rüstəm üçün onun qızına elçi getmişlər. Cavabdehlər bildirmişlər ki, oğulları Rüstəm Latviyada yaşayır, alver ilə məşgul olur və yaxşı pul qazanır, tezliklə Bakıya gələcək, burada ev alacaq və burada yaşamağa davam edəcək. Cavabdehlər yaxın qohumları ilə birlikdə nişan üzüyü taxmaq istəmişlər, lakin razı olmamış və bildirmişdir ki, ancaq oğlan gəldikdən sonra bu iş baş tuta bilər. 2022-ci ilin mart ayında Habil və Səyyarə oğulları Rüstəmin Azərbaycana nişan mərasimi üçün gəlmək istədiyini, lakin orada bəzi məsələləri həll etməsi üçün ona 50.000 manat pul lazım olduğunu bildirmiş, buna görə də həmin məbləği ondan borc alınması üçün müraciət edərək borc pul verməsini xahiş etmişlər. Onlar rəsmi iş yerlərinin olmadığını, onun isə belə imkanının olduğunu səbəb gətirərək bankdan 50.000 manat kreditə götürüb onlara verməsini və çox qısa müddətdə bütün məbləği (əsas borcu və hesablanmış faizləri) banka qaytaracaqlarını bildirmişdirlər. Cavabdehlərlə olan qohumluq, yaxın və etibarlı münasibəti nəzərə alaraq və səmimiliklərinə inanaraq borc verməyə razılıq vermişdir. Cavabdehlər isə almış olduqları pulu qısa müddətdə qaytaracaqlarına söz vermişdirlər. Bu səbəbdən də, xx.xx.2022-ci il tarixdə "xxxx" Bank ASC-dən 20.000 manat, "xxxx" ASC-dən isə 30.000 manat kredti götürərək cavabdehlərə təqdim etmişdir. Beləliklə, "xxxx" ASC-nin Azneft filialı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, illik 21 faiz dərəcəli, 36 ay müddətli, aylıq ödəməsi 1.130 manat olmaqla ona 30.000 manat nağd pul verilmişdir. Kreditin verilməsində zamin olaraq iş yoldaşı X20 iştirak etmişdir. Pul bankdan təhvil alınan zaman cavabdehlər Habil və Səyyarə orada olmuş, 30.000 manatı onlara təqdim edən zaman zamin X20 və digər iş yoldaşı X9 da iştirak etmişlər. Cavabdehlərlə etibarlı münasibətlərə əsaslanaraq verilmiş 50.000 manat pulun rəsmiləşdirilməsi, yəni müqavilənin bağlanması həyata keçirilməmişdir. Cavabdehlərə pulu verdikdən sonra vəd olunan vaxt gəlib çatmış, lakin borcun qaytarılması təmin olunmamışdır. Cavabdehlər borcun yaxın zamanlarda qaytaracaqlarını bildirmiş və bu səbəbdən səbirlə gözləmiş və pulu geri istəməmişlər. Lakin müddət uzanmış və cavabdehlər hər dəfə möhlət istəyərək pulu qaytarılmasını təmin etməmişlər. Aralarında olan razılığa əsasən cavabdehlər götürdükləri borcu bir ay ərzində qaytarmağı öhdələrinə götürmüşlər. Lakin həmin öhdəliyi pozmuşlar və həmin pulu hissə-hissə qaytarmağa başlamışlar. Belə ki, cavabdehlər borcun bir hissəsi aşağıdakı məbləğlərdə və tarixlərdə qaytarılmışdır:

1. xx.xx.2022 - EUR 4000 / AZN 7192 – Bank kartına köçürmə – Rüstəm

2. xx.xx.2022 – AZN 2288 – Bank kartına köçürmə – Xanlar

3. xx.xx.2022 - AZN 1632 - Bank kartına köçürmə – Xanlar

4. xx.xx.2022 – AZN 1970 - Bank kartına köçürmə – Xanlar

5. xx.xx.2022 – AZN 1478 - Bank kartına köçürmə – Çərkəz (Səyyarənin qardaşı)

6. xx.xx.2022 – AZN 1990 - Bank kartına köçürmə – Səyyarə və ya Xanlar

7. xx.xx.2022 – AZN 1990 - Bank kartına köçürmə – Səyyarə və ya Xanlar

8. xx.xx.2023 – AZN 882 - Bank kartına köçürmə – Səyyarə və ya Xanlar

9. xx.xx.2023 – AZN 1350 - Bank kartına köçürmə – Xanlar

10. xx.xx.2023 – AZN 1000 - Bank kartına köçürmə – Xanlar

11. xx.xx.2023 – AZN 1290 - Bank kartına köçürmə – Xanlar Beləliklə cavabdehlər götürdükləri borcun yalnız 23.062 manat hissəsini qaytarmışlar. Son ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir. Həmin vaxtdan sonra cavabdehlər borcu qaytarmaqdan imtina etmiş və edilmiş çoxsaylı müraciətlər hazırkı vaxtadək heç bir nəticə verməmişdir. 2023-cü ilin dekabr ayından artıq 1 ildən çox müddət keçmişdir və borcun qaytarılmasını gözləsə də, bu boşu-boşuna olmuşdur. Cavabdehlərin qaytardıqları borcun hesabına "xxxx" ASC-yə olan borc bağlanılmış, lakin "xxxx" ASCdən götürülən borc cavabdehlər tərəfindən qaytarılmadığı üçün məcbur olub həmin borcu özü bağlamışdır. Götürülən 30.000 manat borcla yanaşı banka əlavə olaraq hesablanmış 10.704 manat faizləri ödəmişdir. Əgər pul cavabdehlər tərəfindən vaxtında qaytarılsa idi, həmin faizlər də ödənilməzdir. Lakin cavabdehlər pulun qaytarılmasını gecikdirdikləri üçün, banka faizlər ödəməyi məcbur olmuş və cavabdehlərin bu hərəkətləri göründüyü kimi ona eyni zamanda ziyan vurulması ilə də nəticələnmişdir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında borc münasibətləri olmuş, cavabdehlər ondan 2022-ci ilin mart ayında götürdükləri borcdan 23.062 manatı qaytarmış və bu qaytarılmış məbləğin üzərinə tərəfindən müəyyən faiz borcu ödənilərək "xxxx" ASC-yə olan kredit borcu bağlanmışdır. "xxxx" ASC-dən götürülmüş kredit üzrə qalan 30.000 manatı və kredit müqaviləsi üzrə hesablanmış faizlər 10.074 manatı isə cavabdehlər tərəfndən iddiaçıya qaytarmamışlar. Aralarında borc münasibətləri və onların iradəsinin məzmunu müəyyən olunsa da, müqavilənin müvafiq forma tələbinə əməl olunmamışdır. Lakin, bu o demək deyil, cavabdehlərin bu halda hər hansı öhdəliyi yaranmamışdır. Aralarında bağlanılmış borc müqaviləsi qanunun tələbinə əməl olunmamaqla bağlanılsa da, cavabdehlərin həmin əqd üzrə pul almaları işin mübahisəsiz halıdır və bu da, onların həmin borcu qaytarmaq öhdəliyini yaradır. Digər tərəfdən cavabdehlər tərəfindən götürülən borcun bir hissəsinin qaytarılması, faktiki onu göstərir ki, cavabdehlər borc münasibətlərinin olmasını qəbul və təsdiq etmişlər. Cavabdehlər tərəfindən borcun bir hissəsinin qaytarılması, aralarında bağlanılmış müqavilənin etibarlı olmasını göstərir. Yəni, cavabdehlər arasında borc müqaviləsi şifahi qaydada bağlanılsa da, cavabdehlər tərəfindən borcun bir hissəsinin qaytarılması, həmin əqdin onlar tərəfindən təsdiq edilməsini göstərir və borc müqaviləsini etibarlı əqd formasına gətirir. Digər tərəfdən əqd cavabdehlər tərəfindən təsdiq edilmişdirsə, həmin əqd onlar tərəfindən artıq mübahisələndirilə bilməz. Bu səbəbdən cavabdehlərdən müştərək qaydada ödənilməmiş qalmış borcun əvəzi kimi 30.000 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehlərin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində ona 10.704 manat maddi ziyan da dəymişdir. Belə ki, cavabdehlər üçün götürülən və onlara borc qismində verilən pula görə iddiaçı məcburiyyət qarşısında qalaraq banka faizlər ödəmiş və nəticədə iddiaçıya ziyan dəymişdir. Bu səbəbdən cavabdehlərdən eyni zamanda vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə 10.704 manat məbləğində pul da tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı ilə qohumdurlar. İddiaçının qızı ilə nişanlanmaq istəyirdi. İddiaçı da onlara hədiyyə olaraq 20000 manat pul vermişdir. İddiaçı həmin pulu anasına vermis, anası isə ona göndərmişdir. İddiaçının qızı ilə münasibətləri pozulduğundan iddiaçı hədiyyə verdiyi 20000 manatı geri istəmiş, o da iddiaçıya 23000 manat qaytarmışdır. İddiaçıya pulları atası, qardaşı və özü göndərmişdir. İddiaçının qızına Latviyadan hədiyyə olaraq 8000 manat dəyərində qızıl əşya, ətirlər, kosmetika göndərmişdir. İddiaçının pulu kreditə götürdüyünü bilmirdi, sonradan öyrənmiş və 20000 manatın müqavilində 23062 manat qaytarmışdır. Pulu avro ilə göndərirdi. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı ilə qohumdurlar. X21 iddiaçının qızı ilə evləndirmək istəyirdi. İddiaçı pulu qızına cehiz almaq üçün vermişdi. Sonra uşaqların işləri alınmadı. Onlar da pulu artıqlaması ilə qaytarmışdırlar. İddiaçı pulu onun ərinə vermişdir. O özü pul verilən zaman bankın yanında gözləmişdir. Şahidlərin hamısı yalan danışır, onlarla heç bir əlaqəsi yoxdur. Şahidlər Elmanın qohumlarıdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında göstərmişdir ki, iddiaçı onun iş yoldaşı və dostudur. Elman "xxxx"dan 30000 manat kredit götürmüş, onun öhdəliyinə o da zamin durmuşdur. Elman həmin krediti dayısı oğlu Habilə vermək məqsədilə götürmüşdür. 30000 manatın böyük məbləğ olduğunu, necə etibar etdiyini soruşduqda, Elman Habilin doğma dayısı oğlu olduğuna görə etibar etdiyini bildirmişdir. Elman Bankdan 30000 manat pulu götürüb dərhal bankın binasında dayısı oğlunun yanında onun həyat yoldaşına vermişdir. Sonradan bilmişdir ki, Elman ilə Habil övladlarını evləndirmək istəyirlər, qohum olacaqlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, iddiaçı onun iş yoldaşıdır. İşdə bir yerdə olduqları vaxtı Elman bankdan pul götürəcəyini demiş, birlikdə getmələrini xahiş etmişdir. Elman onun yanında "xxxx"dan 30000 manat pul götürmüş və həmin pulu bir qadına vermişdir. İddiacı həmin qadının dayısı oğlu Habilin həyat yoldaşı olduğunu bildirmişdir. Qadın pulu götürdü və getdi. Sonradan eşitmişdir ki, pulu qaytarmırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, Cavabdeh1 oglu onun qardaşıdır. Evlərinin yanında qonşuluqda rəngsaz işləyir. Qardaşı Habil nahar etmək üçün onlara gəldikdə ona demişdir ki, iş görmək üçün Elmandan pul istəmiş və onun qızını oğluna almaq istədiyini bildirmişdir. Habil ona şəxsən demişdir ki, Elmandan 50000 manat pul götürüb. Habilidən pulu qaytara biləcəyini soruşduqda özünün və oğullarının işlədiyini bildirərək qaytaracağını demişdir. Habil hətta bir dəfə onun yanında oğluna görüntülü zəng edərək Elmanın verdiyi pulu istədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, Cavabdeh1 oglunun bacısıdır. Rüstəm qardaşı oğludur. Yeni il Bayramında Elman ailəsi ilə onlara gəlmiş və birlikdə Habilgilə getmişlər. Bayramdan sonra qardaşı Habil ona Elmanın qızını istədiklərini demişdir. Birlikdə Elmangilə el adəti ilə qız istəməyə elçiliyə getmişlər. Elman bildirmişdir ki, iş üzrə cavabdeh olan Rüstəmi uşaqlıqda görmüşdür. Hazırda oğlan xaricdə olduğundan qayıtdıqdan sonra bu məsələyə baxacaqlar. Daha sonra bilmişdir ki, onların aralarında uşaqlarının evləndirilməsi baş tutmamışdır. Elmangildən evlərinə qayıdanda Elman ona demişdir ki, qardaşı Habilə bankdan 50000 manat götürüb vermiş, lakin onlar pulu qaytarmırlar. Bu barədə Habilə dedikdə, Habil ona bildirdi ki, Elmandan 50 min manat pulu yoldaşı Səyyarəyə götürmüş, o, isə həmin pulu Rüstəmə göndərmişdir. Səyyarə bildirmişdir ki, Rüstəm kosmetika işi ilə məşğul olur, işi yaxşı getmədiyi üçün pulu qaytara bilmir. İşlər düzələn kimi pulu qaytaracaqdır. Onun əri dəfələrlə Rüstəmin dayısı Akifə pulun qaytarılması barədə bildirdik də, Akif bildirmişdir ki, Rüstəmgilə köməklik göstərəcək ki, Elmanın pulunu qaytarsınlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13i izahatında göstərmişdir ki, Cavabdeh1 oglunun bacısıdır. Bacısı Aygün onunla telefonda danışarkən bildirmişdir ki, qardaşı Habil Elmandan 50000 manat borc pul götürmüş və qaytarmamışdır. Bacısından əlavə Elman da ona bildirmişdir ki, qardaşı Habil ondan 50 min manat pul götürmüş, lakin qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərmişdir ki, Cavabdeh1 oglu onun əmisi oğlu və qaynıdır. Habil onlara gələrək Elmanın qızının oğluna almaq üçün onlara qonaq getməyi təklif etdi. Onlar taksi ilə Elmangilə getmişlər. X30 Bayramova bildirəndə ki, qızı niye vermədin? İddiaçı bildirmişdir ki, Habil ondan 50000 manat pul almış, lakin indiyə qədər qaytarmır. Aygün bu barədə Habilə dedikdə, o, bildirdi ki, uşaqların imkanı yaxşı deyil, işləri yaxşı getmir. Ona görə pulu hissə hissə qaytaracaqlar. Səyyarənin qardaşı Akif onun yaxın dostudur və o, Almaniyada yaşayır. O, telefon vasitəsi ilə Akif ilə əlaqə saxlayaraq Elman Bayranovun pulunun qaytarılmasında bacısına köməklik göstərilməsini bildirdikdə, Akif Rüstəmgilə köməklik göstərəciyini bildirmişdir. Lakin sonradan Akif onunla əlaqəni kəsərək dostluqlarını pomuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərmişdir ki, İddiaçı qaynıdır. Onun qıaının toyunda Habilgil Elmanın qızını görüb bəyənmişlər.Habilinin yoldaşı Səyyarə zəng edərək ondan İddiaçı qızının şəklini istəmiş və o da, bu barədə Elmanın yoldaşına demişdir.O, Polşada olanda Səyyarə ona zəng edərək bildirmişdir ki, onların nişan işi alınmamış və İddiaçı borca pul almışlar, lakin uşaqlarının işləri düzgün getmədiyindən pulu qaytara bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, İddiaçı onun yoldaşıdır. Rüstəm onun yoldaşının dayısı nəvəsidir. Rüstəm qızına telefonda demişdir ki, 50000 manat pul lazımdır.Əvvəl razı olmasa da, sonradan qızına görə yoldaşı Elmana bankdan pul götürülərək onlara verilməsini bildirmişdir.Bir nece dəfə Habilə pulu qaytarılması barədə demişdir.Habil isə işlərinin yaxşı getmədiyini və pulu hissə-hissə qaytaracağını bildirmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 739.1. (əvvəlki redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. (əvvəlki redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən əsaslıdır və təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İddiaçı cavabdehə 30000 manat borc pul verdiyini iddia edir. Məhkəmə hesab edir ki, bu halda birincisi, 30000 manat məbləğində pulun borc məqsədilə cavabdehə verilibverilməməsi, ikincisi borcun verilməsi sübuta yetirldiyi halda, borc müqaviləsinin qanuna uyğun bağlanıb-bağlanmaması akpektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, borc müqaviləsinin anlayışını verən MMnin 739.1-ci maddəsinin mənasından da göründüyü kimi, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüquqnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüquqnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana faktiki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər. Hazırkı mübahisədə də, iddiaçı pulun cavabdehə nağd qaydada verilməsini bildirir. Məhkəmə hesab edir ki, bu halda 30.000 manat məbləğində pulun cavabdehlərə verilməsini iddiaçı sübut etməlidir. 30000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən sübutlar (iş materiallarına əlavə edilmiş elektron poçt yazışmaları və şahid ifadələri) iddiaçı tərəfindən işə əlavə edilmişdir. Belə ki, iş materiallarında olan ödəniş cədvəllərinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqavilələri əsasında illik 14% olmaqla 13000 manat və 6900 manat məbləğində kredit verilmişdir. Kreditlər üzrə ödənilməli faiz məbləği müvafiq olaraq, 1980,01 manat və 1050,93 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC ilə borcalan İddiaçı və zamin X20 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/23011/85/1 saylı kredit sazişinin və ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 21,75% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə ödənilməli faiz məbləği 10.704,50 manat təşkil edir. İş materiallarında olan Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 “cinayət isinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh1 tərəfindən aldadılaraq pulunun ələ keçirməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xx.xx.2024-cü il tarixdə ünvanladığı müraciətinə əsasən, o, Cavabdeh1, onun arvadı Nəsibova Səyyarənin, oğulları Cavabdeh3 və Cavabdeh4 xahişi ilə bankdan öz adına ümumilikdə 50000 manat pulu götürərək onlara borca verdiyini, onların cəmi 23000 manat pulu qaytararaq qalan pulu bu günə gədər qaytarmadığını bildirmişdir. Eyni zamanda E.X7 başqa əri və oğullarının xarici ölkədə olduğunu bildirmişdir. Nəsibova Səyyarənin mobil telefonuna dəfələrlə zəng vurulsa da sonuncu zənglərə cavab verməmişdir. İddiaçı izahatında qeyd etdiyi xüsusatlar sırf mülki mübahisə xarakteri daşımaqla, mülki hüququn predmetini təşkil etdiyinə və həmin mübahisənin mülki mühakimə icraatı qaydasında həll olunmalı olmasına görə, müraciət üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd olunmuşdur. İddiaçı ilə Cavabdeh4 arasında “Whatsup” sosial şəbəkəsi üzərindən aparılmış yazışmaları tədqiq etdikdə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində danışıqlar aparılmış, həmin danışıqlarda ümumilikdə iki ayrı-ayrı məbləğlərdən ibarət pul vəsaitlərindən bəhs edilir. Onlardan birincisi, 20000 manat pul vəsaitidir ki, iddiaçı bildirir ki, həmin pul vəsaiti ondan alınmış borcdur. Danışıqların nəticəsində Cavabdeh4 tərəfindən xx.xx.2023-cü il tarixdə 1290 manat iddiaçının hesabına pul köçürülmüş, iddiaçının "xxxx" ASC-dən alıb cavabdehlərə verdiyi 20000 manat məbləğində kredit faizi ilə birlikdə banka ödənilmiş və borc bağlanmışdır. İkincisi, 50000 manat pul vəsaitidir ki, iddiaçı bildirir ki, həmin pul bankdan götürülmüş və cavabdehlərə verilmiş kreditdir. Həmin pul barədə tərəflər arasında danışıq belə olmuşdur: - xx.xx.2024-cü il tarixdə saat 19:29- İddiaçı Cavabdeh4 yazır: “Xanlar, hər gün, hər dəqiqə Sizdən pul gözləyirəm, niyə göndərmirsiz? Habilə deyin təcili pulu göndərsin. Bir insafınız, allahınız olsun!!” - xx.xx.2024-cü il tarixdə: saat 12:24- Cavabdeh4 da iddiaçıya aşağıdakı məzmunda cavab yazır: “elman salam, men dedim axi kecən dəfə ki pul hələki yoxdu, ordan anama, ordan dayıma. İnnən sonra 1 qəpiy pul göndərmiyəcəm. Vse. İndi get kimə isdiyirsən yaz, kimə isdiyirsən zəng elə.” saat 12:26- İddiaçı: “sən bilirsən mən nə vəziyyətdəyəm?” saat 12:27- Cavabdeh4: “adama sozu neqeder deyelleer e, kecen defe adam kimi dedim ki yoxdu pul kisi qalib duzun ortasinda dedim gelen aydan ödüyecem.” saat 12:28- İddiaçı: “Xanlar bu idi menim size etdiyim yaxşılığın sonu?” saat 12:29-30: Cavabdeh4: “hə budu yaxşılığın sonudu, mən sənə dedim ödəmirəm o vaxt? Hardan tapaq pulumen sene dedim orda camaatın bas beynin xarab elme.anama yazirsan hele xanlarda yazirsan guya bilmirsen anamin nomresidi? uwag yerine qoymusan bizi? Bes mən ne edim her ay ödənilməlidir zəng zəng dalınca edirler, başıma İneler gəlib men kecen defe dedim anama zeng eliyib yazib orda dayıma ordan nebilim bawqasina yazib elesen pul vermiyecem demişdim? get gorum indi sene kim pul verecek”. Saat 12:38-39: Cavabdeh4: “gelen aydan verecem oda anam deyir deye yoxsa and ola yoxsa 1 qepiy vermerem sene. birde anama dayima nese desen ya bir neger birde bir sey yazsalar 1 qəpiy pul göndersəm mennen şerefsiz adam yoxdu. Martdan verecem pulu. Martın 20-si zadı gönderecem” xx.xx.2024-xx.xx.2024 tarixləri İddiaçı Cavabdeh4 kreditin vaxtının çatdığını xatırldır və heç olmasa aylıq pulu göndərməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə: saat 23:37: Cavabdeh4: “hardan çıxarım puluuuu? Hardan çıxarım?” saat 23:49: Cavabdeh4: “kömey elyerem 6-7 min. Onnan artıq 1 qəpiy veren deyilem... bunnan artıq gözleme.” saat 23:53: İddiaçı: “mən sizə 50000 vermişdim.” saat 23:53: Cavabdeh4: “razısan ya yox?” saat 23:54: İddiaçı: “bir bankdan 30000, 2-ci bankdan 20000. Siz verdiyinizlə 20000 olanı bağladınız.” saat 23:56: Cavabdeh4: “razısan ya yox?” saat 23:56: İddiaçı: “mən bu pulları birbaşa atana və anana vermişəm.” saat 23:77: Cavabdeh4: “birdə soruşuram. Birdə soruşmuyucam. 6-7 verecem daha yoxdu.” xx.xx.2024-cü il tarixdə: saat 00:07: İddiaçı: “dediyin 7 mini göndər təcili.” saat 00:07: Cavabdeh4: “onnan artıq 1 qəpik məndən gözdəmə.” saat 00:07: İddiaçı: “niyə məndən aldığınız pulu gözləməyim?” saat 00:18: Cavabdeh4: “bizim sene borcumuz yoxdu yaxsi oxu ne yazilib burda? ELMAN NAĞİYEV get borcuvu öde” Göründüyü kimi, İddiaçı ilə Cavabdeh4 arasında “Whatsup” sosial şəbəkəsi üzərindən gedən yazışmalardan iddiaçının "xxxx" ASC-dən 20000 manat məbləğində, "xxxx" ASC-dən isə 30000 manat məbləğində kredit götürərək, cəmi 50000 manat məbləğində pul vəsaitini cavabdehlərə verməsi, cavabdehlər tərəfindən həmin məbləğdən bank faizi ilə birlikdə 23.062 manat hissəsinin qaytarılması, nəticə də, "xxxx" ASC-dən 20000 manat məbləğində borcun həmin vəsait hesabına bağlanması, "xxxx" ASC-yə olan 30000 manat məbləğində kreditin isə cavabdehlərə edilmiş çoxsaylı müraciətlərə baxmayaraq, onlar tərəfindən iddiaçıya qaytarılmaması, nəticədə həmin borcun 10704 manat faiz məbləği ilə birlikdə iddiaçının özü tərəfindən bağlanması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər X8 və Cavabdeh3 iddiaçı tərəfindən onlara yalnız 20000 manat məbləğində pul vəsaitinin verilməsini, həm də, hədiyyə olaraq, cehiz alınması üçün verildiyini, borc qismində verilmədiyini bildirsələr də, bu halı təsdiq edəcək sübutları təqdim etməmişdirlər. Məhkəmə qeyd edir ki, sözügedən həcmdə pul vəsaitinin borc qismində iddiaçı tərəfindən cavabdehlərə verilməsi həm də şahid ifadələri əsasında öz təsdiqini tapır. Beləliklə, məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, iddiaçı müxtəlif banklardan 20000 manat və 30000 manat olmaqla, cəmi 50000 manat məbləğində pulu götürüb cavabdehlərə borc məqsədi ilə fiziki olaraq nağd qaydada verməklə pula olan mülkiyyət hüququnu cavabdehlərə faktiki olaraq keçirmiş, 20000 manat məbləğində borc faizi ilə birlikdə cavabdehlər tərəfindən qaytarılsa da, 30000 manat pul ödənilməmiş qalmışdır. 30000 manat məbləğində pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar. Əqdin yazılı formasına əməl edilməmə o halda etibarsızlığa səbəb olur ki, belə forma tələbi ya qanunda, ya da tərəflərin özlərinin razılaşmasında nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 740-cı maddəsində də borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin maddədə borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin şərh edilən hallarıdan da göründüyü kimi, 30000 manat məbləğində pul borc məqsədilə cavabdehlərə verilmişdir. Başqa sözlə, 30000 manat məbləğində pulun cavabdehlərə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 740-cı maddəsinin məzmunundan da göründyü kimi, borcun məbləği 3000 manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 50000 manat (qismən ödəmədən sonra qalıq 30000 manat) məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqavələsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsində əhəmiyyətsiz və mübahisələndirilən olmaqla əqdlərin iki növü göstərilmişdir. Aralarındakı əsas fərq isə ondan ibarətdir ki, mübahisələndirilən əqdlər bağlandıqdan sonra onlar barəsində mübahisə irəli sürülənə qədər etibarlı görünsələr də, əhəmiyyətsiz əqdlər bağlandıqları andan etibarsız olur və elə ilk andan heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmur. İddiaçı tərəfindən verilmiş pula dair müqavilə də əhəmiyyətsiz əqddir, tərəflər arasında həmin müqavilənin yazılı forma tələbinə əməl edilməmişdir. Lakin məhkəmə qeyd edir ki, borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur. Əhəmiyyətsiz əqdlər üzrə əldə edilənlərin geri qaytarılması ilə ilə bağlı AR Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında formaladırdığı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hazırkı mübahisə üzrə belə qənaətə gəlir ki, iddiaçının cavabdehlərə verdiyi və sonradan müəyyən ödəmələr aparıldıqdan sonra hazırda qalıq qalan 30000 manat məblığində pul vəsaitinə münasibətdə cavabdehlər heç bir hüquqi əsas olmadan varlanmışdır. Pulun verilməsinin hüquqi əsas yaratmaması ilə bağlı əsaslar isə yuxarıda ətraflı şərh edilmişdir. Odur ki, iddiaçı cavabdehlərdən verdiyi puldan 30000 manatının geri qaytarılmasını tələb etməkdə haqlıdır. Tərəflər arasındakı etibarsız əqdin nəticəsinin tələb edilməsi müddəti ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında pulun qaytarılması ilə bağlı konkret müddətin olması məhkəmə araşdırması zamanı müəyyən olunmasa da, İddiaçı ilə Cavabdeh4 arasında arasındakı e-poçt yazışmalarından bəlli olur ki, borcun qaytarılmalı ilə bağlı 2023-cü ilin noyabr-2024-cü ilin iyul ayları arasında danışıqlar aparılmış, Cavabdeh4 “bizim sene borcumuz yoxdu yaxsi oxu ne yazilib burda? ELMAN NAĞİYEV get borcuvu öde” mesajının göndərildiyi xx.xx.2024-cü il tarixdən isə iddiaçının həmin borcun qaytarılması, daha dəqiqi isə, cavabdehlərdən əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması ilə bağlı iddia irəli sürmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 30000 manat məbləğində borc verilməsi, lakin borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməsi nəticəsində həmin əqdin əhəmiyyətysiz əqd olmaqla, bağlandığı andan etibarsız əqd olması məhkəmə baxışı zamanı araşdırılmış sübutlar, tərəflərin ifadələri və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi 30000 manat borcun ödənilməsi hissəsində təmin edilməli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehlər etibarsız əqd əsasında aldıqları 30000 manat məbləğində pulu iddiaçıya qaytarmalıdırlar. Məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş ziyanın əvəzi kimi 10.704 manat məbləğində pulun tələb edilməsi hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması мülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən зərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən дelikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin qeyd edilən hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının bankdan kredit götürüb onlara verdiyi və qaytarmalı olduqları 30000 manatı və ona hesablanmış 10704 manat faiz məbləğini qaytarmadıqlarından, həmin məbləğ də iddiaçı tərəfindən banka ödənildiyinə görə, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 10704 manat məbləğində ziyandəyməsi təsdiq olunur və cavabdehlər həmin məbləği ödəməyə borcludurlar. xx.xx.2025-ci il tarixliı qəbzdən görünür ki, 189 saylı müqavilə üzrə hüquqi yardım göstərilməsi iddiaçı tərəfindən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 300 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ, 300 manat hüquqi yardıma görə xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 214 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 214 manat dövlət rüsumu da cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 30.000 (otuz min) manat borc, vurulmuş ziyanın əvəzi kimi 10.704 (on min yeddi yüz dörd) manat, 213 (iki yüz on üç) manat ödənilmiş dövlət rüsumunun və 300 (üç yüz) manat vəkilə ödənilmiş xidmət haqqının əvəzi alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar