Məhkəmə qərarları › İş №e-2(077)-158/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-158/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-158/2022 29.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2599,97 (iki min beş yüz doxsan doqquz manat doxsan yeddi qəpik) manat əsas borcun və 46,40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" KB ASC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4003tkNFT/14 saylı kredit xətti və bank hesabı müqaviləsinə bank borcluya 84 ay müddətinə 3000 manat məbləğində kredit limiti ayırmış,ona bank hesabı açmış və plastik kart təqdim etmişdir.Müqavilə çərçivəsində X3 illik 28% ödəmək şərti ilə 2600 manat məbləğində kredit verilmişdir. X5 xx.xx.2015-ci il tarixdə ölmüşdür.Bundan sonra ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 45 saylı Notariat ofisinə məktubla müraciət olunmuş və X2 vəfat etməsi ilə əlaqədar vərəsələr Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi müəyyən edilmişdir.Bu isə X2 hüquqi varisi kimi Cavabdeh2 və Cavabdeh1 müəyyən olunması anlamına gəlir.Hazırda cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-yə 2599,97 manat məbləğində borcu yaranmışdır.Hazırda cavabdehlər-vərəslər Cavabdeh2 və Cavabdeh1 mərhum X2 vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi,eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar.Bu da bankın cavabdehlərdən borclunun keditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Məhkəmə iclasında çıxış edən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək,Cavabdeh1 azyaşlı olması ilə əlaqədar cavabdehlər siyahısından çıxarılmasına etiraz etmədiyini və iddia tələbinin qalan hissədə təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməmiş,həmçinin iş üzrə iddia müddəti bitdiyi üçün icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə ərizənin təmin olunmamasını xahiş edərək bildirdi ki,kredit müqaviləsi 84 ay müddətinə,yəni xx.xx.2021-ci il tarixədək bağlanmışdır.Müqavilədə qeyd olunan 60 ay kredit xətti və 24 ay kredit cavabdehin 60 ay ərzində borcunu kredit xətti ilə qaytarmadığı halda qalan borcun növbəti 24 ay ərzində illik faiz dərəcəsi ilə qaytarılmasını nəzərdə tutur. Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib,işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki,iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - "xxxx" KB ASC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4003tkNFT/14 saylı kredit xətti və bank hesabı müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 84 ay müddətinə (60 ay kredit xətti,24 ay kredit) illik 28% hesablanmaqla 2600 manat məbləğində kredit verilmişdir. - ünvan ünvanladığı xx.xx.2022-ci il tarixli 66 nömrəli məktubun surətindən görünür ki,xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2016-cı il tarixli şəhadətnamənin surətindən görünür ki,xx.xx.2015-ci il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh2 və Cavabdeh1 miras əmlakdan:Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 07-02-69 nömrəli məktuba əsasən 11000 manat sığorta ödənişindən,AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AB830687 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2012 olan “KİA Optima minik” markalı ** VN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən,AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AB580416 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2007 olan “MİTSUBİSHİ PAJERO minik ” markalı ** BK *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ½ hissədə pay almışlar - "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli UB-BANK/PİKMD/1023288 saylı maliyyə arayışından görünür ki, X2 xx.xx.2014-cü il tarixli 4003tkNFT/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində iddiaçı "xxxx" KB ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 2599,97 manat təşkil edir. - X6 ödənilmiş xx.xx.2022-ci il tarixli ********* nörməli mədaxil qəbzinin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 46,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, "xxxx" KB ASC ilə X5 arasında xx.xx.2014-cü il tarixli 4003tkNFT/14 saylı kredit xətti və bank hesabı müqaviləsi bağlanmış və müqaviləyə əsasən X3 84 ay müddətinə illik 28% hesablanmaqla 2600 mana məbləğində kredit verilmişdir.Müqavilə bağlandıqdan sonra X5 xx.xx.2015-ci il tarixdə ölmüşdür.Onun qanun üzrə vərəsələri arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 müəyyən olunmuşdur.X1 miras əmlaklarından ½ hissədə pay almışlar. Məhkəmə borcun Cavabdeh1 tutulması hissəsində qeyd etməyi zəruri hesab edir ki,Elektron Məhkəmə Sisteminin çıxarışı ilə Cavabdeh1 xx.xx.2011-ci il tarixdə doğulduğu,yəni prosessual şəxs olmadığı müəyyən olunduğundan və iddiaçı "xxxx" KB ASC ona qarşı iddia tələbini onun valideyninə,qanuni nümayəndəsinə,himayəçisinə və ya qəyyumuna qarşı qaldırmadığından iddia tələbi bu hissədə rədd edilməli və Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmalıdır. Məhkəmə Cavabdeh2 xx.xx.2022-ci il tarixinə yaranmış 2599,97 manat məbləğindən borcun tutulması hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki,qanunvericiliyin tələbinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə ödəməli olduğundan və vərəsə Cavabdeh2 xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum Cavabdeh1 miras əmlakından ½ hissədə pay aldığından ondan hesablanmış 2599,97 manat məbləğində borcun ½ hissəsi,yəni 1299,98 manat məbləğində borc tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə iddia müddətinin ötürülməsi barədə ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki,tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4003tkNFT/14 saylı kredit xətti və bank hesabı müqaviləsi 84 ay müddətinə,yəni xx.xx.2021-ci il tarixədək imzalandığından iş üzrə iddia müddəti ötürülməmiş,ona görə də,ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyidən cavabdehdən 23,20 manat dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh2 1299,98 manat məbləğində borc və ödənilmiş 23,20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1299,98 (bir min iki yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) manat əsas borc və 23,20 (iyirmi üç manat iyirmi qəpik) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar