Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-173/2023 28.09.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, GTKR2498918A118 saylı kredit kartına dair müqaviləyə əsasən 5432,40 manat əsas borc, 1556,72 manat faiz borcu olmaqla, cəmi 6989,12 manat borcun, xx.xx.2022-ci il tarixli, RGTK5871509A114 saylı kredit müqaviləsinə əsasən 881,42 manat əsas borc, 147,36 manat faiz borcu olmaqla, cəmi 1028,78 manat borcun və 100,18 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR2498918A118 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 24,21 faiz dərəcəsi ilə 9200 manat məbləğində, xx.xx.2022-ci il tarixli, RGTK5871509A114 saylı kredit müqaviləsinə əsasən ona gündəlik tələbat məqsədi ilə 15 ay müddətinə illik 21,62 faiz dərəcəsi ilə 1270,26 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASCyə xx.xx.2020-ci il tarixli, GTKR2498918A118 saylı kredit kartına dair müqaviləyə əsasən 5432,40 manat əsas borc, 1556,72 manat faiz borcu olmaqla, cəmi 6989,12 manat borcun, xx.xx.2022-ci il tarixli, RGTK5871509A114 saylı kredit müqaviləsinə əsasən 881,42 manat əsas borc, 147,36 manat faiz borcu olmaqla, cəmi 1028,78 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan, təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, borcu ödəməkdən imtina etmir, lakin maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilməmişdir. Odur ki, iddia tələbinin ekspert rəyi ilə müəyyən olunmuş məbləğdə təmin olunmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR2498918A118 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana istehlak məqsədi ilə 48 ay müddətinə illik 24,21 faiz dərəcəsi ilə 9200 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK5871509A114 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana gündəlik tələbat məqsədi ilə 15 ay müddətinə illik 21,62 faiz dərəcəsi ilə 1270,26 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2020-ci il tarixli, GTKR2498918A118 saylı kredit müqaviləsinə əsasən 5432,40 manat əsas borc, 1556,72 manat faiz borcu olmaqla, cəmi 6989,12 manat borcu, xx.xx.2022-ci il tarixli, RGTK5871509A114 saylı kredit müqaviləsinə əsasən 881,42 manat əsas borc, 147,36 manat faiz borcu olmaqla, cəmi 1028,78 manat borcu vardır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR2498918A118 saylı və xx.xx.2022-ci il tarixli, RGTK5871509A114 saylı kredit müqavilələrinə əsasən aparılan ödənişlər nəzərə alınmaqla cavabdehin iddiaçıya olan əsas və faiz borcunun müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/4286/2023 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, GTKR2498918A118 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh xx.xx.2023-cü il tarixinə (iddia ərizəsinin verildiyi tarixə) İddiaçı ASC olan borcunun 5306,52 manat əsas borc və 1491,57 manat faiz borcu olmaqla, cəmi 6798,09 manat olduğu, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, RGTK5871509A114 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh xx.xx.2023-cü il tarixinə (iddia ərizəsinin verildiyi tarixə) İddiaçı ASC olan borcunun 871,77 manat əsas borc və 57,63 manat faiz borcu olmaqla, cəmi 929,40 manat olduğu müəyyən edilmişdir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 100,18 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır. Buna görə də, xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/4286/2023 saylı ekspert rəyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli, GTKR2498918A118 saylı kredit kartına dair müqaviləyə əsasən 5306,52 manat əsas borc və 1491,57 manat faiz borcu olmaqla, cəmi 6798,09 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, RGTK5871509A114 saylı kredit müqaviləsinə əsasən 871,77 manat əsas borc, 57,63 manat faiz borcu olmaqla, cəmi 929,40 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/4286/2023 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təxminən 96 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 100,18 manat dövlət rüsumunun 96,20 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərinin 96 manat hissəsi cavabdehdən, 4 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, GTKR2498918A118 saylı kredit kartına dair müqaviləyə əsasən 5306,52 manat əsas borc və 1491,57 manat faiz borcu olmaqla, cəmi 6798,09 (altı min yeddi yüz doxsan səkkiz manat 09 qəpik) manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, RGTK5871509A114 saylı kredit müqaviləsinə əsasən 871,77 manat əsas borc, 57,63 manat faiz borcu olmaqla, cəmi 929,40 (doqquz yüz iyirmi doqquz manat 40 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 96,20 (doxsan altı manat 20 qəpik) manat hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 96 (doxsan altı) manat hissəsi Cavabdeh, 4 (dörd) manat hissəsi İddiaçı ASC-dən tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-173/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-173/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver