Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-187/2024 30.05.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 34000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin iyun ayında Cavabdeh avtomobil və avtomobillər üçün mühərrik yağı gətirib şərikli biznes qurmaq adı ilə müxtəlif vaxtlarda 120000 manat pul vermişdir. Lakin cavabdeh verdiyi vədləri yerinə yetirməmişr.Ondan pulu tələb edən zaman müxtəlif bəhanələr gətirərək 120000 manat borc pulu ona qaytarmamışdır. Buna görə Yasamal rayon Polis şöbəsinə müraciət etmiş, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-də təhqiqat araşdırması aparılan zaman məlum olmuşdur ki, İddiaçı sonuncu dəfə 1700 manat pul vəsaitini Binəqədi rayonu ərazisində yerləşən"Tərgül” ticarət mərkəzindəki ödəmə terminalı vasitəsilə Elvüsal Sirinovun hesabina köçürdüyündən toplanmış marerial ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nə göndərilmişdir. Binəqədi RPİ-də aparılmış araşdırmanın mülki xarakterli olduğundan məhkəməyə müracaciət etməsi bildirilmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 Cavabdeh iddianın etiraf edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim edərək, verdiyi izahatında göstərmişdir ki, nümayəndəsi olduğu şəxs Cavabdeh onun oğludur. Oğlu tərəfindən iddiaçının bank kartına tələb olunan 35000 manat məbləğindən xx.xx.2024-cü il tarixində 500 manat və xx.xx.2024-cü il tarixində 500 manat olmaqla cəmi 1000 manat ödəniş edilmişdir. Qalan məbləği də hissə-hissə ödəyəcəkdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi F.Şirəliyevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı 2022-ci ilin may ayında müxtəlif instansiyalara ərizə ilə müraciət edərək göstərmişdir ki, 2022-ci ilin iyun ayında tanıdığı, Bakı şəhəri, Yasamal ayonu M.Xiyabani küçəsidə yerləşən “058” adlı yağdəyişmə servisində işləyən Cavabdeh və atası Ramizlə avtomobil və avtomobillər üçün mühərrik yağı gətirib şərikli biznes qurmaq adı ilə müxtəlif vaxtlarda, xx.xx.2022-ci il tarixdə metronun "İnşaatçılar” stansiyasının yaxınlığında on gün müddətinə 4000 manat qazanc götürəcəyi adı ilə 6000 manat, xx.xx.2023-cü il tarixdə Əcəmi Naxçıvani küçəsində 25000 manat, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisəndə adını unutduğu kafedə 37000 manat, təxminən 20 gün sonra Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən "058” adlı yağdəyişmə servisində 52000 manat, təxminən 20-25 gün sonra ünvanı xatırlamadığı yerdə 37000 manat, xx.xx.2022-ci il tarixdə isə Elvüsalın "Yelobank” kartına xx.xx.2022-ci il tarixdə 1700 manat, cəmi Elvüsala 122000 manat pul vermişdir. Vüsal Məmmədov pulunun alınıb qaytarılmasında ona köməklik göstərilməsini və Cavabdeh barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2018-ci ildə avtomobilinin yağını dəyişmək üçün "058” adlı yağdəyişmə servisinə gələn İddiaçı ilə tanış olmuş, onun avtomobilinə lazımi xidmət göstərmiş, o vaxtdan Vüsal onun işlədiyi sexə mütəmadi olaraq gəldiyindən yaxın münasibətləri yaranmış, o birinci dəfə sələmə Vüsaldan 6000 manat götürüb əlavə 3000 manat qaytarmış, bunu görən Vüsal daha da həvəslənərək müxtəlif vaxtlarda ona bir dəfə 30000 manat, bir dəfə 25000 manat, bir dəfə 35000 manat və bir dəfə də 25000 manat, cəmi 121000 manat pul vermiş, o da həmin pulların müvabilində Vüsala ayrı-ayrı vaxtlarda hissəhissə 86000 manatını qaytarmış, Vüsala 35000 manat borcu qalmışdır. Toplanmış material üzrə hər-hansı bir cinayət tərkibi əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6 və 14.2.8-ci maddələrinin tələbinə görə başqa şəxsə zərər vurulması, fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, mülki işin məhkəmədə araşdırılmış halları və tərəflərin izahatları ilə Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr ərzində cəmi 120000 manat pul alması, həmin məbləğdən 34000 manatını qaytarmaması təsdiq olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı və həmin məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 34000 (otuz dörd min) manat məbləğində pul və 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(077)-187/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-187/2024
30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver