Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-190/2025 16.10.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, X2 iclas katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cəfərova (Ağalarova) İnnara Telman qızına, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cəfərova (Ağalarova) İnnara Telman qızından, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 12/0028/DİK saylı kredit müqaviləsinə əsasən 14.893,53 manat əsas borc, 14.435,26 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 405,72 manat faiz borcu olmaqla, cəmi 29.734,51 manat məbləğində borcun və 179,20 manat məbləğində dövlət rüsumunun tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cəfərova (Ağalarova) İnnara Telman qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 12/0028/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 18129 AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zaminlər kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-C-21-2963 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. xx.xx.2025-cü il tarixə Cəfərova (Ağalarova) İnnara Telman qızının kredit üzrə borcu 14.893,53 manat əsas borc, 14.435,26 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 405,72 manat faiz borcu olmaqla, cəmi 29,734,51 manat təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan, təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. cavabdeh Cəfərova (Ağalarova) İnnara onun qızı, Cavabdeh1 isə yeznəsidir. Krediti qızı götürmüşdür. Bank vaxt versə, borcu ödəyərlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. Cəfərova (Ağalarova) İnnara Telman qızı baldızı, Cavabdeh2 isə qaynanasıdır. Krediti baldızı götürmüşdür. Cavabdeh Cəfərova (Ağalarova) İnnara Telman qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Cəfərova (Ağalarova) İnnara Telman qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izahatlarını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cəfərova (Ağalarova) İnnara Telman qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 12/0028/DİK saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 60 ay müddətinə illik 22% dərəcəsi ilə 18129 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, cavabdeh Cəfərova (Ağalarova) İnnara Telman qızı imza etməklə 18129 manat məbləğində pul vəsaitini bankdan almışdır. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 12/0028/DİK saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdürlər. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Cəfərova (Ağalarova) İnnara Telman qızının banka xx.xx.2019-cu il tarixli, 12/0028/DİK saylı kredit müqaviləsinə əsasən 14.893,53 manat əsas borc, 14.435,26 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 405,72 manat faiz borcu olmaqla, cəmi 29.734,51 manat borcu vardır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında İddiaçı ASC ilə Cəfərova (Ağalarova) İnnara Telman qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 12/0028/DİK saylı kredit müqaviləsinə əsasən borcalan tərəfindən ödənilən məbləğlərin silinmələrinin düzgün aparılıb-aparılmamasının, aparılan ödənişlər nəzərə alınmaqla cavabdehin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan əsas, faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz borcunun məbləğləri müəyyən edilməsi sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3036 saylı ekspert rəyinə əsasən, "xxxx" ASC ilə Cəfərova (Ağalarova) İnnara Telman qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 12/0028/DİK saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu ümumilikdə 31.434,74 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2025-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə): əsas borc üzrə 17.311,17 manat; faiz borcu üzrə 13.652,32 manat; İllik 5% dərəcəsi ilə hesablanmaqla əldən çıxmış fayda borcu 471,25 manat. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 179,20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, sadalanan qanunvericilik aktlarına və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Cəfərova (Ağalarova) İnnara Telman qızı arasında kredit müqaviləsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında isə zaminlik müqaviləsi bağlanmasına baxmayaraq, cavabdehlər həmin müqavilələr ilə üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdirlər. İddiaçı ilə aralarında bağlanmış müqavilələrə əsasən cavabdehlər üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən və yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cəfərova (Ağalarova) İnnara Telman qızından, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 12/0028/DİK saylı kredit müqaviləsinə əsasən 14.893,53 manat əsas borc, 14.435,26 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 405,72 manat faiz borcu olmaqla, cəmi 29.734,51 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2025-ci il tarixli, 9/3036 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 179,20 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cəfərova (Ağalarova) İnnara Telman qızından, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 12/0028/DİK saylı kredit müqaviləsi üzrə 14.893,53 manat əsas borc, 14.435,26 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 405,72 manat faiz borcu olmaqla, cəmi 29.734,51 (iyirmi doqquz min yeddi yüz otuz dörd manat 51 qəpik) manat məbləğində borc və 179,20 (bir yüz yetmiş doqquz manat 20 qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cəfərova (Ağalarova) İnnara Telman qızından, Cavabdeh2 və Cavabdeh1 tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-190/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-190/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver