Məhkəmə qərarları › İş №e-2(077)-192/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-192/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-192/2022 07.07.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3,Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3,Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq,bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007R********** saylı kredit razılaşmasının ləğv edilməsi,cavabdehlər Cavabdeh3,Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2491,65 (iki min dörd yüz doxsan bir manat altmış beş qəpik) manat məbləğində əsas borc,45,55 (qırx beş manat əlli beş qəpik) manat məbləğində faiz borcu,1719,18 (bir min yeddi yüz on doqquz manat on səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 4256,38 (dörd min iki yüz əlli altı manat otuz səkkiz qəpik) manat borc və ödənilmiş 62,57 (altmış iki manat əlli yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 007L**********31 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank cavabdehə 120 ay müddətinə,yəni xx.xx.2025-ci il tarixinədək bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana ******* ABŞ dolları məbləğində kredit xəttini açmış və kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üzrə razılaşma” formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcəkdir.Uzunmüddətli kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında 14 sentyabr 2015-ci il tarixli 007S**********01 saylı və Cavabdeh2 arasında 11 mart 2015-ci il tarixli 007S**********03 saylı zaminlik müqavilələri imzalanmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 007R********** saylı krеdit razılaşması əsasında 60 ay müddətinə,aylıq faiz dərəcəsi 0.0833% оlmaqla,ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2700,50 manat məbləğində krеdit götürmüşdür.Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır.Cavabdeh3 götürdüyü krеdit bоrcundan 208,85 manat ödəmiş,onun 2491,65 manat məbləğində kredit borcu qalmışdır.Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır.Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 663 gün üçün hesablanmış faiz borcu 45,55 manat təşkil edir.Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində,lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməli olduğundan,xx.xx.2022-ci il tarixə 663 gün üçün hеsablanmış cərimə 1719,18 manat təşkil edir.Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3,Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3,Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri,sübutları,işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - xx.xx.2015-ci il tarixli 007L**********31 saylı uzunmüddətli kredit müqaviləsindən müəyyən edilir ki,İddiaçı QSC Cavabdeh3 120 ay müddətinə,yəni xx.xx.2025-ci il tarixinədək bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün ******* ABŞ dolları məbləğində kredit xətti açmış və kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üzrə razılaşma” formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləməsi razılaşdırılmışdır. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2015-ci il tarixli 007S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında Cavabdeh3 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2015-ci il tarixli 007S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında Cavabdeh3 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli 5750 saylı maliyyə arayışından görünür ki,Cavabdeh3 xx.xx.2019-cu il tarixli 007R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 2491,65 manat əsas,45,55 manat faiz və 1719,18 manat cərimə borcu olmaqla,ümumilikdə 4256,38 manat təşkil edir. - İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli 7071 saylı maliyyə arayışından görünür ki,Cavabdeh3 xx.xx.2019-cu il tarixli 007R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 1591,65 manat əsas,47,62 manat faiz və 1760,02 manat cərimə borcu olmaqla,ümumilikdə 3399,29 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki,kredit müqaviləsi üzrə hesablanmış 1760,02 manat cərimənin məbləği azaldılmalı və 17 manat olaraq müəyyən edilməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki,iddia qismən təmin edilməli,İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007R********** saylı kredit razılaşması ləğv edilməli, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh2 və Cavabdeh1,Cavabdeh3 ilə birlikdə İddiaçı QSC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından,Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli 007R********** saylı kredit razılaşması üzrə 1591,65 manat kredit borcu,45,55 manat faiz borcu və 17 manat cərimə borcu olmaqla, ümumilikdə 1654,20 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı QSC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 62,57 manat dövlət rüsumunun 50 manat məbləğindəki hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh3,Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1591,65 (bir min beş yüz doxsan bir manat altmış beş qəpik) manat məbləğində əsas borc,45,55 (qırx beş manat əlli beş qəpik) manat məbləğində faiz borcu,17 (on yeddi) manat məbləğində cərimə borcu olmaqla,cəmi 1654,20 (bir min altı yüz əlli dörd manat iyirmi qəpik) manat borc və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar