Məhkəmə qərarları › İş №e-2(077)-195/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-195/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-195/2022 04.08.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc tələbi»nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borc tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 5024,23 (beş min iyirmi dörd manat iyirmi üç qəpik) manat əsas borc,741,73 (yeddi yüz qırx bir manat yetmiş üç qəpik) manat faiz borcu olmaqla 5765,96 (beş min yeddi yüz altmış beş manat doxsan altı qəpik) manat borcun və 78,06 (yetmiş səkkiz manat altı qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 800804-271769/1 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə şəxsi istehlak məqsədi üçün 30 ay müddətinə illik 20,5% hesablanmaqla 5300 manat məbləğində kredit vermişdir.Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixinə 5024,23 manat əsas kredit borcu və 741,73 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla,cəmi 5765,96 manat borcu qalmaqdadır. İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirak olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri,sübutları,işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 800804- 271769/1 saylı kredit müqaviləsindən görünür ki,cavabdehə 30 ay müddətinə illik 20,5% hesablanmaqla 5300 manat məbləğində kredit verilmişdir. - xx.xx.2021-ci tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixli 800804-271769/1 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 5300 manat məbləğində pul vəsaiti imza edərək qəbul etmişdir. - İddiaçı ASC tərəfindən cavadeh X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli 800/800/0099/2022 nömrəli xəbərdarlıqdan görünür ki,cavabdehə banka olan borcunu 5 gün ərzində ödəmədiyi təqdirdə onunla bağlanılmış müqavilənin ləğv ediləcəyi, əks halda borc məbləği tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İddiaçı ASC-nın xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 800804-271769/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-na olan borcu 5765,96 manat təşkil edir. - X3 ödənilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 78,06 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 800804-271769/1 saylı kredit müqaviləsinə əsasən bank (borc verən) tərəfindən Cavabdeh (borc alan) 30 ay müddətinə illik 20,5% olmaqla 5300 manat məbləğində kredit verilmişdir.Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 5765,96 manat əsas borcu yaranmışdır Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 5024,23 manat əsas borc,741,73 manat faiz borcu olmaqla 5765,96 manat borcun və 78,06 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5024,23 (beş min iyirmi dörd manat iyirmi üç qəpik) manat əsas borc,741,73 (yeddi yüz qırx bir manat yetmiş üç qəpik) manat faiz borcu olmaqla 5765,96 (beş min yeddi yüz altmış beş manat doxsan altı qəpik) manat borc və 78,06 (yetmiş səkkiz manat altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nın xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar